• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qalib xalqın qalib Lideri ilə Azərbaycan yeni hədəflərə doğru daha inamla irəliləyəcək

---

22-03-2024, 11:24

Qalib xalqın qalib Lideri ilə Azərbaycan yeni hədəflərə doğru daha inamla irəliləyəcək



“Adı tariximizin qızıl səhifəsinə qalib xalqın qalib Lideri kimi yazılan Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi çox mühüm mesajlarla yadda qaldı. Dövlətimizin başçısı dərin məzmunlu nitqində bir çox məqamlara aydınlıq gətirdi, Azərbaycanın qarşısında duran yeni hədəflərdən, nəhəng iqtisadi layihələrdən, Ordumuzun daha da gücləndirilməsi istiqamətində görüləcək işlərdən söz açdı, şanlı Zəfərimizi şərtləndirən amilləri diqqətə çatdırdı”.

Bu fikirləri açıqlamasında Tovuz rayon Alakol kənd bələdiyyəsinin sədri Ceyhun Quliyev söyləyib.

Azərbaycan vətəndaşlarının seçkilərdə növbəti qələbələrə səs verdiklərini deyən Ceyhun Quliyev dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə misilsiz nailiyyətlər qazanan, bölgədə söz sahibinə çevrilən ölkəmizin bundan sonra da regionda sülhə və sabitliyə töhfə verəcək layihələrin müəllifi olacağına əminliyini ifadə edib. Bildirib ki, Azərbaycanın əldə etdiyi uğurların əsasında Prezident-xalq birliyi və dünya azərbaycanlılarının öz liderinə inamı dayanır. Çünki hələ 2003-cü ildə ilk dəfə Prezident seçilən İlham Əliyev o vaxt verdiyi vədlərin hamısını yerinə yetirdi, üzləşdiyi çətinlikləri və problemləri dəf etdi, xalqı vahid amal uğrunda birləşdirnməyə nail oldu. Nəticədə 2020-ci ildə Azərbaycan beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiklərini cəmi 44 gündə yerinə yetirdi, Qarabağ və Şərqi Zəngəzuru işğaldan qurtarmaqla tarixi ədaləti bərpa etdi. Bununla da regionda yeni reallıqlar yaratdı, elə reallıqlar ki, bu gün dünyanın supergücləri ölkəmizlə hesablaşmalı olurlar.

Dövlətimizin başçısının nitqində xarici siyasətimizin prioritet istiqamətlərindən danışarkən konkret istiqamət müəyyənləşdirdi. Bildirdi ki, bizim beynəlxalq təşkilatlar arasında əsas tərəfdaşımız böyük coğrafiyanı əhatə edən Türk Dövlətləri Təşkilatı olmalıdır və bu istiqamətdə əməkdaşlıq daha da genişləndirməlidir. Əslində, bunun bir çox səbəbləri var. Onlardan biri odur ki, Vətən müharibəsi dövründə bu təşkilatın üzvü olan dövlətlərin demək olar hamısı Azərbaycana birmənalı dəstəklərini ifadə etdilər. Digər məqam isə son bir neçə ildə Təşkilatın nüfuzunun artırılması istiqamətində atılan addımlar, Türk dövlətləri arasında iqtisadi-ticari əlaqələrin genişlənməsi və yüksəksəviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsidir.

Prezident İlham Əliyev nitqində əsas vəzifələrdən birinin Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi olduğunu bəyan etməsi heç də təsadüfi deyil. Çünki bu gün dünya Üçüncü Dünya müharibəsi ərəfəsindədir, qlobal miqyasda qarşıdurmalar, qeyri-sabitlik mövcuddur. Ona görə də belə bir məqamda ölkələrin öz təhlükəsizliklərini təmin etmələri bir nömrəli vəzifə kimi meydana çıxır ki, burada da Azərbaycan Prezidentinin fikirləri tamamilə başadüşüləndir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində Qələbəsini həzm edə bilməyən qüvvələr Ermənistanı mənasız olsa da, revanşizmə sürükləyirlər. Düzdür, Vətən müharibəsində sonra Azərbaycan Ordusunun komplektlədirilməsi istiqamətində çox geniş, effektiv islahatlar həyata keçirilib, Ordumuz ən müasir silah və hərbi texnikalarla təchiz olunur. Amma bu proses davamlı olmalıdır ki, ölkəmizə qarşı olan qüvvələrin təxribatlarına dərhal və sarsıdıcı cavab verilsin.

Güclü iqtisadiyyat, güclü ordu, xalq-iqtidar birliyi, ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə daha da artması Azərbaycanın müstəqil xarici siyasət yürütməsini şərtləndirir. Prezident İlham Əliyevin dediyi kimi: “Dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv, 120 ölkə bizi Qoşulma Hərəkatına sədr seçməzdi, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi”. Heç şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun artmasında Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu siyasət mühüm rol oynayır. Bu siyasət beynəlxalq ictimaiyyətin əksər üzvləri tərəfindən də dəstəklənir. Bölgəmizdə yaşanan son hadisələr zamanı ölkəmizə göstərilən beynəlxalq dəstək bunun bariz nümunəsidir. Bütün bunlar ölkəmizin etibarlı tərəfdaşa, beynəlxalq aləmdə mühüm aktora çevrilməsindən, Avropanın enerji təminatında, Şərqlə Qərb arasında əlverişli tranzit məkanı kimi oynadığı xüsusi roldan irəli gəlir. Bu gün həyata keçirilməkdə olan və planlaşdırılan layihələr, atılan addımlar və qazanılan zəfərlər onu deməyə əsas verir ki, qalib xalqın qalib Lideri kimi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha böyük hədəflərə doğru inamla irəliləyəcək, ölkəmizin qarşısında daha geniş üfüqlər açılacaq.

“Xalqımız bundan sonra da öz Liderinin ətrafında bir yumruq kimi sıx birləşərək daha böyük uğurlara imza atacaq. Buna heç kimin şübhəsi ola bilməz. Artıq xalqımızın və dövlətimizin həyatında yeni, parlaq bir dövr başlayır. Bizi qarşıda fəth ediləcək yeni zirvələr və böyük zəfərlər gözləyir. Yeni dövrdə milli maraqlara əsaslanan və güclü ideoloji təməli olan dövlət siyasətimiz ardıcıl və qətiyyətli şəkildə davam etdiriləcək. Prezident İlham Əliyevin andiçmə mərasimində bildirdiyi kimi, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Yeni dövrdə də Azərbaycanın müstəqil, güclü dövlətçiliyi daim möhkəmlənəcək və inkişaf edəcək”.

Oxunub: 100243
Paylaş:
Digər xəbərlər

---

22-03-2024, 11:19

Qalib Liderdən “Zəfər meydan”nına

Araşdırma
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə