Taleh Qaraşov şəhid ailələrinə daim öz dəstəyini göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Bölgə
17-08-2023, 10:10
Taleh Qaraşov Liman şəhər inzibati ərazi dairəsinin sakinləri ilə səyyar qəbul-görüş keçirib
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Liman şəhər inzibati ərazi dairəsinin sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirib. Yerli insanların qayğı və problemlərinin öyrənilməsinə, qaldırılan məsələlərin həllinə operativ və ədalətli yanaşılmasına xidmət edən qəbul-görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər. Taleh Qaraşov çıxışında qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu söyləyib və bildirib ki, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması, birbaşa dialoqun təşkili dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən məmurlar qarşısında qoyulan tələblərdəndir. Ötən müddət ərzində Liman şəhərində görülən işlər barədə məsələyə toxunan icra başçısı cari ildə də cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində sosial-iqtisadi sahədə çoxsaylı addımların atıldığını qeyd edib. Onun sözlərinə görə, Vətən müharibəsindən sonra Qarabağda nəhəng quruculuq işlərinin aparılmasına baxmayaraq, regionların da inkişafı, sosial infrastrukturun möhkəmləndirilməsi və yenilənməsi istiqamətində görülən işlərin dinamikası ölkə rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır. Cari ildə Limanda bir küçənin asfalt örtüyünün yenilənməsinin planlaşdırıldığını vurğulayan Taleh Qaraşov qənaət edilmiş vəsaitə uyğun olaraq əlavə daha bir küçənin asfalt örtüyünün yenilənəcəyi xəbərini yerli sakinlərlə bölüşüb.
Liman şəhər sakinləri çıxışlarında rayonun rəhbər şəxsləri ilə birbaşa dialoq quraraq qaldırdıqları məsələlərin yerində həll olunmasından, habelə aidiyyəti üzrə müvafiq idarə və müəssisələrə rəsmi müraciət edilməsindən məmnunluqlarını ifadə ediblər. Məmur vətəndaş münasibətlərindəki birbaşa dialoqun inkişafına və məsələlərin operativ şəkildə həllinə yönəlik addımların atılmasına yaradılan şəraitə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid Əli Mehdizadənin doğum günündə məzarı ziyarət olunub
Avqustun 15-də Vətən müharibəsi şəhidi Mehdizadə Əli Məcid oğlunun doğum günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin əməkdaşları, habelə yerli ictimaiyyətin nümayəndələri şəhidin ailəsinə baş çəkib, qəhrəman övladımızın məzarını ziyarət edib, önünə gül dəstələri düzüb və ruhuna dualar oxuyublar.
Şəhid Əli Mehdizadə Vətən müharibəsində göstərdiyi cəsarətinə və şücaətinə görə ölümündən sonra Ali Baş Komandanın sərəncamlarına uyğun olaraq 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “Şücaətinə görə”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.