Mahmud Bağırov şəhid ailələrinə özəl diqqət və qayğı göstərir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
9-10-2023, 13:21
Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Masallı Rayon 47 - saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Masallı Rayon 47 - saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Mahmud Bağırovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Mahmud Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Şərəfə kəndində yolların asfaltlanması işləri davam edir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı, dəstəyi sayəsində respublikamızın bütün bölgələri ilə yanaşı, Masallı rayonu da günü-gündən inkişaf edir. Aparılan abadlıq işləri çərçivəsində rayonun şəhər, qəsəbə və kəndlərinin küçələrində asfaltlanma işlər davam etdirilir.
Yolların əsaslı təmir olunması proqramına uyğun olaraq bir çox küçələrə asfalt örtüyü salınaraq abadlıq işləri görülür. Masallı rayonunun ictimai-siyasi qəzeti olan «Yeni həyat» qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, hazırda 47 saylı Yol İstismar idarəsinin kollektivi on günə yaxındır ki, Şərəfə kəndi ərazisində asfaltlanması işlərini keyfiyyətlə həyata keçirirlər.
Bununla əlaqədar olaraq Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov növbəti dəfə asfaltlama işləri aparılan həmin ərazilərə gələrək görülən işlərlə yerində tanış olmuş, 47 saylı Yol İstismar idarəsinin icraçı direktoru Mahmud Bağırova müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.
Ərəb kəndində Şəhid evinə 450 metr asfalt örtüyü döşənib
Masallı Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Xırmandalı ərazisinin Ərəb kəndində Şəhid Qurbanov Masim Hafiz oğlunun ailəsinin yaşadığı evə qədər ümumi uzunluğu 450 metr asfalt örtüyü döşənib.