• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Qobustan rayonunda hesabat yığıncağı keçirildi

Cəmiyyət

15-01-2026, 17:00

Qobustan rayonunda hesabat yığıncağı keçirildi Qobustan Rayon İcra Hakimiyyəti başçısının 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş hesabat yığıncağı keçirildi.
Yığıncaqda Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar və rayon ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə tər çiçək dəstələri qoydular.
Hesabat yığıncağında əvvəlcə Ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə məruzə ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov ölkə başçısının yürütdüyü uzaqgörən, qətiyyətli siyasət nəticəsində Azərbaycanın qazandığı tarixi qələbələrdən, ölkəmizdə mövcud ictimai-siyasi sabitlikdən, Azərbaycanın sosial-iqtisadi inkişafından, insanların rifah halının yaxşılaşmasından, hüquq və azadlıqlarının təmin olunmasından və beynəlxalq aləmdə qazanılan uğurlarından danışdı. A.Məmmədov qeyd etmişdir ki, ölkəmizin hər yerində olduğu kimi Qobustan rayonunda da 2025-ci il uğurlu il kimi yadda qalmışdır.
Rayonda sosial problemlərin demək olar ki, hamısı ötən dövr ərzində həllini tapmışdır. Hesabat dövründə İcra Hakimiyyəti tərəfindən 3 km uzunluqda Şıxzahırlı kənd yoluna və eyni zamanda Qobustan şəhərində 12920 kv.m asfalt yol çəkilmişdir. Xüsusilə qeyd olunmuşdur ki, hazırda rayon əhalisinin 95,2 faizinin yaşadığı 24 yaşayış məntəqəsi asfalt yollar üzərində yerləşir.Əhali şəxsi təşəbbüs göstərərək şəxsi vəsaitləri hesabına kənddaxili yolları asfaltlamış və hazırda 37 faiz kənddaxili yollar asfalt örtüklüdür.
Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə bələdiyyə əsasında bağlanmış sazişə uyğun olaraq Qurbançı və Ərəbşahverdi kəndinin içməli su təminatı yaxşılaşdırılmışdır. Qobustan bələdiyyəsi tərəfindən qazılmış və lahiyəyə əlavə qoşulmuş artezian quyusu isə uzun illər mövcud olmuş Qurbançı və Ərəbşahverdi kənd sakinlərinin içməli su problemini birdəfəlik həll etmişdir.
Qobustan bələdiyyəsi və İcra Hakimiyyətinin birgə səyi ilə Qaracüzlü kəndinə internet verilməsi təmin olunmuş, Qobustan rayonunda internetə əlçatanlıq 100 faiz olmuşdur.
Rayonda 2025-ci ildə abadlıq, tikinti, quruculuq işləri davam etdirilmişdir. Cəyirli kəndində kəndin təmiz saxlanılması istiqamətində gözəl təşəbbüs irəli sürülmüş, hər bir ev üçün şəxsi vəsait hesabına 240 ədəd urna alınmışdır.
Ərəbşalbaş kəndində kənd sakininin təşəbbüsü ilə müasir tibb məntəqəsi tikilib istifadəyə verilmişdir. Cəyirli kəndində bələdiyyənin təşəbbüsü ilə bələdiyyə və tibb məntəqəsi üçün inzibati bina inşa edilmişdir.
Poladlı, Təklə Mirzəbaba kəndlərində bələdiyyə və nümayəndəlik işçiləri təşəbbüs göstərərək inzibati binalar inşa etmişlər.
Ərəbqədim və Göydərə kəndlərində vətəndaşların təşəbbüsü və bələdiyyənin yaxından iştirakı ilə küçələrin işıqlandırılması həyata keçirilmişdir. Qobustan bələdiyyəsi tərəfindən hər iki kənddə park salınması işlərinə başlanılmışdır.
2025-ci ildə Rayon İcra Hakimiyyəti tərəfindən təmizlik və abadlıq işlərinin görülməsi üçün 1 ədəd yükləyici ekskovator, yaşıllıq sahələrinə xidmət üçün 1 ədəd şum traktoru alınmışdır.
Meşə təsərrüfatı ayrılarkən suvarma sisteminin 70 faizi yararsız vəziyyətdə olmuşdur. 2024-cü ildə 100,0 min metr, 2025-ci ildə isə 140,0 min metr suvarma borusu və aksesuarları alınmış, suvarma sistemlərinin 30 faizə yaxını yenidən bərpa edilmişdir. Bu istiqamətdə işlər davam etdiriləcəkdir.
2025-ci ildə Qobustan şəhərinin girişində 2 ha ərazidə yeni yaşıllıq zonası salınmış, suvarma sistemi çəkilmiş, müasir yaşıl hasarla mühafizəsi təmin edilmişdir. Eyni zamanda şəhərin girişində həmişəyaşıl ağaclar və meyvə ağacları əkilmişdir. Bu il həmin ağacların damcı üsulu ilə suvarılmasının təmin edilməsi məqsədilə 2 ədəd 10 tonluq plastik su çəni alınmışdır.
2025-ci ildə Qobustan şəhərində küçələrə ünvan lövhələrinin və evlərə nömrələrin vurulması işləri həyata keçirilmişdir.
Qobustan şəhərinin Röyal Qaçayev və digər küçələrində günəş paneli ilə qidalanan 50 ədəd işıqlandırma dirəyi quraşdırılmışdır.
Hesabat dövründə Qobustan Rayon İcra Hakimiyyəti tərəfindən ümumi dəyəri 522 946,0 manat olan 12 satınalma həyata keçirilmiş, yüksək rəqabət və şəffaflıq nəticəsində 427249,0 manatlıq mal, iş və xidmətlərə görə müqavilə bağlanmış, 95697,0 manat vəsaitə qənaət edilmişdir.
Ümumilikdə 2025-ci il üçün rayonun gəlirləri 6 649 000,0 manat proqnozlaşdırılmış, 6 959 114,0 manat və ya 104,7 faiz icra edilmişdir.
Qobustan rayonunun yerli xərcləri 2025-ci ildə 4 573 000,0 manat nəzərdə tutulmuş, 3983146,0 manat icra edilmiş, 589854,0 manat vəsaitə qənaət olunmuşdur.
Rayonun bütün kəndlərində yaşıllıqların salınmasına xüsusi diqqət göstərildiyi qeyd edilərək bildirilmişdir ki, 2025-ci “Konstitusiya və Suverenlik ili” çərçivəsində ərazi nümayəndəlikləri tərəfindən 6100-dən artıq müxtəlif növ ağac əkilmişdir. Qobustan Rayon İcra Hakimiyyəti, idarə, müəssisə və təşkilatlar tərəfindən Zəfərimizin 5-ci ildönümündə və digər ağacəkmə aksiyalarında Qobustan rayonu ərazisində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14000-dən çox ağac əkilmişdir.Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl Marafon” kütləvi ağacəkmə kampaniyası çərçivəsində Qobustan rayonunun Təklə kəndi ərazisində IDEA könüllüləri tərəfindən 500-dən çox Eldar şamı əkilib.
Məruzədə qeyd edilmişdir ki, kənd təsərrüfatı rayonu olan Qobustanda ötən il 30041,6 ha sahədən 72083,0 ton məhsul istehsal edilmişdir ki, bunun da 34400,0 tonunu buğda təşkil edir. 2026-cı ilin məhsulu üçün hazırkı dövrədək 30904 ha sahədə əkin aparılmışdır ki, bunun 13400 hektarını buğda, 17504 hektarını isə arpa əkinləri təşkil edir. İlin əlverişli olması, davam edən mübarizə tədbirlərinə istinadən bildirilmişdir ki, 2026-cı ildə 80,0 min tona yaxın yüksək keyfiyyətli taxıl əldə ediləcəkdir.
2025-ci ildə rayonda kartof istehsalı 0,4 faiz artaraq 720 tona, noxud istehsalı 3,9 faiz artaraq 403,0 tona, meyvə və giləmeyvələr üzrə artım 15,2 faiz təşkil etmişdir. Xüsusilə 2025-ci ildə Yekəxana və Poladlı kəndlərində 1500,0 tona yaxın nar istehsal olunduğu vurğulanmışdır.
Rayonda şəhid ailələri və qazilər, eyni zamanda aztəminatlı ailələrin daim diqqətdə saxlanıldığını qeyd edən məruzəçi 2025-ci ildə Vətən müharibəsi şəhidlərinin anım günlərinin keçirilməsi ərəfəsində Vətən müharibəsində övladları şəhid olmuş 17 ailənin hər birinə 500 manat, Zəfər bayramı ərəfəsində isə həm birinci Qarabağ, həm Vətən müharibəsində əlil olmuş şəxslərin hər birinə 100 manat, şəhid ailələrinə isə 300 manat maddi yardım verilmişdir. 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində şəhid analarının və şəhid xanımlarının hər birinə 200 manat maddi yardım verilmişdir. Eyni zamanda əlamətdar bayram günlərində də şəhid ailələrinə maddi yardımlar göstərilmişdir. Ümumilikdə isə hesabat dövründə şəhid ailələri və qazilərə 81,0 min manat maddi yardım göstərilmişdir.
2025-ci ilin Novruz bayramı, Qurban bayramı, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramında 230 nəfər aztəminatlı ailənin hər birinə 100 manat maddi yardım göstərildiyi, bütün yardımların 60 faizindən çoxunun İcra Hakimiyyətinin büdcədənkənar vəsaitləri hesabına aparıldığı bildirilmişdir.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat şöbəsinin 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı Şahin Seyidzadə Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, ölkəmizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən danışaraq, son illər həyata keçirilən sistemli islahatların, strateji layihələrin və diplomatik təşəbbüslərin qarşıdakı illərdə daha geniş hədəflərin müəyyən olunmasına imkan verdiyini qeyd ediblər. Digər çıxış edənlər rayonumuzda görülən işləri, sosial infrastrukturun yenilənməsini, yeni iş yerlərinin açılması istiqamətində mühüm işlər görüldüyünü vurğulayaraq bütün bunlara görə ölkə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Daha sonra yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Hüseynbala Həsən

Qobustan rayonunda hesabat yığıncağı keçirildi
Qobustan rayonunda hesabat yığıncağı keçirildi
Qobustan rayonunda hesabat yığıncağı keçirildi
Qobustan rayonunda hesabat yığıncağı keçirildi
Qobustan rayonunda hesabat yığıncağı keçirildi
Qobustan rayonunda hesabat yığıncağı keçirildi
Qobustan rayonunda hesabat yığıncağı keçirildi
Qobustan rayonunda hesabat yığıncağı keçirildi
Qobustan rayonunda hesabat yığıncağı keçirildi

Oxunub: 10089
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

12-12-2024, 10:46

Qazaxda Ümummilli Liderə həsr olunan “Azərbaycan tarixinin qürur səhifələrinə çevrilən ömür yolu” adlı tədbir keçirilib

Siyasət

12-12-2024, 10:57

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Cəmiyyət

5-12-2025, 23:25

“Xatirələrdə yaşayan Lider” adlı tədbir keçirilib

Siyasət

6-06-2024, 15:12

TÜRKPA-nın 13-cü Plenar İclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Gündəm / Siyasət

29-03-2024, 09:11

Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar

Araşdırma
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Bəradər Səməndərli – 60
Hadisə
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
Son xəbərlər
  • Dün, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • Dün, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • Dün, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • Dün, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • Dün, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • 7-10-2026, 11:42
    Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
  • 7-10-2026, 11:42
    Kiyev raketlərlə vurulub, ölənlər var
  • 2-10-2026, 10:35
    Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • 30-09-2026, 21:07
    Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
  • 30-09-2026, 21:06
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 30-09-2026, 21:06
    “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
  • 30-09-2026, 21:04
    Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
  • 30-09-2026, 21:03
    Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
  • 30-09-2026, 21:01
    Yeni Çin avtomobili: suda 40 dəqiqə qalır və saatda... - VİDEO
  • 30-09-2026, 11:18
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:15
    Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir
  • 30-09-2026, 11:13
    Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə