• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Zərifə xanım Əliyeva xalqımızın qəlbində daim yaşayır və ehtiramla anılır

Cəmiyyət

15-04-2026, 11:03

Zərifə xanım Əliyeva xalqımızın qəlbində daim yaşayır və ehtiramla anılır Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır.
Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə xanım Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırmışdır.

XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Uğurlu tədqiqatların nəticələri Zərifə xanım Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında bildirmişdir: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.” Ümummilli Lider onu da qeyd etmişdir ki, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.

Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında qeyd edir ki, mənim anamın həyat fəlsəfəsinin köklərini, hər şeydən əvvəl onun uşaqlığında axtarmaq lazımdır. O bizə tez-tez deyərdi ki, uşaqlıq - insan həyatının çox mühüm dövrüdür və heç nə bu dövrü əvəz edə bilməz. Uşaqlıq - insanın ömrü boyu təkrar-təkrar müraciət etdiyi dünyadır. İnsan xeyirxahlığın, şəfqətin nə olduğunu uşaqlıqda dərk edir. O, çox xoşbəxt uşaq olub, uşaqlıq onun yaddaşında məhəbbət və əziz xatirələr mənbəyi kimi qalmışdı.

Ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyeva Azərbaycan tarixinin əfsanəvi şəxsiyyətlərindən biri kimi xalqımızın qəlbində daim yaşayır, ehtiramla anılır.

Zərifə xanım Əliyeva xalqımızın qəlbində daim yaşayır və ehtiramla anılır

Cəmilə Talıbova,
Respublika Pediatriya Mərkəzinin
Uşaq Bərpa Mərkəzinin baş həkimi

Oxunub: 100155
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

28-04-2025, 12:11

Gənclər Kitabxanasında akademik Zərifə Əliyevaya həsr olunmuş silsilə materiallar hazırlanıb

Cəmiyyət

15-04-2024, 19:31

Akademik Zərifə xanım Əliyevanın parlaq xatirəsi daim anılacaq, xalqımızın qəlbində əbədi yaşayacaqdır

Cəmiyyət

29-04-2025, 10:58

Akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir

Siyasət

12-12-2024, 10:57

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Cəmiyyət

6-05-2025, 11:30

Bu gün akademik Rəfiqə Əliyevanın xatirə günüdür

Araşdırma
Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Hadisə
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
Son xəbərlər
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
  • 18-09-2026, 18:22
    Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 09:39
    Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
  • 16-09-2026, 09:35
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 16-09-2026, 09:32
    Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib
  • 16-09-2026, 09:29
    Messi vida matçı üçün Argentina millisinə çağırılıb
  • 16-09-2026, 09:23
    Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
  • 15-09-2026, 09:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 13-09-2026, 12:41
    Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır
  • 13-09-2026, 12:40
    Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb
  • 13-09-2026, 12:39
    Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub
  • 8-09-2026, 11:48
    Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
  • 8-09-2026, 11:47
    “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 8-09-2026, 11:45
    Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib
  • 8-09-2026, 11:44
    İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib
  • 8-09-2026, 11:43
    “Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb
  • 7-09-2026, 11:50
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 5-09-2026, 11:45
    Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
  • 5-09-2026, 11:43
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • 5-09-2026, 11:43
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • 5-09-2026, 11:42
    Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib
  • 5-09-2026, 11:37
    İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə