Cümşüd Musayev: Xalqın xilaskarı [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
3-10-2023, 15:14
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Qazax filialının müdiri Cümşüd Musayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Cümşüd Musayevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Cümşüd Musayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Qazax filialının müdiri Cümşüd Musayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
“Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Qazax filialının müdiri Cümşüd Musayev - Hər bir xalqın taleyində böyük əhəmiyyətə malik elə günlər var ki, həmin vaxtlarda onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Azərbaycan xalqı üçün belə günlərdən biri 1993-cü ilin oktyabrın 3-nə təsadüf edir. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi.
Hələ 1969-1982-ci illərdə Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan üçün gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda, 1990-cı ildə 20 Yanvar faciəsinin səhəri günü Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, xalqımıza başsağlığı verməsi, onunla birgə olduğunu bəyan etməsi dahi Liderə olan inamı daha da artırmışdı.
Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, habelə Laçın, Şuşa xəyanətlərin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
Ümummilli lider Heydər Əliyevi xalqına sevdirən öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlməsi idi. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ulu Öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir.
Ümummilli lider Heydər Əliyevin xarici siyasət sahəsində ən mühüm uğurlarından biri də budur ki, o, Azərbaycanı türk dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı. Bizimlə birlikdə azadlığa çıxmış qardaş Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ənənəvi dostluq münasibətlərimiz bərpa olundu. Hazırda Azərbaycan Respublikası qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür, Heydər Əliyev isə bütün türk dünyasının müdrik yolgöstərəni, zəmanəmizin Atatürkü adını qazanmışdır !
Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasını şimaldan və cənubdan məngənəyə salıb sıxan, onun xarici ölkələrlə ənənəvi əlaqələrini kəsən qüvvələrə qarşı Şərq - Qərb dəhlizini açdı. Böyük İpək Yolunun dirçəldilməsi ideyasından Azərbaycanı iqtisadi blokadadan çıxarmaq üçün məharətlə istifadə etdi. Dünya bunun şahididir. Dünya siyasətçiləri bunu yüksək qiymətləndirirlər. Gizli deyil ki, ermənilər də bu siyasətin uğuru qarşısında təlaş keçirməyə başlamışlar. Cəsarətlə demək olar ki, 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə Bakıda məşhur "Gülüstan" sarayında keçirilmiş beynəlxalq konfrans bütün varlığı dövründə Azərbaycanın xarici siyasət tarixinin ən böyük hadisələrindən biridir. Böyük İpək Yolunun dirçəldilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının dirçəlişində, onun iqtisadi-mənəvi oyanışında misilsiz rol oynayacaqdır. Bir sözlə, zəmanəmizin qüdrətli siyasətçisi prezident Heydər Əliyev öz doğma xalqını dibi görünməyən yarğanların, uçurumların üzərindən böyük müdrikliklə, incə və çevik siyasətlə, nazik tellər üzərindən keçirib bu günlərə çatdırdı.
“Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik” - deyə, gələcəyə səslənən Ulu Öndərin bütün dedikləri bu gün real bir həqiqətdir. Onun ideyalarını, vəsiyyət və tövsiyyələrini həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız möhətəşəm qələbələrə imza atır və atacaqdır.
Heydər Əliyevin daim vurğuladığı və arzuladığı ərazi bütövlüyümüz və suverenliyimiz indi bərpa olunub və o böyük tarixi şəxsiyyətin ruhu şaddır.