zamanlabirge.az
zamanlabirge.az

Bir sıra ölkələrin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

19-10-2021, 11:01

Bir sıra ölkələrin səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Hollandiya, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Türkiyə Xarici Nazirliyində olan mənbələrdən bildirilib.
Məlumata əsasən, diplomatlar Osman Kavalanın mühakiməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Xarici İşlər Nazirliyinə dəvət edilib. O.Kavala 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə çevriliş cəhdində iştirak etməkdə ittiham olunur.
Diplomatlar O.Kavalanın azadlığa buraxılmasını tələb edərək, onun məhkəməsinin guya "Türkiyədə demokratiyaya və qanunun aliliyinə kölgə saldığını" deyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA