• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Dünyada autizm halları niyə artır?

Dünya

30-12-2024, 10:50

Dünyada autizm halları niyə artır? ABŞ-da autizm spektri pozğunluğu (ASP) diaqnozunun artması son dövrlərdə ictimaiyyətin və mütəxəssislərin diqqət mərkəzindədir. Məlumata görə, 2011-ci ildən 2022-ci ilə qədər ASP diaqnozu təxminən üç dəfə artıb. Hazırda ölkədə hər 36 uşaqdan biri autizm spektri pozğunluğu ilə mübarizə aparır. Müqayisə üçün, bu nisbət 2000-ci ildə 150-də bir idi.
Diaqnostik prosesdə qan testləri və ya beyin MRT-si kimi birbaşa diaqnostik vasitələr mövcud olmasa da, ASP çox vaxt valideynlərin müşahidələri və psixi sağlamlıq mütəxəssislərinin qiymətləndirmələri əsasında aşkarlanır. Bu artımın səbəbləri alimlər arasında müzakirə mövzusu olaraq qalır.
Tədqiqatlar göstərir ki, ASP hallarının artması iki əsas faktora bağlıdır:
1. Diaqnostika və məlumatlılığın artması: ASP haqqında ictimai və tibbi məlumatlılıq genişləndikcə, əvvəllər nəzərdən qaçan simptomlar daha tez-tez aşkar edilir. Amerika Pediatriya Akademiyasının 2007-ci ildə 18-24 aylıq uşaqların ASP üçün müayinəsini tövsiyə etməsi diaqnozların sayına birbaşa təsir göstərib.
2. Genetik və ətraf mühit faktorları: Autizmlə əlaqəli 100-dən çox gen aşkar edilib. Bununla yanaşı, hamiləlik dövründə havanın çirklənməsi, zəhərli kimyəvi maddələrə məruz qalma, virus infeksiyaları, erkən doğuş və valideynlərin yaşı kimi ətraf mühit amillərinin də ASP riskini artırdığı ehtimal edilir.
Kembric Universitetinin Autizm Araşdırmaları Mərkəzinin direktoru Simon Baron-Kohen sosial medianın və psixi sağlamlıq xidmətlərinə çıxışın genişlənməsinin də bu rəqəmlərə təsir etdiyini vurğulayır. O qeyd edir ki, insanlar autizm spektrində olduqlarından şübhələndikdə “Reddit” kimi platformalarda müzakirələrə qoşulur və bu identifikasiyanı mənimsəyirlər.
1990-cı illərin sonlarında Andrev Vakefieldin qızılca, məxmərək və parotit (MMR) peyvəndlərinin ASP-ə səbəb olduğu ilə bağlı iddiası geniş yayılmışdı. Bu nəzəriyyə elmi tədqiqatlarla tamamilə təkzib edilsə də və “Lancet” jurnalı həmin məqaləni təkzib etsə də, bu yanlış məlumat uzun müddət müzakirələrə səbəb olub.
Araşdırmalar göstərir ki, ASP diaqnozu oğlanlarda qızlara nisbətən dörd dəfə daha çox rast gəlinir. Bununla belə, son illərdə qadınlar və qızlar arasında, eləcə də ispan, qaradərili və asiyalı uşaqlar arasında ASP diaqnozlarının artması müşahidə edilir. ASP üzrə mütəxəssis doktor Yurqen Han vurğulayır ki, müxtəlif tədqiqatlar çoxsaylı faktorlara işıq salsa da, dəqiq və yekdil bir cavab vermək hələ də çətindir. Bu sahədə tədqiqatların davam etdirilməsi və daha əhatəli nəticələrin əldə edilməsi vacibdir.

Oxunub: 100171
Paylaş:
Digər xəbərlər

Hadisə

27-03-2024, 09:41

Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Cəmiyyət

29-11-2024, 12:53

ÜST: Hər yeddi gəncdən biri psixi sağlamlıq problemlərindən əziyyət çəkir

Dünya

25-10-2024, 10:08

Alimlərdən xəbərdarlıq: 2 milyon dənizçini öldürən xəstəlik geri qayıdır

Hadisə

25-03-2024, 10:05

Elektron tullantı böhranı: adambaşı 8 kq cihaz atılır

Cəmiyyət

3-05-2024, 13:09

Media sosial təcrübənin əsas ötürücüsüdür - Hicran Hüseynova

Araşdırma
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Bəradər Səməndərli – 60
Hadisə
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
Son xəbərlər
  • Dün, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • Dün, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dün, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • Dün, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • 7-10-2026, 11:42
    Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
  • 7-10-2026, 11:42
    Kiyev raketlərlə vurulub, ölənlər var
  • 2-10-2026, 10:35
    Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • 30-09-2026, 21:07
    Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
  • 30-09-2026, 21:06
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 30-09-2026, 21:06
    “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
  • 30-09-2026, 21:04
    Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
  • 30-09-2026, 21:03
    Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
  • 30-09-2026, 21:01
    Yeni Çin avtomobili: suda 40 dəqiqə qalır və saatda... - VİDEO
  • 30-09-2026, 11:18
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:15
    Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə