Hörmüz boğazından daha çox neft keçdikcə Rusiyaya qarşı məhdudiyyətlər bərpa oluna bilər.
Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərin neftin ucuzlaşmasına dəstək olmaq üçün yumşaldılmış sanksiyaları bərpa edib-etməyəcəyi barədə soruşarkən deyib.
“Tezliklə bunu edə biləcəyik, çünki neft artıq axır”,- deyə Tramp jurnalistlərə bildirib.
ABŞ mart ayında xam neftin qiymətləri kəskin artdığı üçün Rusiya neft daşımalarına qarşı bəzi sanksiyaları müvəqqəti olaraq yumşaltmışdı