zamanlabirge.az
zamanlabirge.az

Milli Məclisin saxlanılmasına 50 milyondan çox pul ayrılıb

15-11-2023, 12:20

Milli Məclisin saxlanılmasına 50 milyondan çox pul ayrılıb 2024-cü ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 50 milyon 919 min 10 manat vəsait nəzərdə tutulub.
Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin işlər müdiri Firudin Hacıyev deyib.
O bildirib ki, xərclər smetasının ümumi dəyərinin 75,12 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
F.Hacıyev əlavə edib ki, 2023-cü ilin xərclər smetasında nəzərdə tutulmuş vəsaiti hesabına Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə müxtəlif növ avtomobillər alınaraq istismara verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA