• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İlham Əliyev - xalqın lideri, millətin qüruru, dövlətin dayağı

Gündəm

22-03-2024, 14:30

İlham Əliyev - xalqın lideri, millətin qüruru, dövlətin dayağı

2003-cü il oktyabrın 15-də Azərbaycan xalqı öz gələcəyini İlham Əliyevə etibar edərək onu Prezident seçəndə həm də Ulu Öndər Heydər Əliyevin xalqa müraciətini dəstəkləyirdi. Ulu Öndər prezident seçkiləri ərəfəsində demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ötən 20 ilin sosial-siyasi, hərbi-iqtisadi, elmi-mədəni yüksəlişini göz önünə gətirəndə, Azərbaycan Respublikasının dünya dövlətləri cərgəsində indiki mövqeyini görəndə bu sözlərin nə qədər uzaqgörənliklə söylənildiyinə bir daha əmin oluruq.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanda siyasi, iqtisadi, sosial islahatların ardıcıl həyata keçirilməsi, regionların inkişafı üzrə dövlət proqramlarının icra edilməsi, paytaxt Bakı ilə ölkənin digər regionları arasında infrastrukturun inkişafındakı disbalansın aradan qaldırılması ən mühüm prioritetlərə çevrildi. Bu baxımdan dövlət başçısının neft sektorundan gələn gəlirlərin qeyri-neft sektorunun inkişafına istiqamətlənməsini nəzərdə tutan neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın təsdiqləməsi əhəmiyyətli rol oynadı.

Sonrakı illərdə Azərbaycanda 2 milyondan çox iş yeri açıldı, yüzlərlə yeni sənaye sahələri yaradıldı, kənd təsərrüfatının vaxtilə bərbad vəziyyətə düşmüş ənənəvi sahələri bərpa edildi, yoxsulluq demək olar ki, aradan qaldırıldı, əhalinin həssas qrupları üçün çoxsəviyyəli sosial dəstək sistemi tətbiq edildi.

Azərbaycanda digər sahələrlə yanaşı, təhsilin inkişafına göstərilən diqqət ayrıca vurğulanmalıdır. Ötən illərdə Bakıda və bölgələrdə 3 mindən çox məktəb və digər mühüm sosial infrastruktur obyektləri tikilib istifadəyə verilib ki, bu, Azərbaycan dinamik inkişaf edən iqtisadiyyata malik ölkə olduğunu əyani şəkildə təsdiqləyir.

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanması və milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadiyyatın keyfiyyətcə yüksəlişi Azərbaycanın beynəlxalq arenada böyük uğurlar qazanması üçün yaşıl işıq yandırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakı - Tbilisi - Ceyhan, Bakı - Tbilisi - Ərzurum kimi irimiqyaslı əsas ixrac boru kəmərlərinin istifadəyə verilməsi mühüm nailiyyətlər sırasına həkk olundu və ölkəmizin beynəlxalq imicini xeyli yüksəltdi.

Azərbaycan qitənin ən iddialı layihələrindən birini – “Cənub Qaz Dəhlizi”ni reallaşdırmaqla faktiki olaraq Avropanın enerji xəritəsini yenidən cızmağı bacardı. Bir sıra xarici mütəxəssislər bu layihənin tikilib işə salınmasının qeyri-mümkün olacağını proqnozlaşdırsalar da, Azərbaycan bunun əksini sübut edərək qlobal bazarlarda öz mövqeyini xeyli möhkəmləndirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz xarici siyasət mövqelərini möhkəmləndirə bildi. Bircə fakt: 2011-ci ildə Azərbaycan 155 səslə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, iki il ərzində dünyanın aparıcı dövlətləri ilə bərabərhüquqlu əsaslarla üzərinə düşən vəzifələri uğurla yerinə yetirdi. Bu hadisə ölkəmizin və onun rəhbərinin dünya miqyasında nüfuzunun artmasının ən mühüm təsdiqi oldu.

Prezident İlham Əliyevin idarəçilik keyfiyyətləri və liderlik xüsusiyyətləri bir çox ölkələrin başçıları tərəfindən örnək kimi qarşılandı.

Bəli, o gün yetişdi!.. Prezident İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun gücü ilə otuzillik erməni işğalına son qoyuldu, 2020-ci ilin Vətən müharibəsi zamanı Azərbaycan tarixi ərazisi olan Qarabağ bölgəsinə nəzarəti bərpa edə bildi.

2023-cü il oktyabrın 15-də – prezidentliyinin 20-ci ilinin tamam olduğu bir gündə Ali Baş Komandan İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Bayrağını Xankəndi şəhərində dalğalandırdı. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bu fakt həm də milli dövlətçilik tarixində Sovet İttifaqının dağılmasından sonra ərazi bütövlüyümüzün bərpası, Qələbəmizin tam təmin və rəsmi təsdiq olunması kimi yaddaşımıza həkk edildi.

Ali Baş Komandan İlham Əliyev Xankəndidəki çıxışında xüsusi vurğuladı ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır: “Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

Prezident İlham Əliyev son otuz ildə azərbaycanlıların bir neçə-neçə nəslin faciəsinə səbəb olan Qarabağ problemini hərbi və diplomatik yolla həll etməyə nail oldu. İndi həyatda yaşayan, bu şanlı günlərin şahidi olan keçmiş qaçqın və köçkünlər, onların övladları və nəvələri işğaldan azad edilmiş doğma torpaqlara qayıdırlar. İndi Qarabağ və Şərqi Zəngəzur yenidən doğulur, dəyişir, dirçəlir, xarabalıqlardan cənnətə çevrilir.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu bir zamanda Prezident İlham Əliyevin siyasi və hərbi fəaliyyətinin ən möhtəşəm uğuru Azərbaycan Silahlı Qüvvələrinə qətiyyətli və məqsədyönlü rəhbərliyi nəticəsində Qarabağı işğalçılardan təmizləməsi, respublikamızın ərazi bütövlüyünü bərpa etməsi, Azərbaycan dövlətinin qüdrətini bütün dünyaya göstərməsi, cəmiyyətin milli ləyaqətini yeni keyfiyyət mərhələsinə qaldırması, ölkənin və xalqın nüfuzunu yüksəltməsi ilə bağlıdır.

Bu baxımdan ata nəsihətini əsl oğul ləyaqəti ilə yerinə yetirən Prezident İlham Əliyev çağdaş Azərbaycanın tarixinə öz adını hər zaman parlayacaq qızıl hərflərlə həkk etməyi bacardı: geniş dünyagörüşünə, hərtərəfli biliyə, yüksək mədəniyyətə, əvəzsiz idarəçilik qabiliyyətinə malik inamlı ölkə rəhbəri, dünya miqyasında şəksiz qəbul olunan səriştəli siyasətçi, döyüşkən, əzmkar, rəşadətli Silahlı Qüvvələr yaradan Ali Baş Komandan kimi!..”.

Cənab Prezident.

Sizə Prezident seçkisində parlaq qələbə münasibətilə səmimi təbriklərimi, ən xoş arzularımı çatdırıram. Azərbaycanda bayramlar bir-birini əvəz edir. Sizin rəhbərliyinizlə şanlı ordumuz Zəfər tarixi yazdı, bütün dünya azərbaycanlılarına Qələbə sevinci yaşatdı. Bu gün Azərbaycan xalqı xoş əhvali-ruhiyyə ilə gözəl günlər yaşayır. Əldə olunan bütün uğurlar Sizin düşünülmüş siyasətinizin nəticəsidir.

Abbasova Elnarə Məmməd qızı
Şəhid anası

Oxunub: 100217
Paylaş:
Digər xəbərlər
Araşdırma
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
  • 22-06-2026, 11:32
    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 18-06-2026, 12:32
    Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
  • 17-06-2026, 10:20
    17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
  • 16-06-2026, 21:11
    Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb
  • 16-06-2026, 21:10
    ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır
  • 16-06-2026, 21:08
    Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
  • 16-06-2026, 21:07
    Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?
  • 16-06-2026, 21:05
    Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur
  • 15-06-2026, 11:41
    Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
  • 15-06-2026, 11:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə