• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ölkəmizin inkişaf tarixində yeni mərhələ

Gündəm

29-03-2024, 09:44

Ölkəmizin inkişaf tarixində yeni mərhələ


Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində 2003-cü ildə verilən bütün vədlərin yerinə yetirildiyini əminliklə bildirərək qədəm qoyduğumuz yeni dövrün hədəflərini açıqladı. Təbii ki, yeni hədəflərin müəyyənləşdirilməsi üçün keçilən yolun təhlili bir zərurət kimi qarşıda dayanır. Bu baxımdan dövlət başçısı bildirdi ki, iyirmi ildən çoxdur Azərbaycan xalqı mənə öz dəstəyini göstərir: “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.”

Uğurlu yolun davamı Azərbaycanı tarixi Zəfərə qovuşdurdu. Üç il əvvəl Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri və çağırışı ilə ayağa qalxıb öz gücünü və iradəsini, nəyə qadir olduğunu 30 ilin işğalına 44 gündə son qoymaqla nümayiş etdirdi. Azərbaycan tarixinin Zəfər səhifəsi yazıldı. 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsaq da haqqın, ədalətin sonda zəfər çalacağını bilirdik. Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti nəticəsində artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradılmışdır. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycan ərazisi olduğu, erməni silahlı birləşmələrinin bu əraziləri qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdır. Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyildi. 30 illik işğal dövründə bəzi dünya güclərinin Ermənistana dəstəkləri nəticəsində işğalçı dövlət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüquqa hörmətsizlik etdi. Azərbaycan 30 il dünyadan ədalət gözlədi. Ermənistan ona göstərilən diqqətdən daha da ruhlanaraq yeni ərazilər uğrunda müharibə planı hazırladı. 2020-ci il 27 sentyabr tarixində Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaqla bu istəyini aydın şəkildə nümayiş etdirdi. Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdur. Müzəffər Ali Baş Komandanın əmri ilə başlayan əks-hücum əməliyyatları dünyaya səs salan Zəfərimizlə başa çatdı. Dövlət başçısı andiçmə mərasimində “İkinci Qarabağ müharibəsi şanlı tariximizdir” söyləməklə yanaşı diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərə yönəldi və bildirdi ki, müharibə olmaya bilərdi: “Əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa əməl etsəydilər, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl etsəydilər. Əgər böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik göstərirdi, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı, hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.”

Postmünaqişə dövründə də eyni vəziyyət yaşandı. Ermənistan 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəliklərini yerinə yetirmədi, silahlı birləşmələrini ərazilərimizdən çıxarmadı, əksinə hərbi təxribatlar törətməkdə davam etdi, dünya yenə də susdu. Bütün bunların nəticəsində Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də lokal antiterror tədbirləri həyata keçirdi və suverenliyimiz tam bərpa edildi. Cənab İlham Əliyev andiçmə mərasimindəki nitqində antiterror tədbirlərinə gedən yola da nəzər saldı. “Müharibədən keçən dövr ərzində biz öz prinsipial mövqeyimizi bütün məsələlərdə göstərmişdik, həm beynəlxalq vasitəçilik etməyə çalışanlarla, həm Ermənistan tərəfi ilə çoxsaylı görüşlər zamanı bildirilmişdir ki, onların üzərinə götürdükləri bütün öhdəliklər yerinə yetirilməlidir. Kapitulyasiya aktında hər şey açıq-aydın göstərilmişdir” söyləyən cənab İlham Əliyev onu da bildirdi ki, düzdür, bəzi öhdəliklər yerinə yetirildi, o da məcburən, qorxudan. Çünki İkinci Qarabağ müharibəsi işğalçılara elə bir sarsıdıcı zərbə vurdu ki, onlar uzun müddət ərzində özlərinə gələ bilmirdilər. Ancaq vaxt keçdikcə gördük ki, yenidən bizə qarşı ərazi iddiaları irəli sürülür, onlar yenidən o çirkin əməllərindən əl çəkmək istəmirlər: “Biz isə haqlı olaraq tələb edirdik ki, bütün şərtlər və öhdəliklər icra edilməlidir. Ermənistan özü bu öhdəliklərin altında imza atmışdır. Onların arasında, ilk növbədə, qanunsuz silahlı birləşmələrin Azərbaycan ərazisindən çıxarılması və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasındakı yol bağlantısı öhdəlikləri dururdu və üç il ərzində bu öhdəliklərin yerinə yetirilməsi məsələsi öz həllini tapmamışdır. Ermənistan sanki İkinci Qarabağ müharibəsinin nəticələrini unutmuşdu. Bəlkə kimsə onlara müəyyən məsləhətlər də verirdi ki, bu öhdəliklər yerinə yetirilməsin.”

Antiterror tədbirləri qaçılmaz idi. Sentyabrın 19-da başlanan və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim çökdü, ağ bayraq qaldırdı, təslim oldu, torpaqlarımızdan əbədi olaraq çıxarıldı. Bununla Azərbaycanda separatizmin kökü kəsildi.

Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Azərbaycan Bayrağı dalğalanır. Qürurverici hadisədir ki, dövlət başçısı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 7 fevral prezident seçkilərində Xankəndi şəhərində səs verdilər. Cənab İlham Əliyev andiçmə mərasimində bu mühüm addıma da diqqət yönəldərək belə bir çağırışı səsləndirdi ki, orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi. İndi isə yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm.

Bəşirov Habil Sabir oğlu Yardımlı rayon Peştəsər kənd bələdiyyəsinin sədri

Oxunub: 100234
Paylaş:
Digər xəbərlər
Araşdırma
Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • Dün, 19:58
    Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
  • Dün, 14:40
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Dün, 14:39
    Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb
  • Dün, 14:38
    “Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər
  • Dün, 14:37
    İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə