• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Xocalı soyqırımı - əsrin faciəsi

Gündəm / Siyasət

25-02-2026, 16:06

Xocalı soyqırımı - əsrin faciəsi Azərbaycan dövləti Ermənistanın dinc azərbaycanlılara qarşı törətdiyi cinayətlərin, o cümlədən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl iş apararaq tarixi ədalətin bərpasına nail olmaq, cinayətkarları beynəlxalq səviyyədə ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Hər bir azərbaycanlının ən əsas vəzifələrdən biri Azərbaycan dövlətinin bu istiqamətdə həyata keçirdiyi işlərə dəstək verərək Xocalı soyqırımı barədə əsl həqiqətləri dünyaya çatdırmaq və faciəyə beynəlxalq müstəvidə siyasi-hüquqi qiymətin verilməsinə nail olmaqdır.
Ermənilər 26 fevral 1992-ci ildə bütün bəşəriyyətəvə insanlığa ləkə olan növbəti cinayəti hesab olunan Xocalı qətliamını həyata keçirdilər. 613 nəfər dinc sakinin qəddarcasına öldürülməsi, 1275 nəfərin girov götürülərək ağlasığmaz və təhqiramiz üsullarla işgəncələrə məruz qalması, 150 nəfərin itkin düşməsi ilə nəticələnən Xocalı faciəsi ermənilərin çürük təfəkkürdən doğan istəklərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Xocalı faciəsi zamanı ermənilər tərəfindən yaşayış evləri dağıdılaraq yandırılıb, şəhəri tərk etmək məcburiyyətində olan dinc əhali Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutduğu zaman Naxçıvanik kəndi yaxınlığında erməni silahlıları tərəfindən yolları kəsilərək uşaq, qadın, qocalar atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirilmişdir. Ermənilər tərəfindən soyqırımı törədən vəhşi cəlladlar Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışlar.
Xocalıda baş verənlər hadisələr soyqırımı ilə əlaqədar beynəlxalq konvensiyaların müddəalarına cavab versə də, təəssüflər olsun ki, dünya ictimaiyyəti hələ də faciəyə siyasi qiymət verməyib. Ermənilərin törətdiyi cinayətin xarakteri və miqyası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli qətnaməsi ilə qəbul edilmiş "Soyqırımı cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada əksini tapmış müddəalara tam uyğundur. Əvvəlcədən planlaşdırılmış kütləvi və vəhşicəsinə qırğın aktı həmin ərazidə yaşayanların məhz azərbaycanlı olduqlarına görə həyata keçirilmişdir. Xocalı sakinlərinə qarşı soyqırımı cinayəti Dağlıq Qarabağın işğalı planı çərçivəsində Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti dövrü idi. Əksər ölkələrin ikili standartlardan çıxış etməsinin və məsələyə ehtiyatla yanaşmasının nəticəsidir ki, dünya ictimaiyyəti Xocalıda baş verənlərin soyqırımı olduğunu dilinə gətirmək istəmir. Qeyd etmək lazımdır ki, tarixdə analoqu olmayan belə qəddarlıq və vəhşilik XX əsrin sonunda dünya ölkələrinin gözü qarşısında baş vermişdir. Unutmaq lazım deyil ki, bu cinayət təkcə azərbaycanlılara qarşı deyil bütün bəşəriyyətə qarşı törədilmişdir.
26 fevral 1992-ci il tarixində baş verən dəhşətli Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə olaraq Ümummilli lider, Ulu Öndər Heydər Əliyev verib. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Ulu Öndər Heydər Əliyev 1997-ci il fevralın 25-də "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" növbəti Fərman imzalayıb.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması üçün davamlı və ardıcıl fəaliyyətin vacibliyi barədə qeyd etmişdir ki, "Bu gün dövlətin rəsmi qurumları ilə yanaşı, bütün vətəndaşlarımız, geniş ictimaiyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasəti haqqında həqiqətlərin və faktların dünya parlamentlərinə, beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və davamlı fəaliyyət göstərməlidir. Bu istiqamətdə görülən işləri razılıqla qeyd etməklə yanaşı, onu da bildirmək istərdim ki, tədbirlər daha əhatəli, planlı şəkildə aparılmalı və əlaqələndirilməlidir".
Qeyd etmək lazımdır ki, erməni işğalının nəticəsi olaraq Xocalı şəhəri xarabalığa çevrilmişdir. Tarixi abidələri ilə seçilən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji xüsusiyyətə malik Xocalı şəhəri ermənilər tərəfindən xarabalığa çevrilib. Ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Eyni zamanda şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla sökülüb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinərək məhv edilib.
Xocalı faciəsi hər bir soydaşlarımız tərəfindən ürək ağrısı ilə qeyd olunur. Şanlı ordumuz 44 günlük müharibədə misilsiz igidlik göstərərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi.
Fevralın 26-da dünyanın bir çox ölkələrində Xocalı faciəsi qurbanlarının əziz xatirəsi anılır və tədbirlər keçirilir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi.

Vilayət Məmmədov

Oxunub: 10074
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

25-02-2026, 10:30

İnsanlığa qarşı törədilmiş faciə - Xocalı

Gündəm / Siyasət

26-02-2025, 12:33

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

Gündəm / Siyasət

26-02-2025, 11:59

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib

Cəmiyyət

26-02-2025, 11:56

Xocalı soyqırımı - İnsanlıq tarixinin qanlı səhifəsi

Gündəm / Siyasət

24-02-2026, 11:28

Amsterdamın mərkəzində “Xocalıya ədalət!” çağırışı

Araşdırma
Bəradər Səməndərli – 60
Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Hadisə
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
Son xəbərlər
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • 7-10-2026, 11:42
    Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
  • 7-10-2026, 11:42
    Kiyev raketlərlə vurulub, ölənlər var
  • 2-10-2026, 10:35
    Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • 30-09-2026, 21:07
    Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
  • 30-09-2026, 21:06
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 30-09-2026, 21:06
    “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
  • 30-09-2026, 21:04
    Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
  • 30-09-2026, 21:03
    Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
  • 30-09-2026, 21:01
    Yeni Çin avtomobili: suda 40 dəqiqə qalır və saatda... - VİDEO
  • 30-09-2026, 11:18
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:15
    Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir
  • 30-09-2026, 11:13
    Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
  • 18-09-2026, 18:22
    Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 09:39
    Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
  • 16-09-2026, 09:35
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 16-09-2026, 09:32
    Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib
  • 16-09-2026, 09:29
    Messi vida matçı üçün Argentina millisinə çağırılıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə