Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Yığmamız AVRO-2025-in seçmə mərhələsində mübarizəyə başlayacaq.
Siyasət Əsgərovun yetirmələri B liqasının 1-ci qrupunda yarışa səfərdə start verəcək. Komandamız Macarıstanın qonağı olacaq.
Qeyd edək ki, qrupumuzun digər oyununda İsveçrə Türkiyəni qəbul edəcək.
AVRO-2025-in seçmə mərhələsi
B liqası, 1-ci qrup
I tur, 5 aprel
19:45. Macarıstan – Azərbaycan
Baş hakim: Kirsti Doul (İngiltərə)
Şent Qellert Forum