• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

İyunun 23-ü Beynəlxalq Olimpiya Günüdür

İdman

23-06-2025, 14:04

İyunun 23-ü Beynəlxalq Olimpiya Günüdür Beynəlxalq Olimpiya Günü idman, fitnes və olimpiya ruhunun birlikdə qeyd edilməsi ilə əlamətdardır. Hər il iyunun 23-də qeyd olunan bu mühüm gün idmanın birlik, möhkəmlik və fiziki rifahı təşviq etmək üçün gücünü vurğulayan fəaliyyətlərdə iştirak etmək istəyən bütün yaş və qruplardan olan insanları bir araya gətirir.

Bu əlamətdar gün 1948-ci ildə Sankt-Moritsdə (İsveçrə) keçirilən 42-ci sessiya zamanı Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən təsis edilib. Bu tarix təsadüfən seçilməyib, çünki 23 iyun müasir Olimpiya hərəkatının yaranması ilə əlamətdardır. 1894-cü ilin bu günündə Fransada keçirilən konqresdə Pyer de Kubertenin Olimpiya Oyunlarını canlandırmaq təşəbbüsü dəstəklənib və Beynəlxalq Olimpiya Komitəsi yaradılıb.

Beynəlxalq Olimpiya Günü ilk dəfə 1948-ci ildə BOK-un təklifi əsasında qeyd edilib. Beynəlxalq Olimpiya Günü təsis edildiyi gündən etibarən simvolik bir tədbirdən 150-dən çox ölkədə milyonlarla insanın iştirak etdiyi aktiv, qlobal bayrama çevrilib.

2025-ci ildə bu əlamətdar gün “Daha çox motivasiya, cəmiyyət və sevinc üçün birlikdə hərəkət edək” mövzusunda keçirilir.

BOK Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əməkdaşlıq şəraitində insanları daha çox hərəkət etməyə ruhlandırmaq və dəstəkləmək məqsədi daşıyan davamlı təşəbbüsünün növbəti mərhələsini həyata keçirir. Bu deviz idmanla məşğul olmağın və birlikdə məşq etməyin faydalarına işıq saçır, bunun gətirdiyi faydaları təşviq edir.

BOK prezidenti Tomas Baxın bu münasibətlə yaydığı bəyanatda deyilir: “İdman sevincdir, idman insanları birləşdirir. İdman və fiziki fəaliyyət həm də sağlam bədən, sağlam ruh və möhkəm cəmiyyətlər üçün yüksək təsirə malik vasitədir. Biz hər yerdə insanları idmanın sevincini yaşamağa və Olimpiya Günündə idmanla məşğul olmaq üçün dostumuzu da özümüzlə götürməyə və onlara daha çox ilham verməyə dəvət edirik”.

İyunun 23-də bu əlamətdar gün çərçivəsində 150-dən çox Milli Olimpiya Komitəsinin (MOK), Beynəlxalq İdman federasiyalarının və Olimpiya Oyunlarının Təşkilat komitələrinin (OCOGs) iştirak edəcəyi Olimpiya Hərəkatı üzrə kütləvi tədbirlər və rəqəmsal aktivləşdirmələr olacaq.

“Samsung” şirkəti insanlara 23 iyun-21 iyul tarixləri arasında 260 min addım atmaq üçün çağırış edib. Çində “WeChat” platformasında Olimpiada Mini Proqramı iyunun 30-na qədər insanları hədəflər təyin etmək, birlikdə məşq etmək və dostları ilə yarışmaq üçün komanda rejimi də daxil olmaqla gündəlik idman yarışına dəvət edib.

Azərbaycan müstəqil dövlət olaraq Olimpiya hərəkatına 1992-ci ildən qoşulub. Ölkəmizdə bu sahənin sürətli inkişafı 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçilən dövlət başçısı İlham Əliyevin adı ilə bağlıdır. Hazırda idmançılarımız Paralimpiya, Qış Olimpiya Oyunları, Yeniyetmələrin Yay və Qış Olimpiya Oyunları, Avropa Oyunları, Avropa Gənclərinin Yay və Qış Olimpiya festivalları və İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edirlər.

Oxunub: 100148
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

17-10-2024, 14:24

Prezident İlham Əliyev Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub

Siyasət

24-12-2024, 12:12

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

İdman

27-11-2024, 12:13

İdman gimnastikası üzrə Azərbaycan çempionatı və birinciliyinə yekun vurulub

Siyasət

4-11-2024, 13:53

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bakı Olimpiya Stadionunun ərazisində COP29-la bağlı yaradılan şəraitlə tanış olublar

İdman

16-10-2024, 11:07

Mingəçevirdə avarçəkmə üzrə beynəlxalq turnirə start verilib

Araşdırma
Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • 13-11-2026, 19:58
    Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
  • 13-11-2026, 14:40
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • 13-11-2026, 14:39
    Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb
  • 13-11-2026, 14:38
    “Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər
  • 13-11-2026, 14:37
    İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə