Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün liqa mərhələsində yeddinci oyununa çıxacaq.
Ağdam təmsilçisi Almaniyanın “Ayntraxt” kollektivini qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq. Qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.
Xatırladaq ki, “Qarabağ” hazırda 7 xalla 25-ci pillədə qərarlaşıb. Frankfurt klubu isə 4 xalla 33-cü yerdədir.