• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Diplomatik korpus nümayəndələri üçün WUF13-ə dair məlumat sessiyası keçirilib

İqtisadiyyat

17-11-2025, 13:43

Diplomatik korpus nümayəndələri üçün WUF13-ə dair məlumat sessiyası keçirilib Noyabrın 17-də Bakının 2026-cı ildə ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumat sessiyası keçirilib.

2026-cı il mayın 17-dən 22-dək “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək Foruma dair məlumatlandırma sessiyasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yemeru çıxış edib və “UN-Habitat”ın icraçı direktoru Anaklaudia Rossbaxın videomüraciəti təqdim olunub. Sessiyanın keçirilməsində məqsəd WUF13 tədbirinin mahiyyəti və hazırlıq prosesi, Forum çərçivəsində planlaşdırılan tədbirlər, tematik dialoqlar və fəaliyyətlər, eləcə də iştirak və əməkdaşlıq imkanları barədə iştirakçılara məlumat verməkdir.

WUF13-ün milli koordinatoru Anar Quliyev qlobal əhəmiyyətli Forum çərçivəsində dövlət və hökumət başçılarının, nazirlərin yüksəksəviyyəli tədbirlərdə iştirak edəcəklərini bildirib. O vurğulayıb: “WUF13 ölkəmiz üçün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək, həmçinin Azərbaycanın urbanizasiya sahəsində nailiyyətlərini və gələcəyə baxışını dünyaya təqdim etmək baxımından unikal bir platformadır. Azərbaycan Foruma yeni təşəbbüslər təqdim edib və forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçirilməsi nəzərdə tutulur. Bu, Azərbaycanın qlobal şəhər gündəliyinə sadiqliyini və şəhərlərin transformasiyasına dair beynəlxalq proseslərdə fəal liderliyini nümayiş etdirir. Biz inanırıq ki, WUF13 şəhərlərin daha dayanıqlı və insan mərkəzli inkişafına mühüm töhfə verəcək”

Daha sonra UN-Habitatın icraçı direktoru xanım Anaklaudia Rossbax videomüraciət ilə bu mühüm toplantının təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. O qeyd edib: “WUF13 bütün tərəfdaşların “hər kəs üçün layiqli mənzil”ə çıxışı təmin etmək öhdəliklərini yeniləməsi üçün mühüm bir məqam olacaq, çünki bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsası olan insan ləyaqəti, təhlükəsizliyi və iqlim fəaliyyəti üçün zəruridir. Həmçinin bu tədbir “Yeni Şəhər Gündəliyi” sənədinin qəbulunun onilliyini və bu müddət ərzində əldə olunan inkişafı qeyd etmək, eyni zamanda, növbəti on il ərzində mənzil təminatı məsələsinə fokuslanaraq fəaliyyət göstərmək üçün əhəmiyyətli bir fürsət olacaq”.

Tədbirdə iştirak edən diplomatların diqqətinə çatdırılıb ki, Forumun yüksək səviyyədə təşkili məqsədilə bütün əsas əməliyyat istiqamətləri üzrə hazırlıq və koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir. WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov Forumun keçiriləcəyi Bakı Olimpiya Stadionunda müxtəlif funksional zonaların müəyyən edilməsi, müvafiq infrastrukturun qurulması və tədbirin bütün aspektlərinin yüksək səviyyədə təşkili istiqamətində aparılan işlər barədə ətraflı məlumat verib. O, həmçinin vurğulayıb ki, hazırlıq prosesində dayanıqlılıq, təhlükəsizlik və əlçatanlıq prinsipləri hərtərəfli nəzərə alınmaqla bütün əməliyyat istiqamətləri üzrə koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir: “Məqsədimiz Bakıda yüksək təşkilatçılıq standartlarına cavab verən, inklüziv və qlobal əməkdaşlığa xidmət edən nümunəvi bir beynəlxalq platforma yaratmaqdır.”

Məlumat sessiyasında “UN-Habitat”inn Xarici əlaqələr, strategiya, bilik və innovasiya departamentinin direktoru Edlam Yeməru Forumun konsepsiyası və proqramı barədə geniş təqdimatla çıxış edib.

Sessiya sual-cavab və açıq müzakirə formatında davam edib.

Hibrid formatda təşkil olunan interaktiv sessiyada Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri, ümumilikdə 100-ə yaxın diplomat iştirak edib.

Oxunub: 100107
Paylaş:
Digər xəbərlər

Dünya

15-04-2025, 11:28

BMT-də Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası başladı

İqtisadiyyat

27-01-2025, 21:50

İqtisadi Şuranın iclası keçirilib

Mədəniyyət

9-10-2024, 11:46

Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası keçirilib

İqtisadiyyat

20-02-2025, 11:37

İmişlidə Aqrar Biznes Festivalı keçirilib

İqtisadiyyat

18-11-2024, 12:55

Azərbaycan və Almaniya arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub

Araşdırma
Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Hadisə
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
Son xəbərlər
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
  • 18-09-2026, 18:22
    Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 09:39
    Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
  • 16-09-2026, 09:35
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 16-09-2026, 09:32
    Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib
  • 16-09-2026, 09:29
    Messi vida matçı üçün Argentina millisinə çağırılıb
  • 16-09-2026, 09:23
    Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
  • 15-09-2026, 09:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 13-09-2026, 12:41
    Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır
  • 13-09-2026, 12:40
    Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb
  • 13-09-2026, 12:39
    Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub
  • 8-09-2026, 11:48
    Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
  • 8-09-2026, 11:47
    “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 8-09-2026, 11:45
    Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib
  • 8-09-2026, 11:44
    İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib
  • 8-09-2026, 11:43
    “Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb
  • 7-09-2026, 11:50
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 5-09-2026, 11:45
    Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
  • 5-09-2026, 11:43
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • 5-09-2026, 11:43
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • 5-09-2026, 11:42
    Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib
  • 5-09-2026, 11:37
    İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə