Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri Azərbaycan Dövlət Filarmoniyasında çıxış edib
Zamanlabirge.az xəbər verir ki, Üzeyir Hacıbəyli XV Beynəlxalq Muğam Festivalı çərçivəsində Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri Azərbaycan Dövlət Filarmoniyasında konsert proqramı ilə çıxış edib.
Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayan konsert proqramında dahi bəstəkarın əsərlərindən parçalar səsləndirilib.
Naxçıvan Dövlət Filarmoniyasının solistləri Mübariz Əsgərov, Gülyanaq Fərzəliyeva, Vəli Səfərov, İlkin Abdullayev, Elçin Nağıyev, Tural Nəcəfov və digərləri maraqlı ifaları ilə tamaşaçıların rəğbətini qazanıblar.
Orkestrin dirijorları Prezident mükafatçıları Orxan Həşimov, Elvin Əliyarlı və Cahangir Qurbanovdur.
Qeyd edək ki, Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı sentyabrın 28-nə kimi davam edəcək.
/zamanlabirge.az/