• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Moskvada Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd olunub

Mədəniyyət

31-01-2025, 11:32

Moskvada Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd olunub Moskvada, Dövlət Kreml Sarayında görkəmli Azərbaycan müğənnisi, bəstəkarı və aktyoru, Azərbaycanın Xalq artisti, diplomat Polad Bülbüloğlunun 80 illik yubileyi münasibətilə “Yeddi not” adlı konsert təşkil olunub.
Konsertdə Azərbaycanın və Rusiyanın tanınmış siyasi və mədəniyyət xadimləri, Polad Bülbüloğlu yaradıcılığının pərəstişkarları iştirak ediblər. Yubilyarı təbrik etmək üçün səhnəyə Rusiyanın Xalq artistləri Lev Leşenko, Sergey Bezrukov, Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli, Yusif Eyvazov, Elçin Əzizov, Dinara Əliyeva, Özbəkistanın Xalq artisti Fərrux Zakirov, Azərbaycan Dövlət Rəqs Ansamblı, dirijor Murtuza Bülbülün rəhbərliyi ilə Akademik Böyük Konsert Orkestri, O.Lundstrem adına Rusiya Caz Musiqisi Orkestri, Rusiyanın TASS İnformasiya Agentliyi baş direktorunun birinci müavini Mixail Qusman, Rusiya Prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Yefim Şvıdkoy və başqaları çıxıblar.
Çıxışlarda qeyd olunub ki, Polad Bülbüloğlu təkcə müğənni və bəstəkar deyil, bütöv bir dövrün simvoludur. Onun mahnıları nəsilləri birləşdirən, milli musiqimizi zənginləşdirən bir mirasdır. Kreml Sarayında keçirilən bu möhtəşəm yubiley konserti bir daha göstərdi ki, Polad Bülbüloğlunun sənəti zamanın sınağından çıxaraq bu gün də sevilir. O, öz unikal yaradıcılığı və bitməyən enerjisi ilə insanları ruhlandırmağa davam edir.
Polad Bülbüloğlu tamaşaçıları uzun illərdir dinləyicilərin qəlbini fəth edən melodik mahnıları və bənzərsiz ifa tərzi ilə sevindirib. Səhnədən bəstəkarın “Qarabağ”, “Mənim Azərbaycanım”, “Liderin ürəyi”, “Gəl, ey səhər”, “Zəng et” və digər mahnıları səslənib.
Hər bir mahnı tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Polad Bülbüloğlunun əvəzolunmaz ifası və məlahətli səsi illər öncəki kimi güclü səslənib və bir daha həqiqi istedadın zamanın təsirinə məruz qalmadığını sübut edib. Bəstəkarın dostları və məşhur səhnə adamları sənətkarı səhnədən təbrik edərək onunla birlikdə oxuyublar.
Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Uzundərə”, “Cəngi”, “Sarı gəlin” rəqsləri gecəyə xüsusi ab-hava qatıb.
Gecənin sonunda tamaşaçıların gur alqışları altında sənətkara çiçək dəstələri təqdim olunub. Azərbaycan sənətçisinin konserti Moskvanın mədəni həyatında mühüm hadisələrdən birinə çevrilib və Polad Bülbüloğlu musiqisinin təkcə Azərbaycan üçün deyil, dünya musiqi mədəniyyəti üçün də dəyərli bir irs olduğunu göstərib.
Moskvada Polad Bülbüloğlunun 80 illik yubileyi qeyd olunub

Oxunub: 100177
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

18-04-2024, 14:06

Fidan Hacıyeva Beynəlxalq Opera Festivalının proqramı təqdim olunub

Mədəniyyət

18-12-2024, 10:42

ICESCO-da Məxdumqulu Fəraqinin 300 illik yubileyi qeyd olunacaq

Mədəniyyət

21-11-2024, 11:19

Azərbaycanda ilk dəfə “Nəsimi” operasının təqdimatı olub

Dünya

23-03-2024, 10:58

Moskvada konsert zalında ölənlərin sayı 99 oldu - YENİLƏNİB (VİDEO)

Mədəniyyət

4-11-2024, 13:43

Xalq artisti Şövkət Ələkbərovanın xatirə gecəsi keçiriləcək

Araşdırma
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə