• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Siyasət

22-05-2024, 19:28

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özərin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə qardaş ölkələrimiz arasında əlaqələrin ən yüksək səviyyədə olduğu qeyd edilərək, xalqlarımızı birləşdirən ortaq tarixi, dil, dini, milli-mənəvi dəyərlərin münasibətlərimizin əsasında dayandığı, xalqlarımızın hər zaman bir yerdə olduğu vurğulanıb. Bildirilib ki, ikitərəfli əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu var. Bu mənada, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.
Söhbətdə bu gün dövlət başcılarımızın liderliyi ilə ölkələrimizin bütün sahələrdə uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Bildirilib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti Azərbaycan-Türkiyə əlaqələrinin hər tərəfli inkişafında və müttəfiqlik səviyyəsinə çatmasında çox mühüm rol oynayır.
Milli Məclisin sədri, Azərbaycan Prezidentinin "Bizim ailəmiz Türk dünyasıdır" fikrini xatırladaraq, ölkələrimizin türk dövlətləri arasında da münasibətlərin inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. O, bu sahədə parlamentlərin də üzərinə mühüm vəzifələr düşdüyünü söyləyib.
Söhbət zamanı parlamentlərimizin də ölkələrimiz və xalqlarımız arasında əlaqələrin inkişafına dəstək və töhfələr verdiyi, hazırda qanunverici orqanlarımız arasında da əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd edilib. Bildirilib ki, bu gün Milli Məclislə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur. Həmçinin parlamentlərimiz beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir və bütün məsələlərdə ortaq mövqedən çıxış edirlər. Spiker Sahibə Qafarova xatırladıb ki, Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında Əməkdaşlıq haqqında Saziş imzalanıb ki, bu sənəd parlamentlərimiz arasında bir çox sahələrdə əlaqələrin daha da dərinləşməsini özündə ehtiva edir. Bu saziş Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmdir. Bu mənada parlament komitələri, dostluq qrupları arasındakı əlaqələr çox önəmlidir.
Azərbaycana səfərindən və Milli Məclisdə olmağından məmnunluğunu ifadə edən Türkiyə Böyük Millət Məclisinin komissiya sədri Mahmut Özər cari il may ayının əvvəlində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olduğunu və Forumun çox yüksək səviyyədə təşkil edildiyini qeyd edib.
Görüşdə qardaş ölkələrimiz arasında bütün digər sahələrdə olduğu kimi, təhsil sahəsində də geniş əlaqələrin olduğu bildirib. Spiker Sahibə Qafarova gənc nəslin tərbiyəsi, ailə dəyərlərimizin qorunması istiqamətində təhsilin xüsusi rolunu vurğulayaraq deyib ki, gənc nəslin milli dəyərlərimizə bağlı, qardaşlıq münasibətlərimizə sadiqlik ruhunda yetişdirilməsi çox mühüm əhəmiyyət kəsb edir.
Tərəflər Türkiyə-Azərbaycan Universitetinin yaradılmasından məmnunluqlarını ifadə edərək, bunun ölkələrimiz arasında qardaşlığın təzahürü olduğu vurğulanıb. Qeyd edilib ki, bu universitet gənclərimizin daha yaxşı təhsil almasına və gələcək inkişafına öz töhfəsini verəcək.
Görüşdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, TBMM üzvləri Nazım Maviş, Mehmet Emin Öz, Nurten Yontar, Şenol Sunat, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşübMilli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyası sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Oxunub: 100277
Paylaş:
Digər xəbərlər

Siyasət

22-05-2024, 19:32

TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özerin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

Siyasət

23-04-2024, 19:05

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Milli Assambleyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Siyasət

13-05-2024, 15:33

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb

Siyasət

14-05-2024, 11:37

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfərə gəlib

Siyasət

16-05-2024, 11:30

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib

Araşdırma
Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Hadisə
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
Son xəbərlər
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
  • 18-09-2026, 18:22
    Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 09:39
    Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
  • 16-09-2026, 09:35
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 16-09-2026, 09:32
    Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib
  • 16-09-2026, 09:29
    Messi vida matçı üçün Argentina millisinə çağırılıb
  • 16-09-2026, 09:23
    Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
  • 15-09-2026, 09:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 13-09-2026, 12:41
    Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır
  • 13-09-2026, 12:40
    Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb
  • 13-09-2026, 12:39
    Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub
  • 8-09-2026, 11:48
    Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
  • 8-09-2026, 11:47
    “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 8-09-2026, 11:45
    Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib
  • 8-09-2026, 11:44
    İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib
  • 8-09-2026, 11:43
    “Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb
  • 7-09-2026, 11:50
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 5-09-2026, 11:45
    Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
  • 5-09-2026, 11:43
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • 5-09-2026, 11:43
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • 5-09-2026, 11:42
    Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib
  • 5-09-2026, 11:37
    İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə