• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin 2024-cü il yaz sessiyasını bağlı elan edidi

Siyasət

31-05-2024, 15:49

Milli Məclisin 2024-cü il yaz sessiyasını bağlı elan edidi Hörmətli həmkarlar!
Bu gün yaz sessiyasının son iclasıdır. Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 80 deputat növbədənkənar sessiyanın çağırılması üçün mənə müraciət edib və iyun ayında bizim növbədənkənar sessiyamız olacaq.
İndi isə mən sizə yaz sessiyasının yekunları barədə qısa məlumat vermək istəyirəm.
İlk öncə onu söyləyim ki, Milli Məclisin yaz sessiyası başlandıqdan az sonra, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilmişdir. Bildiyiniz kimi, andiçmə mərasimində söylədiyi proqram xarakterli nitqində möhtərəm cənab Prezident Azərbaycan dövlətinin yeni dövrün tələblərindən irəli gələn vəzifələrini müəyyən etmişdir.
Milli Məclis də dövlət başçısının müəyyən etdiyi hədəflərə uyğun olaraq, yaz sessiyasında fəaliyyətini həmin tələblər səviyyəsində qurmağa çalışmışdır.
Sessiya ərzində parlamentin 13 iclası keçirilmiş, 61 qanun qəbul edilmişdir. Başqa sözlə, 2 yeni qanun qəbul olunmuş, 50 qanunda dəyişiklik edilmiş, 9 beynəlxalq müqavilə təsdiq olunmuşdur.
İnamla söyləmək olar ki, qəbul edilmiş qanunvericilik aktları ölkəmizdə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə xidmət edir.
Hörmətli həmkarlar!
Yaz sessiyasında görülmüş işlər haqqında danışarkən mən qeyd etməliyəm ki, həmişə olduğu kimi, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq Milli Məclisin qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsinə kömək göstərmişdir.
Bununla əlaqədar mən parlamentlə hökumət arasında konstruktiv iş birliyini yenə də xüsusi vurğulamaq istəyirəm. Hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələri mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunmuş, qanun layihələrinin müzakirəsi zamanı onların rəyləri dinlənilmişdir. Bununla birlikdə, deputatların bir sıra mülahizə və təklifləri də icra orqanları tərəfindən nəzərə alınmışdır.
Hörmətli həmkarlar!
Yaz sessiyası dövründə böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə lazım gəldikdə ictimai dinləmələr keçirilməsi praktikasından istifadə edilmişdir.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar" mövzusunda, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə təşkilatçılığı ilə ”Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda ictimai dinləmələr keçirilmişdir.
Bununla birlikdə, Milli Məclis deputatlarının, Bakı Təşəbbüs Qrupu, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət Universiteti təmsilçilərinin, Yeni Kaledoniya parlamenti üzvlərinin iştirakı ilə "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda və Fransız Polineziyası parlamenti deputatlarının və siyasi xadimlərinin iştirakı ilə “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfranslar təşkil edilmişdir.
Hörmətli deputatlar!
Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində tarixi qələbələr sayəsində Azərbaycan beynəlxalq hüququn qüvvəsini bərpa etdikdən və ərazi bütövlüyünü, suverenliyini təmin etdikdən sonra ölkəmizə qarşı qərəzli hücumlar güclənmişdir. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etməyən bu qüvvələr müxtəlif bəhanələr altında ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışır, bu məqsədlə böhtan və hədələrə də əl atırlar. Beynəlxalq təşkilatların Azərbaycan barəsində qeyri-obyektiv və əsassız qətnamələrinə, eləcə də bəzi ölkələrin parlament üzvlərinin qeyri-adekvat iddialarına Milli Məclisin və onun komitələrinin münasibəti yaz sessiyasında lazım gəldikcə qətiyyətlə və kəskin şəkildə ifadə edilmişdir.
Hörmətli həmkarlar!
Sessiya ərzində parlamentin səlahiyyət dairəsinə daxil olan bir sıra təyinat məsələləri həll edilmişdir.
Ümumən bu sessiyada Milli Məclisin 21 qərarı qəbul olunmuşdur.
Hörmətli deputatlar!
Yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun, Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilmişdir.
Hörmətli həmkarlar!
Yaz sessiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər həyata keçirilmişdir.
Milli Məclisin 62 deputatı 26 ölkəyə 102 səfər həyata keçirmişlər.
Deputatlarımız 9 beynəlxalq təşkilatın tədbirlərində iştirak və çıxış etmişlər.
Millət vəkillərimiz Rusiyada keçirilən prezident seçkilərini, Belarusda keçirilən parlament seçkilərini və yerli deputat şuralarına seçkiləri, eləcə də İndoneziyada keçirilən prezident və parlament seçkilərini müşahidə etmişlər.
56 ölkənin və 20 beynəlxalq təşkilatın 101 nümayəndə heyəti, ümumən 544 nəfərdən çox xarici qonaq Milli Məclisdə olmuşdur.
Hörmətli həmkarlar!
Milli Məclis sədrinin 2 ölkəyə rəsmi və 4 ölkəyə işgüzar səfərləri olmuşdur. Milli Məclisdə mən 3 ölkənin prezidenti, 20 ölkənin parlament sədrləri və sədr müavinləri, 7 beynəlxalq təşkilatın rəhbərləri, 2 ölkənin icra hakimiyyəti orqanının nümayəndələri, 5 dövlətin Azərbaycandakı səfirləri ilə görüşlər keçirmişəm.
Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilmişdir.
Hörmətli deputatlar!
Milli Məclis tərəfindən 7 beynəlxalq tədbir keçirilmişdir. Onlardan 5-i Bakıda Milli Məclisin evsahibliyi ilə keçirilib, 2-i isə xaricdə baş tutmuşdur. Belə ki, fevralın 21-də və 22-də Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası və 14-cü plenar sessiyası 276 nəfərin iştirakı ilə keçirilmişdir. Martın 4-də TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası, aprelin 25-də Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin Birinci iclası və mayın 2-də 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Parlamentlərarası konfransı Bakıda keçirilmişdir.
Onu da qeyd edim ki, Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında 2024–2025-ci illər üçün bu təşkilata sədrlik Azərbaycan Respublikasına keçmişdir.
Hörmətli deputatlar!
Qeyd olunduğu kimi, Milli Məclisin xaricdə 2 tədbiri keçirilmişdir. İsveçrənin Cenevrə şəhərində Milli Məclisin təşkilatçılığı və mənim sədrliyim ilə martın 23-də Asiya Parlament Assambleyasının koordinasiya iclası və martın 25-də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilmişdir. Konfransın işində 275 nəfər qonaq iştirak etmişdir.
Hörmətli həmkarlar!
Qeyd edim ki, yaz sessiyası dövründə Milli Məclis ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu, eləcə də Milli Məclis ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.
Eyni zamanda, hörmətli həmkarlar, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu da imzalanmışdır.
Beləliklə, hörmətli həmkarlar, Milli Məclis yaz sessiyasını uğurla başa çatdırır. Bununla əlaqədar mən sizə səmərəli iş üçün təşəkkür edirəm və Milli Məclisin 2024-cü il yaz sessiyasını bağlı elan edirəm.

Oxunub: 100288
Paylaş:
Digər xəbərlər

Siyasət

23-05-2024, 19:44

Milli Məclisdə görüş

Araşdırma
Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • Dün, 19:58
    Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
  • Dün, 14:40
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Dün, 14:39
    Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb
  • Dün, 14:38
    “Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər
  • Dün, 14:37
    İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə