• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edib

Siyasət

11-10-2024, 14:40

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edib Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına işgüzar səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib.
Tədbirdən əvvəl beynəlxalq konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Düşənbə şəhərində yerləşən "Dostluq" meydanında İsmoili Somoninin abidəsi önünə əklil qoyublar.
Sonra Tacikistan Parlamentində Beynəlxalq konfrans öz işinə başlayıb.
Tədbirdə çıxış edən Milli Məclisin sədri dəvətə, göstərilən qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəmi Emomaliyə və Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodaya minnətdarlığını bildirib. Spiker Sahibə Qafarova parlamentə və bütün Tacikistan xalqına Konstitusiyanın 30 illiyi münasibətilə təbriklərini çatdırıb.
Sahibə Qafarova Tacikistan xalqının Konstitusiyanın qəbulundan əvvəl 90-cı illərin əvvəllərində baş vermiş o çətin günləri heç vaxt unutmayacağını, bu gün isə sabit və dinamik inkişaf edən Tacikistanın ölkə Prezidenti Emoməli Şərifoviç Rəhmonun rəhbərliyi ilə sosial, iqtisadi və digər sahələrdə bir sıra uğurlar əldə etdiyini diqqətə çatdırıb.
Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Tacikistanın əldə etdiyi bütün uğurları yüksək qiymətləndirir. Çünki Azərbaycan və tacik xalqlarını çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər və ənənələr birləşdirir. Xalqlarımız həmişə sülh, əmin-amanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar.
Spiker bildirib ki, dövlətlərarası münasibətlərimiz məhz bu möhkəm təməl üzərində qurulub. O, bu münasibətlərin yaranmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmonun xüsusi rolunu qeyd edib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulandan indiyədək ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində fəal və ardıcıl qarşılıqlı fəaliyyət mövcuddur. Spiker Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmon arasında şəxsi dostluq münasibətlərinin və qarşılıqlı anlaşmanın ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına mühüm töhfələrini xüsusilə qeyd edərək, ikitərəfli əsasda və beynəlxalq tədbirlər çərçivəsində fəal dialoq və müntəzəm görüşlərin keçirildiyini vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyev 2023-cü ilin aprelində Tacikistana dövlət səfəri edib və həmin ilin sentyabrında Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının Beşinci Məşvərət Görüşündə fəxri qonaq qismində iştirak edib. Prezident Emoməli Rəhmon 2023-cü ilin noyabrında Bakıda BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üzrə Xüsusi Proqramının Sammitində iştirak edib, 2024-cü ilin mayında isə Azərbaycana dövlət səfəri edib. Bu təmaslar zamanı aparılan danışıqlar və əldə olunan razılaşmalar, imzalanmış çoxsaylı sənədlər ikitərəfli əməkdaşlığın bütün sahələrində fəal qarşılıqlı fəaliyyətin inkişafına güclü təkan verib. Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin imzalanması isə ölkələrimiz arasında münasibətləri keyfiyyətcə tamamilə yeni səviyyəyə qaldırıb.
Milli Məclisin sədri bildirib ki, dövlət qurumlarımız yüksək səviyyədə qəbul edilmiş qərarların birmənalı şəkildə praktiki icrasını reallaşdırır ki, bu da iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə ardıcıl işlərdə özünü göstərir.
Spiker Sahibə Qafarova çıxışında onu da qeyd edib ki, ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri də parlamentlərin qarşılıqlı fəaliyyətidir. Biz parlamentarilər xalqımızı təmsil edirik, işimiz isə onun iradəsini əks etdirir.
Azərbaycan və Tacikistan parlamentləri arasında əlaqələrdən danışan Sahibə Qafarova bildirib ki, bu gün qanunverici orqanlarımız arasında həm ikitərəfli səviyyədə, həm də Parlamentlərarası İttifaq, MDB Parlamentlərarası Assambleyası, İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı, Asiya Parlament Assambleyası və İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası kimi parlamentlərarası təşkilatlar çərçivəsində çox səmərəli əməkdaşlıq qurulub.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, parlament sədrlərinin qarşılıqlı səfərləri, dostluq qruplarının fəaliyyəti bu əməkdaşlığın inkişafına töhfə verir. Rüstəmi Emomalinin 2022-ci ildə Azərbaycana rəsmi səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Respublikası Ali Məclisinin Milli Məclisi arasında əməkdaşlıq haqqında Saziş” də bizim ölkələrimiz arasında siyasi, iqtisadi, elmi-texniki, sosial-mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə, möhkəmlənməsinə kömək etmək niyyətlərimizi təsdiqləyir.
Çıxışının sonunda Milli Məclisin sədri Sahibə Qafarova bir daha parlamenti və qardaş Tacikistan xalqını Konstitusiyanın 30 illiyi münasibətilə təbrik edib, onlara uğurlar və firavanlıq arzulayıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edib

Oxunub: 100208
Paylaş:
Digər xəbərlər

Siyasət

28-05-2024, 11:10

Beynəlxalq tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub

Siyasət

16-05-2024, 11:30

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfərə gəlib

Siyasət

14-05-2024, 11:37

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfərə gəlib

Siyasət

29-05-2024, 21:17

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçirib

Siyasət

13-05-2024, 15:33

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb

Araşdırma
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
  • 22-06-2026, 11:32
    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 18-06-2026, 12:32
    Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
  • 17-06-2026, 10:20
    17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
  • 16-06-2026, 21:11
    Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb
  • 16-06-2026, 21:10
    ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır
  • 16-06-2026, 21:08
    Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
  • 16-06-2026, 21:07
    Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?
  • 16-06-2026, 21:05
    Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur
  • 15-06-2026, 11:41
    Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
  • 15-06-2026, 11:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə