• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı

Siyasət

20-01-2025, 11:55

20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı Azərbaycan xalqına qarşı törədilmiş 20 Yanvar faciəsindən artıq 35 il ötür. Tarixə “Qanlı Yanvar” kimi həkk olunmuş bu hadisə xalqımızın azadlıq arzusunu və istəyini boğmaq məqsədilə həyata keçirilmiş ən ağır cinayətlərdən biridir. Bu faciə Azərbaycan xalqının yaddaşına həm kədər, həm də qürur günü kimi həkk olunub. Qanlı Yanvar qətliamı, eyni zamanda, Azərbaycanın müstəqillik yolunda dönməz qərarının ifadəsi idi. Şəhidlərimizin qanı ilə yazılan bu tarix,xalqımızın azadlıq mübarizəsinin simvoluna çevrildi.
20 Yanvar və Azərbaycan tarixində daha əvvəl baş vermiş digər faciəli hadisələr XX əsr boyunca xalqımıza qarşı aparılan məqsədyönlü siyasətin bir parçası idi. Sovet rejiminin himayəsi ilə Qarabağda alovlanan separatizm, azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarından zorla çıxarılması və xalqımıza qarşı törədilən soyqırımları bu siyasətin tərkib hissəsi olub.
Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qorbaçovun göstərişi ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşunları 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin cinayətkar mahiyyətini bir daha dünyaya nümayiş etdirdi. Sovet qoşunlarının Bakıya daxil olması xüsusi qəddarlıq və misilsiz vəhşiliklə müşayiət olunurdu. Hələ fövqəladə vəziyyət elan edilməmişdən əvvəl 82 dinc insan qətlə yetirilmiş, 20 nəfər ağır yaralanmışdı. Məhz bu, rejimin xalqın azadlıq istəyini qana qərq etmək üçün heç bir insani dəyərlərə məhəl qoymadığını sübuta yetirdi.
Həmin gecə Sovet rəhbərliyinin əmri ilə Azərbaycan xalqına qarşı düşmənçilik hissləri ilə silahlanmış 65 minlik hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən şəhərə daxil oldular. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçir, fərqinə varmadan hər kəsi atəşə tuturdular. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda ümumilikdə 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 800-dən çox insan həbs olundu.
Faciənin miqyası ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatı “Şit” ekspertlərinin hesabatında qeyd edilirdi: “Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuşdu. Xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür; adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü tutulmuş B.Yefimtsev də var; “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı güllələrindən istifadə edilmişdir”.
Xalqımızın üzləşdiyi həmin dəhşətli faciənin bu gün minlərlə canlı şahidi var. Sovet imperiyası qoşunlarının Azərbaycanda törətdiyi hərbi cinayətin ağır nəticələrini və eyni zamanda, xalqımızın sarsılmazlığını əks etdirən ən təsirli sübutlardan biri də o dövrü əks etdirən fotoşəkillərdir. Qanla yoğrulmuş Bakı gecəsinin, günahsız insanların küçələrdə qalan cəsədlərinin, şəhidlərin dəfn mərasimində yaşanan izdihamın təsvir olunduğu bu şəkillər həmin günlərin ağrı-acısını bir daha göz önünə gətirir.
20 Yanvar Azərbaycan tarixinə həm faciə, həm də qəhrəmanlıq dastanı kimi yazılıb. Şəhidlərin dəfn mərasimindəki izdiham xalqımızın yaşadığı dərin kədəri, eyni zamanda, onun milli birliyini, bir amal uğrunda necə sıx birləşdiyini bütün dünyaya göstərdi.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, 20 Yanvarın tariximizdəki əhəmiyyətini zaman keçdikcə daha aydın dərk edirik. 1990-cı ilin yanvarın 20-də Azərbaycan xalqı azadlıq və müstəqillik uğrunda mübarizədə ilk şəhidlərini verdi. Öz həyatlarını qurban verən qəhrəmanlarımız göstərdikləri misilsiz fədakarlıqla azadlıq yolunda xalqımızın şərəfli tarixində yeni səhifə açdılar. Bu faciənin ən önəmli məqamlarından biri də xalqın birliyinin və milli iradəsinin imperiyanın gücünə qalib gəlməsi idi.
Şəhidlərin ruhu şaddır, çünki onların axıtdığı qan hədər getmədi. Otuz beş il əvvəl başlanan çətin və şərəfli yol xalqımızı 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyinə qovuşdurdu. 2020-ci ildəki 44 günlük Vətən müharibəsində qazanılan böyük Qarabağ Zəfəri və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Məhz bu səbəbdən xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü xüsusi qürur və iftixar hissi ilə qeyd edir.
Zaman keçdikcə Qanlı Yanvar hadisələrinə baxış daha geniş mənalar kəsb edir. Vaxtilə bu faciəni dərin hüznlə anır, şəhid məzarlarına qərənfillər düzməklə təsəlli tapırdıqsa, bu gün həmin anlara həm də böyük fərəh və qürur hissi ilə yanaşırıq. Əliyalın insanların təpədən-dırnağa silahlanmış sovet əsgərləri tərəfindən güllələndiyi, tankların altında əzildiyi o soyuq qış gecəsi, əslində, xalqımızın azadlıq və müstəqillik yolunda atdığı ilk böyük addım idi.
Faciədən sonra Azərbaycan tam informasiya blokadasına salınmışdı. Bu informasiya blokadasını o vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev yardı. Faciənin səhəri günü - yanvarın 21-də Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirdi. Azərbaycanda baş vermiş hadisələrin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirərək bu qanlı cinayətə qarşı etiraz səsini ucaltdı. Ulu Öndərimizin 20 Yanvar hadisələri ilə bağlı bəyanatı nəticəsində dünya SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı bu dəhşətli, xüsusi amansızlıqla törətdiyi dövlət terrorundan xəbər tutdu.
Eyni ilin noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Heydər Əliyev 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qarşı yönəlmiş təcavüz kimi qiymətləndirdi. O, çıxışında qeyd edirdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir... Bu, Azərbaycan xalqına qarşı hərbi təcavüzdür, təhqirdir, Azərbaycan xalqının qarşısında cinayətdir”. Noyabrın 21-də isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən, xalqımızın ümumi rəyini özündə təcəssüm etdirən sənəd qəbul edildi.
Şəhid qanı müqəddəsdir. Ona ən dəqiq qiyməti də Ümummilli Lider Heydər Əliyev verib: “O qanın hər damcısında bizim xalqımızın qüdrəti var, xalqımızın qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlərboyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Xalqımızın azadlıq və zəfər yolunun təməli məhz 20 Yanvar gecəsində qoyuldu. Bu müddət ərzində Azərbaycan misilsiz inkişaf yolu keçərək həm regionda, həm də dünyada nüfuzlu bir dövlətə çevrildi. Müstəqilliyimiz isə əbədi və dönməz bir xarakter aldı. Zaman keçsə də, dəyişməyən tək şey xalqımızın şəhidlərə göstərdiyi hörmət və ehtiramdır.
20 Yanvardan sonra Şəhidlər xiyabanı xalqımızın müqəddəs ziyarət məkanlarından birinə çevrildi. Bakının ən yüksək nöqtələrindən birində yerləşən bu müqəddəs məkan həm ümummilli hüzn və kədərin, həm də xalqımızın mübarizliyinin və yenilməz iradəsinin rəmzidir. İllər keçdikcə şəhidlərə olan ehtiram daha da güclənir. Çünki məhz onların göstərdikləri fədakarlıq nəticəsində xalqımız azadlıq arzusuna çatdı. Həmçinin Qarabağımız məhz qəhrəman şəhidlərimizin canı və qanı bahasına işğaldan azad edildi. Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin hər bir guşəsində böyük qürurla dalğalanır. Biz buna görə rəşadətli Ordumuza, qəhrəman Azərbaycan əsgərinə və bütün şəhidlərimizə borcluyuq.
20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı
20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı20 Yanvar: Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsində qəhrəmanlıq dastanı

Oxunub: 100138
Paylaş:
Digər xəbərlər

Siyasət

20-01-2025, 11:42

Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib

Gündəm / Siyasət

19-01-2025, 21:11

20 Yanvar faciəsi öncədən planlaşdırılmış cinayət hadisəsidir

Gündəm / Siyasət

10-12-2024, 20:45

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ən mükəmməl nümunədir

Gündəm / Cəmiyyət

27-09-2024, 19:42

Anım Günü gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir

Dünya

25-03-2024, 12:30

Rusiyada son 20 ilin ən qanlı teraktı: İŞİD Rusiyadan nə istəyir? - SİYAHI

Araşdırma
DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Akademik Rəfiqə Əliyevanın vəfatından 9 il ötür
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 26-05-2026, 20:03
    Milli Məclisin yaz sessiyası başa çatdı
  • 26-05-2026, 20:01
    Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
  • 26-05-2026, 19:58
    Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir
  • 26-05-2026, 19:56
    Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur
  • 22-05-2026, 11:56
    Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
  • 22-05-2026, 11:54
    DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
  • 22-05-2026, 11:52
    Bu gün Xalq artisti Mehdi Məmmədovun doğum günüdür
  • 22-05-2026, 11:51
    Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil
  • 20-05-2026, 19:40
    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib
  • 20-05-2026, 19:38
    Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub
  • 20-05-2026, 19:36
    Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb
  • 18-05-2026, 13:41
    “Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihə
  • 18-05-2026, 13:23
    Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
  • 18-05-2026, 13:21
    Azərbaycandan olan aykido ustaları Ankarada keçirilən idman festivalında
  • 18-05-2026, 13:20
    WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb
  • 18-05-2026, 13:18
    Musa Yaqubun nəvəsi: İnanıram ki, onun saf və duyğulu şeirləri həmişə yaşayacaq
  • 15-05-2026, 12:56
    Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
  • 15-05-2026, 12:54
    Bu gün Xalq artisti Rauf Hacıyevin anadan olmasından 104 il ötür
  • 15-05-2026, 12:52
    BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
  • 15-05-2026, 12:49
    Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
  • 14-05-2026, 10:34
    Dövlət Neft Fondu gələn il IFSWF-ə sədrlik edəcək
  • 14-05-2026, 10:30
    Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
  • 14-05-2026, 10:29
    Milli Məclisin sədri Özbəkistanda işgüzar səfərdədir
  • 12-05-2026, 16:17
    Milli Məclisin sədri Sahibə Qafarovanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə parlamentin 12 may 2026-cı il tarixli plenar iclasında çıxışı
  • 12-05-2026, 16:15
    Yük maşınları və avtobuslar yol nəqliyyatı emissiyalarının 40 faizini təşkil edir - HESABAT
  • 12-05-2026, 16:13
    Akif İslamzadənin vəziyyəti açıqlandı
  • 12-05-2026, 16:12
    Premyer Liqa: "Arsenal"dan vacib qələbə
  • 12-05-2026, 16:10
    Genetik möcüzə reallaşdı - Buzların altında qalan 180 illik dram
  • 12-05-2026, 16:08
    Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
  • 9-05-2026, 19:35
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 6-05-2026, 22:18
    Milli Məclisin sədri Sahibə Qafarova Monqolustanın Baş prokuroru ilə görüşüb
  • 6-05-2026, 22:16
    Akademik Rəfiqə Əliyevanın vəfatından 9 il ötür
  • 6-05-2026, 22:14
    “Yonhap”: Cənubi Koreyanın keçmiş birinci xanımının işi üzrə hakim ölü tapılıb
  • 5-05-2026, 19:57
    Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
  • 5-05-2026, 19:52
    Ali təhsilin gələcəyinə həsr olunan beynəlxalq konfransın iştirakçıları Fəxri xiyabanda
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə