Yardımsevər gözəl insan və xeyriyyəçi Qəhraman müəllim [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
30-08-2023, 12:57
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Bərdə bazarının rəhbəri Qəhraman müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Bərdə bazarının rəhbəri Qəhraman müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Qəhraman müəllimin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Qəhraman müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Bərdə bazarının rəhbəri Qəhraman müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Bərdə bazarının rəhbəri Qəhraman müəllim - Ulu öndər Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının Azərbaycanın gələcəyi olan uşaqlarımızı, gənclərimizi qorumağa borclu olduğunu vurğulayırdı. Ulu öndər Heydər Əliyev gənclərimizi ölkəmizin, xalqımızın milli sərvəti adlandırırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan gənclərinin intelektli, vətənpərvər olmalarını, eləcə də dünyada ölkəmizi layiqli şəkildə təmsil etməli olduqlarını, hər bir Azərbaycan gəncinin öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi gəbul etmələrini vurğulayırdı. Ulu öndər Heydər Əliyev gənclərimizin əsas vəzifəsinin özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, dövlətimizin yaşamasına və əbədi olmasına xidmət etməkdən ibarət olmasını qeyd edirdi. Bütün çıxışlarında ulu öndər Heydər Əliyev Azərbaycan gəncinə inandığını, ölkəmizin gələcək inkişafında onların üzərinə böyük məsuliyyət düşdüyünü və dövlətin gənclərlə bağlı siyasətində onları hər cür qayğı və dəstək göstərilməsinin vacibliyini qeyd edirdi. Bu qayğı və diqqət gələn nəsillərin vətənpərvər ruhda böyüməsinə, dövlət və xalq uğrunda canından keçməyə hazır olan gənclərin yetişməsinə səbəb oldu.
Ulu Öndər Heydər Əliyevin gənclərlə bağlı dövlət siyasətini davam etdirən Prezident İlham Əliyevin gənclərimizə xüsusi diqqəti və qayğısı yüksək səviyyəyə çatdırıldı. Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev Azərbaycan gənclərinin vətənpərvər olmasını xalqımızın adət ənənələrinə sadiq olmalarını tövsiyə edirdi və gənclərin bu ruhda böyüməsinə xüsusi diqqət yetirirdi. Cənab İlham Əliyevin Prezidentliyi dövründə yetişən gənclərimiz vətən müharibəsində böyük qəhrəmanlıq, şücayət nümayiş etdirərək torpaqlarımızı erməni faşizminin işğalından azad etdi. Müharibədə qorxmadan, çəkinmədən düşmən üzərinə gedən igid oğullarımız şəhid, qazi oldular, lakin bu müqəddəs amal uğrunda bir addım belə geri çəkilmədilər. Cənab İlham Əliyev kimi müdrik, qətiyyətli lideri və qəhrəman və intelektli gəncliyi olan Azərbaycan hər zaman qalib, güclü dövlət olacaq.