Bu gün çox dəyərli insan Vüqar Səlimovun doğum günüdür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
29-03-2024, 23:23
Bu gün çox dəyərli insan Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimovun doğum günüdür. Redaksiyamızın rəhbərliyi və kollektivi adından cənab Vüqar Səlimovu təbrik edir, dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Vüqar Səlimovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Vüqar Səlimov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Vüqar Səlimov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutunda yaşıllaşdırma tədbirləri həyata keçirilir
Kənd Təsərrüfatı Nazirliyi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) prioritet məsələlərindən biri yaşıllaşdırmanı genişləndirmək, yeni üzüm bağları salmaq, iqlim dəyişkənliyini nəzərə alaraq bioehtiyatların qayğısına qalmaq, qoruyub gələcək nəslə çatdırmaqdır.
Respublikamızda üzümçülüyün intensiv inkişaf etdirilməsi və üzüm sahələrinin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atılıb.
Genofonda daxil olan, yerli və xarici, həmçinin yeni perspektivli sortların (məhsuldar, müxtəlif dövrlərdə - ən tez, tez, orta, gec, lap gec yetişən, xəstəlik və zərərvericilərə davamlı, keyfiyyətli, daşınmaya və saxlanmaya davamlı) artırılması, eləcə də yeni hibrid formalarının yaradılması istiqamətində tədqiqatlar aparılır.
ÜŞETİ-də milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır. İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır. Belə ki, respublikanın müxtəlif bölgələrindən ekspedisiyalar nəticəsində əldə edilib öncədən dibçəklərdə əkilən ting əkin materialları kök sisteminə zərər vermədən əkin sahələrinə köçürülür, sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək və fərqli coğrafi iqlim şəraitində əkinə yararlılığını müəyyənləşdirmək məqsədilə əməkdaşlıq çərçivəsində digər elmi tədqiqat institutlarına da göndərilir.
Dövlət reysterinə daxil olan üzüm sortlarının üzərində müasir dövrün tələblərinə cavab verən tədqiqatlar davam edir
Üzümçülük və Şərabçılıq Elmi - Tədqiqat İnstitutu (ÜŞETİ) və Naxçıvan Kənd Təsərrüfatı Elmi - Tədqiqat İnstitutu arasında birgə əməkdaşlıq çərçivəsində strateji əhəmiyyətli üzüm sortlarının əkininin həyata keçirilməsi istiqamətində tədqiqatlar aparılır.
Mövcud genofond kolleksiyasının zənginləşdirilməsi üçün ölkədə rayonlaşdırılmış müxtəlif üzüm sortlarının Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraitinə uyğunluğunun müəyyən olunması və yazlıq əkinlərdə qiymətləndirilmə aparılması məqsədilə ÜŞETİ-dən Dövlət reysterinə daxil olan qiymətli üzüm sortları ( Mədrəsə, Xındoqnı, Həməşərə, Ağ şanı, Qara şanı, Rkasiteli, Merlo, Hüseyni, Gəncəvi, Təbrizi, Şirvanşahı, Bayanşirə, Ağ oval kişmiş ) Naxçıvan Kənd Təsərrüfatı Elmi - Tədqiqat İnstitutuna göndərilib.