Sabirabadda nasos stansiyalar tam gücü ilə işləyir [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
5-03-2024, 15:33
Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Şafiq Heydərovun həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Şafiq Heydərov çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Sabirabad Suvarma Sistemləri İdarəsinin rəisi Şafiq Heydərov ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Sabirabad Suvarma Sistemləri İdarəsi rayon ərazisində xidməti sahəsində olan bütün istiqamətlərdə meliorativ tədbirlərini davam etdirir. Hazırda bir-neçə torpaq məcralı kanalın lildən təmizlənməsi işləri həyata keçirilir. Görülən işlər nəticəsində suvarma suyunun maneəsiz axını təmin olunur, su əkin sahələrinə itkisiz olaraq çatdırılır. Su itkisinin qarşısının alınması istiqamətində idarə tərəfindən bu il Qəfər arxının beton üzlüyə alınması nəzərdə tutulub. Növbəti il üçün isə daha 3 kanalın betonlanması nəzərdə tutulur.
Bu il Sabirabad rayonunda suvarma mövsümü uğurla başa çatıb, bəzi sahələrdə isə davam edir. Rayonda əkilən 12000 hektardan artıq pambığın suvarılması 3 dəfəyə yaxın aparılıb. O cümlədən taxıl və digər kənd təsərrüfatı bitkiləri də normalara uyğun olaraq suvarılıb.
Sabirabad Suvarma Sistemləri İdarəsinin balansında ümumi uzunluğu 2300 km-dən uzun olan suvarma kanalları, 3300 km-dən artıq isə kollektor-dren şəbəkəsi mövcuddur. Hazırda balansda olan bütün nasos stansiyaların sazlığına diqqət yetirilir və fəaliyyətləri tam təmin olunur.
Qeyd edək ki, 67 min hektardan artıq əkin sahəsinə xidmət edən Sabirabad Suvarma Sistemləri İdarəsi rayon əraizisində əkilən taxıl, pambıq, yonca, çoxillik bitkilər, bostan-tərəvəz və dənlik qarğıdalı sahələrinin suvarılması ilə məşğul olur.