• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Ümummilli lider Heydər Əliyevin dövlətlərarası münasibətlərdə müəyyənləşdirdiyi istiqamətlər bu gün də müsbət nəticəsini verməkdədir

Gündəm / Siyasət

7-05-2024, 14:19

Rəşadət Sadıqov,
Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu


Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində ölkəmizin milli maraqlarını və təhlükəsizliyini nəzərə alaraq dünyanın böyük güc mərkəzləri ilə balanslaşdırılmış siyasətə üstünlük verdi. Belə güc mərkəzləri kimi həmin dövrdə ABŞ, Avropa İttifaqı, Rusiya Federasiyası və Çin çıxış edirdi. Bu ölkələrin bəzilərinin BMT Təhlükəsizlik Şurasının üzvü olması faktını nəzərə alaraq, Heydər Əliyev həmin ölkələrlə daha yaxşı əlaqələrin qurulmasına çalışırdı. Ümummilli lider Heydər Əliyevin dövlətlərarası münasibətlərdə müəyyənləşdirdiyi istiqamətlər bu gün də müsbət nəticəsini verməkdədir Ulu Öndər bütün xarici səfərlərində keçirdiyi görüşlər zamanı ölkəmizin tarixi, mədəniyyəti, təbii sərvətləri, geosiyasi mövqeyi haqqında ətraflı məlumatlar verməklə yanaşı əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və həmin münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələlərinə yönəldirdi.
Hər bir ölkənin geosiyasi mövqeyini, coğrafi yerləşməsini, ərazi tutumunu, əhali sayını, iqtisadi, hərbi potensialını, tarixini və təbii ki, dəyişən beynəlxalq konyunkturanı nəzərə almaqla həyata keçirilən xarici siyasət rasional, yaxud düşünülmüş hesab edilə bilər. 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik edən və böyük dövlət adamı olan Heydər Əliyev də öz xarici siyasət strategiyasını məhz qeyd etdiyimiz amilləri nəzərə almaqla həyata keçirib. Ölkəmiz üçün kifayət qədər ağır, mürəkkəb dövrdə hakimiyyətə qayıdan Heydər Əliyevin xarici siyasətinin əsas prioritetləri və hədəfləri kimi müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi, üzləşdiyimiz müxtəlif növ təhdidlərin neytrallaşdırılması, dövlətimizin tanıdılması və beynəlxalq münasibətlər sisteminə inteqrasiya olunmaqla bu sistemdə mövqelərimizin gücləndirilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi və Ermənistanın təcavüzünün aradan qaldırılması, uğurlu enerji strategiyası və “neft diplomatiya”sı vasitəsilə iqtisadi və siyasi gücümüzün artırılması, yerləşdiyimiz regionda sülhün, əmin-amanlığın bərqərar olmasını qeyd edə bilərik.
Qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alan, ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələrin də həllinə nail olan Ulu Öndər Heydər Əliyev dünyada və regionda baş verən siyasi hadisə və prosesləri dərindən və hərtərəfli təhlil edərək, ilk növbədə Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına müvəffəq oldu. Dövlətlərarası münasibətlər haqqında “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır; gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan” – deyən Heydər Əliyev həmin dövrdə beynəlxalq təşkilatların tribunalarından çox bacarıqla istifadə edərək, Ermənistanın Azərbaycana təcavüzünün nəticələri və ölkəmiz haqqında obyektiv məlumatları dünyaya çatdırmağa çalışırdı.
Ümummilli liderin həmin böyük dövlətlər və güc mərkəzləri ilə əlaqələrin əhəmiyyətini vurğuladığı bəzi sitatlarının altını cızırıq: “Azərbaycan bu gün də, gələcəkdə də Rusiya ilə səmimi münasibətlərə, yaxşı tərəfdaşlıq münasibətlərinə malik olmalıdır.” - Rusiya Federasiyasının Azərbaycandakı səfiri Aleksandr Bloxinlə söhbətindən (17 dekabr 1999-cu il); “Gənc, müstəqil Azərbaycan Respublikası dünyanın ən böyük, qüdrətli dövləti olan Amerika Birləşmiş Ştatları ilə bərabərhüquqlu əlaqələr qurubdur. Bu əlaqələr inkişaf edir, hər iki ölkə üçün öz müsbət nəticələrini verir.
Əlbəttə ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın kökübir qardaşı olan Türkiyə ilə əlaqələrin inkişafına, möhkəmlənməsinə əhəmiyyətli töhfələr vermişdir. Dahi siyasətçi Azərbaycan müstəqillik əldə edəndən sonra Türkiyə Cümhuriyyəti ilə qurduğu bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələrin dostluq, qardaşlıq prinsiplərinə, bizim tarixi köklərimizə əsaslandığını, müstəqillik yolu ilə getdiyi bir dövrdə bu əlaqələrin Azərbaycan xalqına çox kömək etdiyini və bizim üçün çox əhəmiyyətli olduğunu deyirdi: - “Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmazdır, əbədidir”.
Heydər Əliyev Azərbaycan ilə İsrail arasında olan dostluğun dərin köklərə malik olduğunu deyirdi: “Azərbaycanda yəhudilər əsrlər boyu yaşamış, Azərbaycanın bərabər hüquqlu insanları kimi yaşamışlar”. - İsrailin milli bayramı şərəfinə təşkil olunmuş rəsmi qəbulda nitqindən (11 may 2000-ci il).
Gürcüstan və İranla mehriban qonşuluq siyasətinin də prioritetlərini düzgün müəyyənləşdirən Heydər Əliyev Gürcüstan üzərindən keçən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlini qoydu, Xəzər dənizinin sülh, qardaşlıq, birgə əməkdaşlıq dənizi olması məsələsində Azərbaycanı İran tərəfi ilə ortaq məxrəcə gətirdi.
Tarix göstərdi ki, Ümummilli lider Heydər Əliyevin dövlətlərarası münasibətlərdə müəyyənləşdirdiyi istiqamətlər olduqca dürüstdür. Məhz həmin istiqamətlər üzrə dövlətimizin xarici siyasətini davam və inkişaf etdirən Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi, hakimiyyətinin 20-ci ilinin tamamında üçrəngli bayrağımızı separatçıların əlindən qurtulan Xankəndində ucaltdı.

Oxunub: 100277
Paylaş:
Digər xəbərlər

Siyasət

23-04-2024, 16:33

Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır

Araşdırma
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 8-06-2026, 22:55
    Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
  • 2-06-2026, 19:12
    Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçirildi
  • 2-06-2026, 10:43
    “Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
  • 2-06-2026, 10:41
    Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
  • 2-06-2026, 10:39
    FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-05-2026, 20:03
    Milli Məclisin yaz sessiyası başa çatdı
  • 26-05-2026, 20:01
    Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
  • 26-05-2026, 19:58
    Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir
  • 26-05-2026, 19:56
    Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur
  • 22-05-2026, 11:56
    Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
  • 22-05-2026, 11:54
    DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
  • 22-05-2026, 11:52
    Bu gün Xalq artisti Mehdi Məmmədovun doğum günüdür
  • 22-05-2026, 11:51
    Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil
  • 20-05-2026, 19:40
    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib
  • 20-05-2026, 19:38
    Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub
  • 20-05-2026, 19:36
    Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb
  • 18-05-2026, 13:41
    “Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihə
  • 18-05-2026, 13:23
    Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
  • 18-05-2026, 13:21
    Azərbaycandan olan aykido ustaları Ankarada keçirilən idman festivalında
  • 18-05-2026, 13:20
    WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb
  • 18-05-2026, 13:18
    Musa Yaqubun nəvəsi: İnanıram ki, onun saf və duyğulu şeirləri həmişə yaşayacaq
  • 15-05-2026, 12:56
    Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
  • 15-05-2026, 12:54
    Bu gün Xalq artisti Rauf Hacıyevin anadan olmasından 104 il ötür
  • 15-05-2026, 12:52
    BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
  • 15-05-2026, 12:49
    Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
  • 14-05-2026, 10:34
    Dövlət Neft Fondu gələn il IFSWF-ə sədrlik edəcək
  • 14-05-2026, 10:30
    Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
  • 14-05-2026, 10:29
    Milli Məclisin sədri Özbəkistanda işgüzar səfərdədir
  • 12-05-2026, 16:17
    Milli Məclisin sədri Sahibə Qafarovanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə parlamentin 12 may 2026-cı il tarixli plenar iclasında çıxışı
  • 12-05-2026, 16:15
    Yük maşınları və avtobuslar yol nəqliyyatı emissiyalarının 40 faizini təşkil edir - HESABAT
  • 12-05-2026, 16:13
    Akif İslamzadənin vəziyyəti açıqlandı
  • 12-05-2026, 16:12
    Premyer Liqa: "Arsenal"dan vacib qələbə
  • 12-05-2026, 16:10
    Genetik möcüzə reallaşdı - Buzların altında qalan 180 illik dram
  • 12-05-2026, 16:08
    Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
  • 9-05-2026, 19:35
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə