• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür

Cəmiyyət

16-09-2026, 09:35


Beynəlxalq İnvaziv Kardiologiya Günü sentyabrın 16-da qeyd olunur və milyonlarla insanın həyatını xilas etməyə kömək edən tibbin nailiyyətlərinə diqqəti cəlb etmək məqsədi daşıyır.

İnvaziv kardiologiya angioplastika və stentləşdirmədən tutmuş ürəyin aorta qapağının transkateter implantasiyasınadək genişspektrli üsulları əhatə edir. Həmin əməliyyatlar ürək-damar xəstəliklərinin müalicəsində əsl sıçrayış olub, mürəkkəb açıq əməliyyatlara ehtiyac olmadan müalicə aparmağa və pasiyentlərin sağalma prosesini sürətləndirməyə imkan verir.

Bayramın tarixi təsadüfi seçilməyib – 1977-ci il sentyabrın 16-da alman həkim Andreas Qrünsiq dünyada ilk uğurlu koronar angioplastika əməliyyatını həyata keçirib. Bu innovativ yanaşma ürəyin işemik xəstəliyinin müalicəsində yeni eranın başlanğıcı olub. 2022-ci il sentyabrın 2-də həmin əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının A/RES/76/302 saylı qətnaməsi ilə az invaziv texnologiyaların inkişafının əhəmiyyətini xatırladan gün kimi rəsmən təsbit edilib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ürək-damar xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir. İnvaziv kardiologiya üsullarının meydana gəlməsi ilə həkimlər infarkt və digər ürək-damar hadisələri nəticəsində ölüm hallarını əhəmiyyətli dərəcədə azaltmaq imkanı əldə ediblər. Müdaxilələrin minimal travmatik olması pasiyentlərin gündəlik həyatlarına daha tez qayıtmasına imkan verir və bu üsulları xüsusilə aktual edir.

Lakin bu müasir imkanların reallaşdırılması qarşısında ciddi maneələr mövcuddur. Dünyanın bir çox ölkəsində bu müalicə üsullarına çıxış məhduddur, çünki yüksək texnologiyalı avadanlıqlar və mütəxəssislərin hazırlanması böyük maliyyə vəsaiti tələb edir. Halbuki vaxtında müdaxilə çox vaxt insan həyatının xilas edilməsində həlledici amilə çevrilir. Buna görə də bu günlə bağlı tədbirlər yalnız həkimlərin peşə bayramı deyil, həm də cəmiyyət üçün mühüm maarifləndirmə kampaniyasıdır.

Beynəlxalq İnvaziv Kardiologiya Günü birgə səylərə çağırır – dövlətlər invaziv kardiologiyanın inkişafına yönəlmiş proqramları hərtərəfli dəstəkləməli, tibb müəssisələri isə mütəxəssislərin təliminə və texnologiyaların tətbiqinə investisiya yatırmalıdırlar. İnvestisiyalarla yanaşı, həmin sahədə uğurun təmin edilməsi üçün tibb mərkəzləri arasında daim təcrübə mübadiləsi aparılması, eləcə də cəmiyyətin ürək-damar xəstəlikləri, onların profilaktikası və müalicəsi barədə məlumatlılığının artırılması zəruridir.

Bu baxımdan, bugünkü tarix səhiyyənin gələcəyi haqqında düşünmək üçün də bir fürsətdir. Bu gün bizə xatırladır ki, ürək-damar xəstəlikləri ilə mübarizə davamlı tərəqqi, tibbi yardıma bərabər çıxış və cəmiyyətin bu unikal tibb sahəsinin inkişafını dəstəkləməyə hazır olmasını tələb edir. Məhz belə yanaşma milyonlarla insanın sağlamlığını qorumağa və onların uzun, fəal həyat sürmək şanslarını artırmağa imkan verə bilər.

Oxunub: 1002
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

14-12-2025, 12:57

2025 Beynəlxalq Döyünən Ürəydə Koronar Arter Şuntlama (OPCAB) və Endoskopik Damar Çıxarılması (EDÇ) üzrə Seminar

Siyasət

24-12-2025, 11:11

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Gündəm / Siyasət

16-09-2026, 09:23

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Siyasət

3-06-2025, 11:11

Prezident İlham Əliyev 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” sərgilərinin və 30-cu “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib

Dünya

15-01-2025, 10:16

Şahzadə Keyt Middlton xərçəng xəstəliyinin müalicəsində irəliləyişin olduğunu bildirib

Araşdırma
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • Dün, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • Dün, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə