• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən Asiya Qadınlar Forumunda çıxış edib

Siyasət

13-05-2024, 15:44

Milli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən  Asiya Qadınlar Forumunda çıxış edib Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Asiya Qadınlar Forumunda iştirak edib.
"Qadınların iqtisadi, sosial və siyasi hüquq və imkanlarının genişləndirilməsinə regional yanaşma” mövzusunda keçirilən Forumda çıxış edən Milli Məclisin sədri deyib ki, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması bir ölkə, bir regionla məhdudlaşmır. Bu, qlobal təsirə malik olan və coğrafiyasından asılı olmayaraq hamımızı narahat edən məsələlərdir.
O, Özbəkistanın Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qadınların hüquqlarının təmin edilməsi və səlahiyyətlərinin artırılması məsələlərini beynəlxalq əməkdaşlığın çox mühüm məsələlərindən biri kimi diqqət mərkəzində saxladığını deyərək, bu kontekstdə qardaş Özbəkistan hökumətini və parlamentini, xüsusilə Ali Məclis Senatının sədri Tənzilə Narbayevanı uğurlu təşəbbüslərinə görə təbrik edib.
Çıxışında Azərbaycanın qadın hüquqlarının inkişafı sahəsində əldə etdiyi nailiyyətlərdən danışan Milli Məclisin sədri Sahibə Qafarova bu məsələdə Azərbaycan cəmiyyətində mövcud olan təsəvvürlərə istinad edib. Onun sözlərinə görə, bu təsəvvürlər ondan ibarətdir ki, qadınlar cəmiyyətimizin ayrılmaz tərkib hissəsidir, onlar cəmiyyətimizi ayaqda tutan əsas dəyərlərin formalaşmasında olduqca mühüm rol oynayırlar. Qadınlarımızın ölkəmizin siyasi, iqtisadi, sosial və mədəni həyatına verdikləri böyük töhfələr ölkəmizdə qadın hüquqlarına yanaşmanı əks etdirir.
Sahibə Qafarova xatırladıb ki, müsəlman dünyasında qızlar üçün ilk dünyəvi məktəb hələ 1901-ci ildə Bakıda açılıb. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasında ilk dəfə olaraq əksər Avropa ölkələrini qabaqlayaraq qadınlara səsvermə hüququ verib. Bu faktlar cəmiyyətimizdə qadınların roluna verilən önəmi göstərir.
O, bu gün Azərbaycanda qadınların ictimai həyatın bütün sahələrində fəal iştirak etdiyini və yüksək vəzifələrdə təmsil olunduğunu bildirərək, qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük ictimai-siyasi fəaliyyət qadınlarımızın cəmiyyətimizin və ölkəmizin inkişafına dəyərli töhfələrini təcəssüm etdirir.
Konstitusiyamız cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. 2006-cı ildə qəbul edilmiş “Gender bərabərliyi haqqında” Qanun bu sahədə əsas hüquqi bazanı müəyyən edir. Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklər qanunvericilik aktlarında öz əksini tapır. Əsas hökumət orqanı - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə parlamentin Ailə, Qadın və Uşaq Problemləri üzrə komitəsinin birgə fəaliyyəti hökumət-parlament əməkdaşlığının səmərəli olmasına şərait yaradır. Bütün bunlar, eləcə də milli fəaliyyət planları, dövlət tərəfindən dəstəklənən proqramlar, prezidentin müxtəlif sərəncamları kimi digər tədbirlər qadınların hüquq və imkanlarının genişləndirilməsində mühüm nəticələr verən hərtərəfli və kompleks yanaşmanı nəzərdə tutur.
Bu məsələdə Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının da önəmli olduğunu deyən Sahibə Qafarova diqqətə çatdırıb ki, “2021-2025-ci illər üçün Birləşmiş Millətlər Təşkilatı-Azərbaycan Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi” tərəfdaşlıq üçün dörd prioritet sahəni müəyyən edir ki, onlardan ikisi Dayanıqlı İnkişaf Məqsədi – Gender Bərabərliyi ilə birbaşa bağlıdır.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında Qadınlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini toplantı iştirakçılarının diqqətinə çatdıran Milli Məclisin sədri qeyd edib ki, bu təşəbbüsün reallaşması qadınların hüquqlarının inkişaf etdirilməsi üçün daha bir vacib çoxtərəfli mexanizm olacaq. Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrə müzakirələrin aparılması üçün mühüm məkana çevrilib. Ötən ilin noyabrında keçirilmiş Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı, bu il mayın əvvəlində təşkil olunmuş 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qadın problemlərinin mədəniyyətlərarası perspektivlərinə həsr olunmuş ayrıca sessiyası səmərəli fəaliyyət və geniş müzakirələr üçün mühüm platforma olmuşdur.
Çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etdikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. "Böyük qayıdış"la bağlı ilk Dövlət Proqramının prioritet istiqamətlərindən biri də qadınlarımıza bu ərazilərdə iş imkanları verməkdir. Dövlət tərəfindən dəstəklənən proqram və təşəbbüslərin həyata keçirilməsi artıq uğurlu nəticələr verməyə başlayıb.
Milli Məclisin sədri Sahibə Qafarova həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasına – COP29-a evsahibliyi edəcəyini xatırladaraq, bildirib ki, belə mötəbər bir beynəlxalq tədbirə evsahibliyi etmək ölkəmiz üçün qürurvericidir. Azərbaycanın COP29 üçün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdiyini deyən parlamentin spikeri qeyd edib ki, tədbirin Təşkilat Komitəsində qadınların effektiv iştirakının təmin edilməsi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərinə qadınların cəlb olunması ilə bağlı qətiyyətini göstərir.
Spiker Sahibə Qafarova deyib ki, bütün çətinliklərə və çağırışlara baxmayaraq, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasının hələ də beynəlxalq siyasi və inkişaf gündəliyinin ayrılmaz hissəsi kimi qaldığının şahidi olmaq ümidvericidir. Onun sözlərinə görə, bu sahədə müsbət nəticələr doğuran, geniş müzakirə olunan və qəbul edilən alətlər və mexanizmlər var. Amma bu prosesdə qarşılaşdığımız hər hansı problem və çətinliklər nailiyyətlərə mənfi təsir göstərir və onların daha da genişlənməsinə mane olur. COVID-19 pandemiyası bunun bariz nümunəsidir.
Sahibə Qafarovanın fikrincə, bu məsələdə atılan bütün addımların əsas hədəfi cəmiyyətlərimizdə mövcud olan təsəvvürlərin dəyişdirilməsi olmalıdır və beləliklə, kişi və qadınların bərabər hüquqlara malik olması anlayışı əsas dəyərə çevrilməlidir. O deyib ki, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması insan hüquqlarının və sosial ədalətin əsas məsələsidir. Bundan başqa, qadınları idarəetmə və qərar qəbuletmə proseslərinə cəlb etmədən sülhə, sabitliyə və davamlı inkişafa nail olmaq həqiqətən çətindir. Gələcək nəsillər naminə dünyanı yaşamaq üçün daha yaxşı yerə çevirmək üçün gender bərabərliyi problemi bu gün öz həllini tapmalıdır.
Qeyd edək ki, dünyanın bir çox ölkələrindən dövlət və hökumət təmsilçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən Asiya Qadınlar Forumu Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təbrikinin səsləndirilməsi ilə başlayıb. Sonra Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, BMT Baş katibinin müavini Sima Sami Bahous, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və digərləri çıxış edərək müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildiriblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

Milli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən  Asiya Qadınlar Forumunda çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən  Asiya Qadınlar Forumunda çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən  Asiya Qadınlar Forumunda çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən  Asiya Qadınlar Forumunda çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən  Asiya Qadınlar Forumunda çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən  Asiya Qadınlar Forumunda çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən  Asiya Qadınlar Forumunda çıxış edibMilli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən  Asiya Qadınlar Forumunda çıxış edib

Oxunub: 100280
Paylaş:
Digər xəbərlər

Siyasət

13-05-2024, 15:49

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Qadınlar Forumunda Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb

Siyasət

13-05-2024, 15:33

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb

Siyasət

23-04-2024, 19:05

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Milli Assambleyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Araşdırma
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Bəradər Səməndərli – 60
Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
Hadisə
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
Son xəbərlər
  • Dün, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • Dün, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • Dün, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • Dün, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • Dün, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • 7-10-2026, 11:42
    Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
  • 7-10-2026, 11:42
    Kiyev raketlərlə vurulub, ölənlər var
  • 2-10-2026, 10:35
    Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • 30-09-2026, 21:07
    Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
  • 30-09-2026, 21:06
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 30-09-2026, 21:06
    “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
  • 30-09-2026, 21:04
    Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
  • 30-09-2026, 21:03
    Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
  • 30-09-2026, 21:01
    Yeni Çin avtomobili: suda 40 dəqiqə qalır və saatda... - VİDEO
  • 30-09-2026, 11:18
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:15
    Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir
  • 30-09-2026, 11:13
    Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə