• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Qadınlar Forumunda Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb

Siyasət

13-05-2024, 15:49

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Qadınlar Forumunda Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb “Qadınlar cəmiyyətimizi ayaqda tutan əsas dəyərlərin formalaşmasında olduqca mühüm rol oynayırlar. Qadınlarımızın ölkəmizin siyasi, iqtisadi, sosial, mədəni həyatına verdikləri böyük töhfələr Azərbaycanda qadın hüquqlarına yanaşmanı əks etdirir.”
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Asiya Qadınlar Forumunda çıxışı zamanı Azərbaycanda qadınların hüquqlarının müdafiəsi və genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verərkən səsləndirib.
Spikerin sözlərinə görə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdiyi böyük ictimai-siyasi fəaliyyət qadınlarımızın cəmiyyətimizin və ölkəmizin inkişafına dəyərli töhfələrini təcəssüm etdirir. Sahibə Qafarova deyib ki, ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Ölkəmizin bu sahədəki qlobal təşəbbüslərindən də danışan Milli Məclisin sədri Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatında Qadınlar Platformasının yaradılması təşəbbüsü ilə çıxış etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb. O, qeyd edib ki, bu təşəbbüsün reallaşması qadınların hüquqlarının inkişaf etdirilməsi üçün daha bir vacib çoxtərəfli mexanizm olacaq.
Azərbaycan həm də qadın hüquqlarının müxtəlif aspektləri üzrə müzakirələrin aparılması üçün mühüm məkana çevrilib. Ötən ilin noyabrında keçirilmiş Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” üzrə Konfransı, bu il mayın əvvəlində təşkil olunmuş 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun qadın problemlərinin mədəniyyətlərarası perspektivlərinə həsr olunmuş ayrıca sessiyası səmərəli fəaliyyət və geniş müzakirələr üçün mühüm platforma olmuşdur.
Çıxışında Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etdikdən sonra həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri haqqında danışan spiker Sahibə Qafarova deyib ki, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. "Böyük qayıdış"la bağlı ilk Dövlət Proqramının prioritet istiqamətlərindən biri də qadınlarımıza bu ərazilərdə iş imkanları verməkdir. Dövlət tərəfindən dəstəklənən proqram və təşəbbüslərin həyata keçirilməsi artıq uğurlu nəticələr verməyə başlayıb.
Milli Məclisin sədri Sahibə Qafarova, həmçinin bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyasına – COP29-a evsahibliyi edəcəyini xatırladaraq, bildirib ki, belə mötəbər bir beynəlxalq tədbirə evsahibliyi etmək ölkəmiz üçün qürurvericidir. Azərbaycanın COP29 üçün hazırlıq işlərini yüksək səviyyədə həyata keçirdiyini deyən parlamentin spikeri qeyd edib ki, tədbirin Təşkilat Komitəsində qadınların effektiv iştirakının təmin edilməsi Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizə məsələlərinə qadınların cəlb olunması ilə bağlı qətiyyətini göstərir.

Oxunub: 100271
Paylaş:
Digər xəbərlər

Siyasət

13-05-2024, 15:44

Milli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə keçirilən Asiya Qadınlar Forumunda çıxış edib

Siyasət

13-05-2024, 15:33

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb

Siyasət

23-04-2024, 19:05

Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Xalq Milli Assambleyasının komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Araşdırma
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • 7-10-2026, 11:42
    Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
  • 7-10-2026, 11:42
    Kiyev raketlərlə vurulub, ölənlər var
  • 2-10-2026, 10:35
    Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə