• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Heydər Əliyev siyasi fəaliyyəti ilə Azərbaycançılıq ideologiyası

Gündəm / Siyasət

7-05-2024, 14:37

Əziz Mustafayev,
53 saylı Mənzil-Kommunal İsrismar Sahəsinin rəisi

Bu il anadan olmasının 101 illiyini qeyd etdiyimiz görkəmli dövlət xadimi Heydər Əliyev siyasi fəaliyyəti ilə Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri kimi milli-mənəvi dəyərlərin, ana dilinin və mədəniyyətin qorunub saxlanması və inkişaf etdirilməsinə nail olmuşdu. Ulu Öndər bununla bağlı qeyd edirdi ki, milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir. Heydər Əliyev siyasi fəaliyyəti ilə Azərbaycançılıq ideologiyası
Ulu Öndər Heydər Əliyev müstəqillik dövrünün dövlət ideologiyasını formalaşdırarkən XX əsr ziyalılarının əsərlərində milli ideya kimi təcəssümünü tapan türkçülük və Azərbaycançılığı yeni tarixi şəraitdə milli dövlətçilik ideologiyası kimi sistemə saldı, ümummilli ideya, dünya azərbaycanlılarının ideologiyası, milli birlik təlimi kimi əsaslandırdı.
Ulu Öndərin müəllifi olduğu Azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan, onu Vətən bilən bütün fərdləri birləşdirən ideologiyadır. Azərbaycançılıq milli məfkurədir, dahi şəxsiyyətin Azərbaycan cəmiyyətinə təqdim etdiyi universal dəyərlər sistemidir. Eyni zamanda Azərbaycan cəmiyyətinin bütün təbəqələrində qəbul edilən, mənimsənilən və həyat tərzinə çevrilən bir ideoloji xətdir. Azərbaycançılıq bizim həm dövlət, həm də milli ideologiyamızdır. Təsadüfən deyilməyib ki, ideologiya Vətən haqqında vahid elmi sistemdir. Ona görə də bizim bugünkü dövlətçiliyimizin atributları – bayrağımız, gerbimiz, himnimiz, milli valyuta və Konstitusiyamız məhz Azərbaycançılığa əsaslanır.
Müasir dünyada təzahür edən və böyük rola malik ideoloji cərəyanlardan biri milli ideologiyadır. Milli ideologiya, hər şeydən əvvəl, milli dəyərlərin bu və ya digər səviyyədə başa düşülməsini ehtiva edir. Daha dəqiq desək, müəyyən tarixi şəraitdə yaranmış milli ideologiya mədəni normalarla və milli-mənəvi dəyərlərlə əhatə olunmuş milli özünüdərki və milli ruhu təcəssüm etdirir, milli-mədəni yekcinsliyin güclənməsinə imkan yaradır. Bu baxımdan ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideologiyasının formalaşması dövlətçiliyimiz və xalqımızın inkişafında mühüm rol oynamış, milli özünüdərkin və milli ruhun dirçəlməsinə səbəb olmuşdur.
“Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Bu müdrik kəlam Ümummilli Liderimizin milli-mənəvi dünyasını, vətəndaş mövqeyini və varlığını göstərən, öz milli köklərinə bağlılığını sübut edən tarixi bir bəyanatdır.
Dahi rəhbərin yaratdığı Azərbaycançılıq ideologiyası və onun məzmununa daxil edilmiş əsas prinsiplər 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında da öz əksini tapmışdır. Ümummilli Lider dövlətçilik maraqlarının qorunması deyəndə, ilk növbədə, hamılıqla qəbul etdiyimiz ölkənin Ali Qanununun – Konstitusiyanın müddəalarına əməl olunmasını nəzərdə tuturdu.
Dahi şəxsiyyət Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin yeni – Azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Bu baxımdan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli fərmanları böyük tarixi-siyasi əhəmiyyətə malik sənədlər idi.
Ümummilli Liderimiz 1993-cü ildən başlayaraq xarici səfərləri zamanı həmvətənlərimizlə görüşlərində onları vahid ideya – Azərbaycançılıq ideyası ətrafına toplamağa çalışır və bunun üçün böyük səylər göstərirdi. Dahi rəhbər qeyd edirdi ki, Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsini şərtləndirən tarixi-siyasi amillərin təsnifatını, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri, onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə “azərbaycanlı” anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Məhz buna görə də müəllifi dünya şöhrətli siyasətçi Heydər Əliyev olan Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxslər üçün yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilmişdir. Ulu Öndər ölkə rəhbərliyinə yenidən qayıtdıqdan sonra milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsini yenidən formalaşdırmaqla dövlətin qüdrətinin artmasında real siyasi amilə çevrildi.
Heydər Əliyev, həmçinin həm müstəqil Azərbaycanın iqtisadi strategiyasını müəyyənləşdirdi, həm də müstəqil dövlət ideologiyası olaraq Azərbaycançılığın iqtisadi təməllərini formalaşdırdı. Bununla da görkəmli dövlət xadimi Azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, Azərbaycançılığa əsaslanan milli dövlət yaratdı, xalqda dövlətçilik hissini formalaşdırdı. Məhz onun sayəsində xalqda dövlətə və dövlət rəhbərinə inam hissi gücləndi.
Ulu Öndər üçün Azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi idi. Dahi şəxsiyyət bununla bağlı qeyd edirdi: “Milli ideologiyamızın konsepsiyası tarixi keçmişimizi, milli adət-ənənələrimizi, dilimizi, dinimizi və mədəniyyətimizi əks etdirməli, bu dəyərlərin qorunub saxlanılmasına və inkişafına xidmət etməlidir... Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə də, hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır”.
Azərbaycançılıq ideologiyasının bizi birləşdirən meyar olmasını əsas tutaraq hər birimiz buna uyğun əməli fəaliyyət sərgiləməliyik. Ancaq milli birliyi, həmrəyliyi təmin etməklə üzləşdiyimiz bütün çətinlikləri dəf edə bilərik. Biz 2020-ci ildə, 44 günlük Vətən müharibəsi dövründə də bunun şahidi olduq və bütün dünya qəbul etməli oldu ki, milli həmrəyliyimiz, xüsusilə də dövlət-xalq-ordu birliyi Qələbəmizi şərtləndirən amillərdən biri, bəlkə də, birincisidir.

Oxunub: 100377
Paylaş:
Digər xəbərlər
Araşdırma
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 8-06-2026, 22:55
    Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
  • 2-06-2026, 19:12
    Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçirildi
  • 2-06-2026, 10:43
    “Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
  • 2-06-2026, 10:41
    Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
  • 2-06-2026, 10:39
    FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-05-2026, 20:03
    Milli Məclisin yaz sessiyası başa çatdı
  • 26-05-2026, 20:01
    Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
  • 26-05-2026, 19:58
    Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir
  • 26-05-2026, 19:56
    Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur
  • 22-05-2026, 11:56
    Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
  • 22-05-2026, 11:54
    DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
  • 22-05-2026, 11:52
    Bu gün Xalq artisti Mehdi Məmmədovun doğum günüdür
  • 22-05-2026, 11:51
    Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil
  • 20-05-2026, 19:40
    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib
  • 20-05-2026, 19:38
    Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub
  • 20-05-2026, 19:36
    Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb
  • 18-05-2026, 13:41
    “Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihə
  • 18-05-2026, 13:23
    Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
  • 18-05-2026, 13:21
    Azərbaycandan olan aykido ustaları Ankarada keçirilən idman festivalında
  • 18-05-2026, 13:20
    WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb
  • 18-05-2026, 13:18
    Musa Yaqubun nəvəsi: İnanıram ki, onun saf və duyğulu şeirləri həmişə yaşayacaq
  • 15-05-2026, 12:56
    Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
  • 15-05-2026, 12:54
    Bu gün Xalq artisti Rauf Hacıyevin anadan olmasından 104 il ötür
  • 15-05-2026, 12:52
    BŞTİ: Uşaqların xüsusi təhsilə ehtiyacını komissiya müəyyənləşdirir
  • 15-05-2026, 12:49
    Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir
  • 14-05-2026, 10:34
    Dövlət Neft Fondu gələn il IFSWF-ə sədrlik edəcək
  • 14-05-2026, 10:30
    Kürdə və bəzi dağ çaylarında suyun səviyyəsi necə dəyişib?
  • 14-05-2026, 10:29
    Milli Məclisin sədri Özbəkistanda işgüzar səfərdədir
  • 12-05-2026, 16:17
    Milli Məclisin sədri Sahibə Qafarovanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə parlamentin 12 may 2026-cı il tarixli plenar iclasında çıxışı
  • 12-05-2026, 16:15
    Yük maşınları və avtobuslar yol nəqliyyatı emissiyalarının 40 faizini təşkil edir - HESABAT
  • 12-05-2026, 16:13
    Akif İslamzadənin vəziyyəti açıqlandı
  • 12-05-2026, 16:12
    Premyer Liqa: "Arsenal"dan vacib qələbə
  • 12-05-2026, 16:10
    Genetik möcüzə reallaşdı - Buzların altında qalan 180 illik dram
  • 12-05-2026, 16:08
    Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
  • 9-05-2026, 19:35
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə