• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarovanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə parlamentin 12 may 2026-cı il tarixli plenar iclasında çıxışı

Siyasət

12-05-2026, 16:17

Milli Məclisin sədri Sahibə Qafarovanın Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə parlamentin 12 may 2026-cı il tarixli plenar iclasında çıxışı Hörmətli həmkarlar!
İki gün öncə xalqımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyini böyük qürurla, hörmət və ehtiramla qeyd etdi. Mayın 10-da ölkə ictimaiyyətinin nümayəndələri, ictimai, siyasi və dövlət xadimləri ilə yanaşı, Milli Məclisin deputatları Fəxri Xiyabanı ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini yad etdilər. Milli Məclisin bugünkü iclası da bizə Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin xidmətləri qarşısında bir daha minnətdarlığımızı ifadə etmək imkanı yaradır.
Hörmətli deputatlar!
Milli tariximizin ən böyük şəxsiyyətlərindən biri olan Heydər Əliyevin keçdiyi ömür yolu doğma torpağa və xalqa məhəbbət və sədaqət meyarına çevrilmişdir.
1969–1982-ci illərdə Azərbaycana ilk rəhbərliyi dövründə Heydər Əliyevin dahiyanə idarəçilik qabiliyyəti, strateji təfəkkürü və irəlini görmək məharəti sayəsində ölkəmiz böyük bir inkişaf yolu keçmişdir. Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi yaşaya bilməsinə imkan verən zəngin iqtisadi potensial yaradıldı. Bu illər tariximizə həm də mədəni intibah dövrü kimi daxil oldu.
Hörmətli deputatlar!
1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb problemlər qarşısında qalmışdı.
Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, həyatın bütün sahələrini bürüyən dərin böhran, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, milli həmrəyliyin pozulması, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına almışdı.
Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi.
Tariximizin ən mürəkkəb və taleyüklü dövründə məhz Ulu Öndərin siyasi müdrikliyi, qətiyyəti və fədakarlığı sayəsində dövlət müstəqilliyimizi qoruyub saxlamaq mümkün oldu.
Hörmətli həmkarlar!
Heydər Əliyevin rəhbərliyi ilə müasir milli dövlətçilik konsepsiyası formalaşdırılmış və həyata keçirilmişdir. Müstəqil dövlətimizin Konstitusiyası hazırlanıb qəbul olunmuş, xalqımızın maraqlarına cavab verən daxili və xarici siyasətin strateji istiqamətləri müəyyən edilmişdir. Ölkəmizin uzunmüddətli və dayanıqlı inkişaf modeli yaradılmışdır. Azərbaycan beynəlxalq birliyin nüfuzlu üzvünə çevrilmişdir.
Hörmətli deputatlar!
Ümummilli Liderin başladığı möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Son iyirmi üç il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olmuşdur. Ölkə həyatının bütün sahələrində böyük və qürurverici uğurlar əldə edilmişdir.
Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılmışdır. Bu isə xalqımızın və dövlətimizin müqəddəratı ilə bağlı olan ən mühüm problemi həll etməyə imkan vermişdir.
Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələri təmin etdi. Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyuldu, dövlətimizin ərazi bütövlüyü və suverenliyi, tarixi ədalət bərpa olundu. Ümummilli Lider Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya şərəflə başa çatdırıldı.
Hörmətli həmkarlar!
Ötən ilin avqustunda əldə edilmiş Vaşinqton razılaşmaları möhtərəm cənab Prezidentin sülh diplomatiyasının təntənəsinə çevrilmiş, onun irəli sürdüyü sülh gündəliyinin həyata keçirilməsi yolunda həlledici addım olmuşdur.
Bu hadisə bizim ölkəmiz və bütün Cənubi Qafqaz regionu qarşısında sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açmışdır.
Hörmətli deputatlar!
Biz bir məqamı həmişə qürurla vurğulayırıq ki, 1993-cü ilin iyununda Heydər Əliyev böyük siyasətə qayıdışa Azərbaycan parlamentinin sədri vəzifəsində başlamışdır. Ulu Öndərin fəaliyyəti sayəsində yeni inkişaf səviyyəsinə yüksəlmiş parlamentarizm ənənələri bu gün dövlət başçısının qayğısı və Milli Məclis deputatlarının birgə səyləri ilə daha da inkişaf etdirilir.
Hörmətli deputatlar!
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti dünya siyasət sənəti xəzinəsinə daxil olmuşdur. Onun ideyaları xalqımızın bugünkü və gələcək nəsillərinin əməllərində yaşayır və daim yaşayacaqdır.

Oxunub: 10076
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

22-04-2026, 10:56

Latviya Prezidenti Edqars Rinkeviçs Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Gündəm / Siyasət

20-12-2024, 14:49

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 20 dekabr tarixli plenar iclasında çıxışı

Gündəm / Siyasət

10-04-2026, 15:19

Milli Məclisin sədri Sahibə Qafarovanın Parlamentin 10 aprel 2026-cı il tarixli iclasında çıxışı

Siyasət

18-10-2024, 12:51

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 18 oktyabr tarixli plenar iclasında Müstəqilliyin Bərpası Günü barədə çıxışı

Siyasət

7-11-2024, 12:33

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 07 noyabr tarixli plenar iclasında çıxışı

Araşdırma
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
  • 9-08-2026, 23:53
    Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur
  • 9-08-2026, 23:48
    Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
  • 9-08-2026, 23:42
    Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
  • 27-07-2026, 22:26
    Medianın İnkişafı Agentliyi Bəyanat yayıb
  • 27-07-2026, 22:23
    Azərbaycan və Pakistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirir
  • 27-07-2026, 22:14
    Bu il əlilliyi olan 2100 şəxs işlə təmin edilib
  • 27-07-2026, 22:10
    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir
  • 22-07-2026, 22:38
    22 İyul – Milli Mətbuat Günü münasibətilə dəyərli ziyarət
  • 22-07-2026, 22:24
    AMEA-da Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirilib
  • 22-07-2026, 13:32
    22 iyul Milli Mətbuat Günüdür
  • 22-07-2026, 13:15
    Prezident Japarovun təşəbbüsü ilə Azərbaycan jurnalistləri Qırğızıstana gəliblər
  • 10-07-2026, 21:48
    Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
  • 10-07-2026, 21:46
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • 10-07-2026, 21:44
    Dünya çempionatı: Bu gün ikinci yarımfinalçı bəlli olacaq
  • 10-07-2026, 21:41
    “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının icrası üzrə növbəti addımlar müəyyənləşdirilib
  • 10-07-2026, 21:39
    Milli Məclisdə 22 məsələ müzakirəyə çıxarılıb
  • 1-07-2026, 11:06
    Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
  • 1-07-2026, 11:05
    Ankarada “Azərbaycan: Yeni era” kitabının Türkiyə türkcəsində nəşrinin təqdimatı olub
  • 1-07-2026, 11:04
    "BakıKart"ın satış qiyməti 50 faiz bahalaşdı
  • 26-06-2026, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • 26-06-2026, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
  • 22-06-2026, 11:32
    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 18-06-2026, 12:32
    Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
  • 17-06-2026, 10:20
    17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
  • 16-06-2026, 21:11
    Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb
  • 16-06-2026, 21:10
    ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır
  • 16-06-2026, 21:08
    Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
  • 16-06-2026, 21:07
    Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?
  • 16-06-2026, 21:05
    Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur
  • 15-06-2026, 11:41
    Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
  • 15-06-2026, 11:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə