• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür

Gündəm / Cəmiyyət

Bugün, 11:55

Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür İyunun 26-da Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə Silahlı Qüvvələr Gününü qeyd edir. Bu gün şanlı Azərbaycan Ordusunun yaranmasından 108 il ötür. Bir əsrdən artıq tarixə malik olan Ordumuz bu gün müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün ən etibarlı təminatçısı, xalqımızın qürur mənbəyidir. Bu şərəfli tarix təkcə hərbi salnamə deyil, həm də xalqımızın mübarizə əzminin, dövlətçilik iradəsinin və Vətən sevgisinin parlaq təcəssümüdür.

Azərbaycan Ordusunun şanlı tarixi xalqımızın dövlətçilik salnaməsinin ayrılmaz hissəsidir. Bu tarix 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissənin - əlahiddə Azərbaycan korpusunun yaradılması və həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyinin təsis olunması ilə başlayıb. Həmin dövrdə ordunun formalaşmasında Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski kimi görkəmli hərbi xadimlərin xidmətləri əvəzsiz olub.

Azərbaycan Ordusu ötən 108 il ərzində sınaqlardan keçib, çətin və mürəkkəb dövrlərlə üzləşib, lakin bütün maneələrə baxmayaraq, hər zaman xalqın və dövlətin dayağı olmağı bacarıb. Bu gün isə Azərbaycan Silahlı Qüvvələri tarixinin ən qüdrətli mərhələsini yaşayır. Ordumuzun şanlı keçmişinə nəzər saldıqda görürük ki, onun uğurlu hərbi əməliyyatlarla dolu yolunun zirvəsində Qarabağ Zəfəri dayanır. Bu Zəfər təkcə hərbi uğur deyil, həm də milli qürurun bərpası, tarixi ədalətin təmin edilməsi və xalqımızın uzun illər həsrətində olduğu müqəddəs torpaqlara qovuşmasıdır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci ilin payızında XXI əsrin hərb tarixində xüsusi yer tutan şanlı bir dastan yazıb. 30 ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində uğurlu hərbi əməliyyatlar nəticəsində azad edilib. Dünyanın aparıcı hərbi ekspertləri tərəfindən diqqətlə izlənilən bu müharibə müasir döyüş taktikasının, yüksək texnologiyaların və peşəkar komandanlığın parlaq nümunəsi kimi tarixə düşüb.

Azərbaycan əsgəri həmin günlərdə təkcə düşmən istehkamlarını deyil, həm də illər boyu formalaşdırılmış “məğlubedilməzlik” mifini darmadağın edib. 2020-ci ilin 44 günü xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Şuşanın azad edilməsi ilə Azərbaycan Ordusu bütün dünyaya sübut edib ki, Vətən uğrunda döyüşən əsgərin qarşısında heç bir maneə dayana bilməz.

2023-cü il sentyabrın 19–20-də keçirilən lokal xarakterli antiterror tədbirləri isə Qarabağ Zəfərinin məntiqi yekunu olub. Cəmi 23 saat 43 dəqiqə davam edən uğurlu əməliyyat nəticəsində Qarabağda qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoyulub, separatizm ocağı birdəfəlik məhv edilib və dövlət suverenliyimiz tam təmin olunub. Bununla da Azərbaycanın bütün ərazisində Konstitusiya quruluşu bərpa edilib və üçrəngli bayrağımız ölkəmizin hər yerində qürurla dalğalanmağa başlayıb.

Şanlı Qələbənin qazanılmasında misilsiz şücaət göstərən Azərbaycan Ordusunun qəhrəmanlığı dövlətimiz tərəfindən daim yüksək dəyərləndirilib. Belə ki, Prezident İlham Əliyevin ayrı-ayrı dövrlərdə imzaladığı sərəncamlara əsasən, çoxsaylı hərbi qulluqçumuz, veteran və şəhidlərimiz müxtəlif orden və medallarla təltif olunub.

Dövlətimizin başçısının iyunun 25-də imzaladığı Sərəncama əsasən, Müdafiə Nazirliyinin hərbi qulluqçularına – polkovniklər Rəsul Rasim oğlu Əliyev, Elçin Rəhim oğlu Abdullayev, Azər Əfrayıl oğlu Heybətli, Gülməmməd Tofiq oğlu Rzayev və Ruslan Dünyaməddin oğlu Ağasiyevə “general-mayor” ali hərbi rütbəsi verilib. Digər Sərəncamla Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, o cümlədən “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Dövlətimizin başçısı tərəfindən imzalanan növbəti Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçusu və mülki işçisi ölümündən sonra “Azərbaycan Bayrağı”, 3-cü dərəcəli “Rəşadət”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Bu möhtəşəm nailiyyətlərin təməlində isə illər boyu aparılan məqsədyönlü ordu quruculuğu siyasəti dayanır. Azərbaycan Ordusunun müasir inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hələ sovet dövründə milli hərbi kadrların hazırlanmasına xüsusi önəm verən Ulu Öndər gələcək müstəqil Azərbaycanın güclü Ordusunun əsasını qoyub. Ümummilli Liderin təşəbbüsü ilə 1971-ci il iyunun 20-də yaradılan Cəmşid Naxçıvanski adına hərbi məktəb sonrakı illərdə minlərlə peşəkar zabitin yetişməsinə şərait yaradıb. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi milli zabit kadrları istər Aprel döyüşlərində, istərsə də Vətən müharibəsində və Qarabağda keçirilən antiterror tədbirlərində əldə edilən uğurların əsas pay sahiblərindəndirlər.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə hökm sürən siyasi və hərbi böhran şəraitində nizami ordu quruculuğuna başlayıb. Orduda vahid komandanlıq sistemi yaradılıb, pərakəndə silahlı dəstələr ləğv edilib, döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm addımlar atılıb. Məhz bu siyasətin nəticəsi olaraq Azərbaycan Ordusu qısa müddətdə yenidən formalaşıb.

Çətin dönəmə və qeyri-bərabər döyüş şəraitinə baxmayaraq, Azərbaycan Ordusu 1994-cü ilin yanvarında keçirdiyi Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad edib. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə isə ordu quruculuğu tamamilə yeni mərhələyə qədəm qoyub. Hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl və tutarlı addımlar atılıb, müdafiə sahəsinə ayrılan vəsaitlər dəfələrlə artırılıb, ən müasir silah və texnikalar alınıb, yerli müdafiə sənayesi yaradılıb. Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılıb, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirilıb, müasir hərbi şəhərciklər və infrastruktur obyektləri tikilib.

Rəşadətli Ordumuz 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında Günnüt zəfəri ilə uğurlu əməliyyatlara imza atıb. Həmin nailiyyətlərin davamı olaraq bir neçə ildən sonra Üçrəngli Bayrağımız Şuşa və Xankəndi zirvəsinə sancılıb...

Azərbaycan Ordusunun gücü yalnız silah və texnika ilə ölçülmür. Onun əsas qüdrəti Vətən sevgisi ilə yaşayan, torpaq uğrunda canından keçməyə hazır olan qəhrəman əsgər və zabitlərindədir. Vətən müharibəsində və antiterror tədbirlərində şəhidlik zirvəsinə ucalan minlərlə igid övladımız xalqımızın qəlbində əbədi yaşayır. Onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik məktəbinə çevrilib.

Azərbaycan Ordusu Vətən müharibəsi zamanı 2 min 900-dən çox əsgər və zabitini şəhid verib. Bu gün Azərbaycanın hər yerində şəhidlərin xatirəsi böyük ehtiramla anılır, onların ailələrinə dövlət qayğısı göstərilir. Zəfər parkları, memorial komplekslər, muzeylər və abidələr tarixi Qələbəmizin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Şəhidlərin qanı ilə yazılmış Zəfər tariximiz xalqımızın milli yaddaşında əbədi yaşayacaq.

Müharibədən sonrakı dövrdə də ordu quruculuğu prosesi uğurla davam edir. Beynəlxalq təlimlərin sayının artırılması, peşəkar hərbi kadrların hazırlanması və yeni texnologiyaların tətbiqi Ordumuzun gücünə güc qatır. Bu gün əminliklə demək olar ki, Azərbaycan Ordusu 2020-ci ildə Zəfər qazanan Ordudan da güclü, daha peşəkar və hazırlıqlıdır.

Bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuz müasir pilotsuz uçuş aparatları, yüksəkdəqiqlikli raket sistemləri, müasir artilleriya qurğuları və digər qabaqcıl texnologiyalarla təchiz olunub. Silahlı Qüvvələrimizin türk ordu modelinə keçidi, komando bölmələrinin yaradılması isə Silahlı Qüvvələrimizin çevikliyini və döyüş imkanlarını daha da artırıb.

Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin 5-ci ildönümü münasibətilə ötən il noyabrın 8-də keçirilən Hərbi parad Azərbaycan Ordusunun keçdiyi inkişaf yolunun, əldə etdiyi hərbi nailiyyətlərin və döyüş hazırlığının növbəti nümayişi kimi yadda qalıb. Parad tarixə təkcə Zəfərin beşinci ildönümünün qeyd edildiyi tədbir kimi deyil, eyni zamanda, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini, texnoloji üstünlüyünü və peşəkar hazırlığını əks etdirən mühüm hərbi-siyasi mesaj kimi həkk olunub.

Artıq altıncı ildir ki, Azərbaycan Ordusunun şəxsi heyəti Silahlı Qüvvələr Gününü Qarabağ Zəfərinin təntənəsi ilə qeyd edir. İşğaldan azad olunmuş torpaqlarda xidmət edən əsgərlərimizin qürurlu baxışlarında qalib xalqın ruhu görünür. Üçrəngli bayrağımızın dalğalandığı hər zirvə, şəhər və kənd bu qəhrəmanlığın canlı şahididir.

Azərbaycan Ordusu bu gün yalnız dövlətimizin təhlükəsizliyinin qarantı deyil, həm də xalqımızın iradəsinin, milli birliyinin və qalib ruhunun simvoludur. Bu şanlı gün münasibətilə Ordumuzun bütün şəxsi heyətini, veteranlarımızı və hərbçilərimizi təbrik edir, qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edirik. Qoy Azərbaycan əsgərinin ayaq səsləri daim zəfər sorağı gətirsin, üçrəngli bayrağımız əbədi olaraq azad səmalarda dalğalansın!

Oxunub: 1002
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

Bugün, 11:53

Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Gündəm / Siyasət

24-09-2025, 21:38

Vətən müharibəsində şanlı Qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb

Gündəm / Cəmiyyət

24-06-2025, 23:07

Azərbaycan xalqı 26 iyun - Silahlı Qüvvələr gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir

Gündəm / Cəmiyyət

24-06-2025, 22:46

Azərbaycan Ordusu - dövlət müstəqilliyinin dayağı

Gündəm / Siyasət

3-04-2025, 21:44

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir

Araşdırma
Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
Hadisə
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
5-03-2026, 14:43
İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert
Son xəbərlər
  • Bugün, 11:55
    Bu gün Azərbaycan Silahlı Qüvvələri Günüdür
  • Bugün, 11:53
    Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 24-06-2026, 12:00
    Prezident İlham Əliyev: İslam dəyərlərinin qorunmasına Azərbaycanda həmişə böyük önəm verilib
  • 22-06-2026, 11:35
    Səngəçal karvansarasına ziyan vuruldu - Araşdırma başladı
  • 22-06-2026, 11:32
    Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
  • 18-06-2026, 12:32
    Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
  • 17-06-2026, 10:20
    17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür
  • 16-06-2026, 21:11
    Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb
  • 16-06-2026, 21:10
    ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır
  • 16-06-2026, 21:08
    Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
  • 16-06-2026, 21:07
    Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?
  • 16-06-2026, 21:05
    Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur
  • 15-06-2026, 11:41
    Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib
  • 15-06-2026, 11:39
    Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib
  • 8-06-2026, 22:55
    Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər
  • 2-06-2026, 19:12
    Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Tarixin uşaq izləri” adlı sərgi keçirildi
  • 2-06-2026, 10:43
    “Bakı Enerji Həftəsi” Türkiyə mediasının diqqət mərkəzindədir
  • 2-06-2026, 10:41
    Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb
  • 2-06-2026, 10:39
    FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
  • 26-05-2026, 20:03
    Milli Məclisin yaz sessiyası başa çatdı
  • 26-05-2026, 20:01
    Bu gün Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 112 il ötür
  • 26-05-2026, 19:58
    Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir
  • 26-05-2026, 19:56
    Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur
  • 22-05-2026, 11:56
    Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
  • 22-05-2026, 11:54
    DİM-də keçirilən PMP imtahanı üçün əlavə günlər müəyyən olunub
  • 22-05-2026, 11:52
    Bu gün Xalq artisti Mehdi Məmmədovun doğum günüdür
  • 22-05-2026, 11:51
    Lukaşenko: Belarus Ukraynadakı müharibəyə qoşulmaq niyyətində deyil
  • 20-05-2026, 19:40
    Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib
  • 20-05-2026, 19:38
    Mavriki Respublikasının Prezidenti İçərişəhərlə tanış olub
  • 20-05-2026, 19:36
    Konqoda Ebola həyəcanı: 136 ölüm, 543 şübhəli yoluxma halı qeydə alınıb
  • 18-05-2026, 13:41
    “Yaddaşın kodları – Qarabağdan Göyçəyə”: Tarixi irsi rəqəmsal texnologiyalarla canlandıran layihə
  • 18-05-2026, 13:23
    Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ölkəmizə səfərə gəlib
  • 18-05-2026, 13:21
    Azərbaycandan olan aykido ustaları Ankarada keçirilən idman festivalında
  • 18-05-2026, 13:20
    WUF13-də rəqəmsal texnologiyaların mənzil sektorunda rolu vurğulanıb
  • 18-05-2026, 13:18
    Musa Yaqubun nəvəsi: İnanıram ki, onun saf və duyğulu şeirləri həmişə yaşayacaq
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə