• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir

Gündəm / Siyasət

3-04-2025, 21:44

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza qələbə sevinci yaşatdı, tariximizə şanlı səhifə kimi yazıldı. Bu zəfər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi, dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Aprel döyüşləri Ermənistanın o zaman qədər yaratdığı keçilməz Ohanyan xətti ilə bağlı mifi darmadağın etdi.
Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 9 il ötür. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar azad olundu, ümumilikdə işğal altındakı ərazilərin 2000 hektardan çox hissəsi düşməndən təmizləndi.

Heç şübhəsiz ki, Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu.

Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Məhz, dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə böyük qayıdış prosesinə start verildi. Eyni zamanda, Aprel döyüşlərindən sonra əli silah tutan hər bir vətəndaşımız işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübarizəyə tam hazır olduğunu bir daha nümayiş etdirdi. Bu birlik Vətən müharibəsində düşməni əzən “Dəmir yumruğ”a çevrildi.

Məhz, Aprel zəfərindən sonra 2018-ci ildə Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə ümumi olaraq, on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. Nəhayət, 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi zəfər, qələbə qazanıldı, ədalət bərpa edildi. Bu gün hər birimiz iftixar və qürur hissi ilə deyə bilirik:

Ötən müddət ərzində işğaldan azad olunan ərazilərdə, o cümlədən aprel qələbəsi ilə düşmən təhlükəsinin uzaqlaşdırıldığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təmir-bərpa işləri aparılıb, orada yeni qəsəbə salınıb, ata-baba yurdlarından didərgin salınan insanlar geri dönüblər.

Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib. Həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yaranıb, işğalçı ordunun rəhbərləri işdən qovulub, daha sonra isə müharibə caniləri – Sarqsyan öz dəstəsi ilə birlikdə hakimiyyəti itirib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinin iştirakçısı olan hərbçilərlə görüşdə deyib: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.

Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirdi. Bunun nəticəsində də Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində böyük qələbə qazandı.

Vilayət Məmmədov
iş adamı

Oxunub: 100183
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-11-2024, 16:15

Böyük Qələbəmizin 4 ili tamam olur

Gündəm / Siyasət

17-10-2024, 10:45

Bu gün Füzuli Şəhəri Günüdür

Siyasət

27-09-2024, 11:44

27 Sentyabr - Vətən müharibəsinin başladığı gün və Anım Günüdür

Gündəm / Cəmiyyət

27-09-2024, 19:42

Anım Günü gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb edir

Siyasət

24-05-2024, 11:12

Sərhədçilərimiz Qazaxın 4 kəndini NƏZARƏTƏ GÖTÜRDÜ

Araşdırma
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə