• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan Ordusu - dövlət müstəqilliyinin dayağı

Gündəm / Cəmiyyət

24-06-2025, 22:46

Azərbaycan Ordusu -   dövlət müstəqilliyinin dayağı Bu günlərdə Azərbaycan Ordusu yaradılmasının ildönümünü böyük qürur hissi ilə qeyd edəcək. Xalqımıza tarixində ən böyük Qələbə hissini yaşadan Azərbaycan Silahlı Qüvvələri bundan sonra da ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasına öz töhfəsini verəcək. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır!”
Peşəkar milli ordunun yaradılmasına ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Xalqımızın böyük oğlu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra - 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsi yaradılıb, 1992-ci il sen¬tyabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasının müdafiəsinin və sərhədlərinin qorunmasının təşkili haqqında” Qərar qəbul edilib. Həmin il ok¬tyabrın 9-da isə Naxçıvan şəhərində ilk hərbi parad keçirilib. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu qurumlarından biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada təşkil edilib və Dövlət Müdafiə Komitəsinin bütün əmlakı 705 saylı hərbi hissəyə təhvil verilib.
Ümummilli Liderimiz Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix – iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub.
Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi prosesinə isə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra başlanılıb. Qısa müddətdə ordumuzun strukturu tam formalaşdırılıb, bütün növ hərbi birləşmələr yaradılaraq komplektləşdirilib. Ulu Öndərin 1993-cü ildə ali hakimiyyətə ikinci qayıdışından sonra həyata keçirdiyi tədbirlər, ümumilikdə, Azərbaycan Silahlı Qüvvələrinin inkişafında yeni mərhələ olub.
Dahi şəxsiyyətin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə silahlı qüvvələrimiz dünyanın ən müasir silah-sursatları, hərbi-texnoloji avadanlıqları ilə təmin olunub, şəxsi heyətin döyüş ruhu dəfələrlə yüksəldilib. Ölkə Prezidenti cənab İlham Əliyev demişdi: “Ulu Öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə həyata keçirdiyi tədbirlər, hazırladığı siyasi sənədlər təkcə Naxçıvanın yox, eyni zamanda, doğma Azərbaycanımızın da xilasına xidmət edirdi. Üçrəngli dövlət bayrağının, digər milli dövlətçilik atributlarının qəbul edilməsi, milli ordu quruculuğuna başlanılması, aqrar islahatların həyata keçirilməsi - böyük ömrün Naxçıvanda keçən 3 ili ərzində görülən bütün bu tədbirlər müstəqil dövlətimizin daha da möhkəmlənməsinə yönəlmiş milli inkişaf konsepsiyasının tərkib hissələri idi”.
Vətən müharibəsinə kimi ötən müddətdə ordunun gücləndirilməsi ilə bağlı olduqca mühüm işlər görüdü, silahlı qüvvələrimizdə keyfiyyət və kəmiyyət dəyişikliklərinin yaranması reallaşdırıldı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altında olan ərazilərimizin azad olunması üçün geniş hərbi əməliyyatlara başladı və 44 gün ərzində düşməni diz çökdürərək darmadağın etdi, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu, eləcə də lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində öz suverenliyini tam bərpa etmiş oldu. Vətən müharibəsi silahlı qüvvələrimizin nəyə qadir olduğunu bir daha bütün dünyaya göstərdi. Bu savaş, eyni zamanda XXI əsrin ən sürətli, müasir və ədalətli müharibəsi kimi yaddaşlara həkk olundu.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, güclü iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait ayrıldı, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi. Bunların nəticəsində güclü, modernləşdirilmiş ordu yaradıldı və bu ordunun şücayəti sayəsində 44 günlük Vətən müharibəsində düşmənə ən ağır zərbələr vuruldu, işğal altında olan torpaqlarımız azad olundu. Şanlı Zəfərlə başa çatan 2-ci Qarabağ müharibəsi xalqımızın tarixinə qəhrəmanlıq səlnaməsi kimi əbədi həkk olundu. Eyni zamanda 2023-cü ilin sentyabr ayında aparılan uğurlu antiterror əməliyyatları nəticəsində Azərbaycanın tam ərzai bütövlüyü təmin edildi. Bu gün Qarabağın bütün işğaldan azad olunmuş ərazilərində müqəddəs üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı ona Qələbə sevinci yaşatmış Rəşadətli ordusu, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı ilə haqlı olaraq qürur duyur.

Azərbaycan Ordusu -   dövlət müstəqilliyinin dayağı

Emin Qurbanov
ürək-damar cərrahı.
Kəpəz Hospital

Oxunub: 100191
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

27-01-2025, 21:50

İqtisadi Şuranın iclası keçirilib

Mədəniyyət

17-04-2024, 13:48

Bərpasındakı nöqsanlara görə “Naxçıvanqala”nın ön divarlarından biri uçdu

Cəmiyyət

21-05-2025, 11:06

Naxçıvanda dializ xəstələri üçün dərmanlar təhvil verilib

Gündəm / Siyasət

18-10-2024, 11:44

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür

Gündəm / Siyasət

8-05-2025, 14:03

Əbədiyaşar Lider

Araşdırma
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə