• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Əbədiyaşar Lider

Gündəm / Siyasət

8-05-2025, 14:03

Əbədiyaşar Lider Ümummilli Lider Heydər Əliyev 1923-cü il mayın 10-da qədim və zəngin tarixə malik Naxçıvan şəhərində dünyaya gəlmişdir. Ulu Öndər istər Sovet dövründə, istərsə də müstəqillik illərində tutduğu hər bir yüksək vəzifədə yalnız xalqın rifahını əsas prinsip kimi qəbul etmiş, bu yolda böyük əzmkarlıq və siyasi iradə nümayiş etdirmişdir.
1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikamızın həyatında böyük inkişaf mərhələsi başlanmışdır. Dahi Liderin təşkilatçılıq bacarığı və qətiyyətli mövqeyi nəticəsində Azərbaycan mühüm sosial-iqtisadi nailiyyətlər əldə etmişdir. Heydər Əliyev mərkəzi Sovet hakimiyyətinin ciddi məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın milli maraqlarını daim ön planda saxlamış, xalqımızın hüquqlarını müdafiə etmiş və milli özünüdərkin möhkəmləndirilməsi üçün vacib addımlar atmışdır. Onun təşəbbüsü ilə respublikanın sənaye potensialı gücləndirilmiş, yeni zavod və fabriklər istifadəyə verilmiş, kənd təsərrüfatında məhsuldarlıq artmış və xalqın sosial rifahı yaxşılaşdırılmışdır...
1992-ci il noyabrın 21-də Ümummilli Lider Heydər Əliyevin sədrliyi və 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdir. Dahi Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və milli maraqlara əsaslanan baxışı əsasında formalaşan bu partiya “Dövlətə sədaqət, xalqa xidmət” prinsipi ilə fəaliyyətə başlamışdır.
Həmin dövrdə ölkəmizdə siyasi böhran, idarəetmədə xaos, iqtisadi tənəzzül və separatizm təhlükəsi hökm sürürdü. Xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, Dahi Lider qısa müddətdə sabitlik yaradaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsini təmin edən təməl formalaşdırdı. Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın böyük etimadını qazanaraq ölkədə sabitliyin bərpa olunmasında aparıcı siyasi qüvvəyə çevrildi.
1995-ci il noyabrın 12-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafı üçün əsas hüquqi baza yaratmışdır. Bu tarixi sənəd insan hüquq və azadlıqlarının təminatçısı kimi çıxış etmişdir.
Dahi Lider Heydər Əliyevin milli maraqlara əsaslanan xarici strategiyası həm ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirmişdir. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal arenada etibarlı tərəfdaş kimi tanınmışdır.
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulmuş Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi mühüm transmilli enerji layihələri Dahi Liderin diplomatik müdrikliyi və qətiyyətli siyasi iradəsi sayəsində uğurla reallaşdırılmışdır. Həmin layihələr Azərbaycanın zəngin enerji ehtiyatlarını beynəlxalq bazarlara etibarlı və alternativ marşrutlarla çıxarmaqla yanaşı, ölkəmizin Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynamasını təmin etmişdir. Bununla da Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də regionda iqtisadi əməkdaşlığın, siyasi sabitliyin və geostrateji tərəfdaşlığın mühüm mərkəzinə çevrilmişdir. Bu uğurlar bir daha təsdiqləyir ki, Ulu Öndər Heydər Əliyevin enerji strategiyası geosiyasi hədəflərə hesablanmış bir yol xəritəsidir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz mühüm tarixi zəfərlərə imza atmış, dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və ərazi bütövlüyünün təmin olunması istiqamətində qətiyyətli addımlar atılmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı xalq-iqtidar-ordu birliyinin nəticəsi olaraq torpaqlarımız işğaldan azad edilmiş, tarixi ədalət bərpa olunmuşdur. Bu möhtəşəm Qələbənin təməlində isə Ulu Öndər Heydər Əliyevin milli maraqlara əsaslanan dövlətçilik ənənələri dayanır.
Dövlətimizin başçısı həmin siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirmiş, ölkəmizi regionda və dünyada söz sahibi olan qüdrətli bir dövlətə çevirmişdir. Ulu Öndər Heydər Əliyevin ideyalarına əsaslanan və Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən milli strategiya Azərbaycanı sabitlik, davamlı inkişaf və parlaq gələcək yolunda əmin addımlarla irəli aparır.
Ümummilli Liderin prinsipial mövqeyi nəticəsində ana dili və zəngin mədəni irsimiz qorunub saxlanılmışdır. Xüsusilə, 1978-ci ildə qəbul edilən Azərbaycan SSR-in Konstitusiyasında ana dilinin dövlət dili statusu alması milli kimliyimizin hüquqi müstəvidə təsbit olunması baxımından mühüm önəm kəsb edir.
Ulu Öndər Heydər Əliyevin islahatları nəticəsində nizami Azərbaycan Ordusunun formalaşdırılmasına başlanılmışdır. Onun rəhbərliyi ilə ordu quruculuğu dövlətin əsas prioritetlərindən birinə çevrilmiş, müasir tələblərə cavab verən hərbi struktur yaradılmış və peşəkar kadrların hazırlanması istiqamətində mühüm addımlar atılmışdır. Bu proses Azərbaycan Silahlı Qüvvələrinin güclü hərbi potensialının formalaşdırılması baxımından tarixi əhəmiyyətə malik olmuşdur.
Bu mərhələdə Ümummilli Lider Heydər Əliyevin atdığı strateji addımlardan biri 1994-cü il sentyabrın 20-də imzalanan və sonradan “Əsrin müqaviləsi” kimi tarixə düşən neft sazişi oldu. Dünyanın aparıcı neft şirkətləri ilə imzalanan bu müqavilə Azərbaycanın müstəqil enerji strategiyasının təməlini qoyaraq ölkənin iqtisadi inkişafında yeni mərhələ açdı. “Əsrin müqaviləsi” həm də Azərbaycanın beynəlxalq arenada mövqelərinin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Beləliklə, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaqla yanaşı, transmilli layihələrin əsas iştirakçısına və Cənubi Qafqazın aparıcı geosiyasi aktoruna çevrildi. Bu saziş müstəqil ölkəmizin uzunmüddətli inkişaf strategiyasının əsas dayaqlarından biri oldu.
Ulu Öndər Heydər Əliyev dövlətçilik ənənələrinin təməlini qoyan, milli ideologiyanın formalaşmasında müstəsna rol oynayan görkəmli tarixi şəxsiyyət kimi yaddaşlarda əbədi qalacaq.

Vilayət Məmmədov
iş adamı

Oxunub: 100239
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

10-12-2024, 20:45

Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti ən mükəmməl nümunədir

Gündəm / Siyasət

10-12-2024, 20:24

Heydər Əliyev fenomeni

Gündəm / Siyasət

22-04-2025, 12:35

Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşüb

Cəmiyyət

12-12-2024, 10:43

“Ədibin Evi”ndə Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Balaxanı neftçiləri ilə görüş keçirilib

---

17-03-2024, 11:55

Novruz bayramı xalqımızın qədim tarixə və mədəniyyətə sahib olmasının daha bir sübutudur

Araşdırma
Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Hadisə
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
Son xəbərlər
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
  • 18-09-2026, 18:22
    Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 09:39
    Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
  • 16-09-2026, 09:35
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 16-09-2026, 09:32
    Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib
  • 16-09-2026, 09:29
    Messi vida matçı üçün Argentina millisinə çağırılıb
  • 16-09-2026, 09:23
    Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
  • 15-09-2026, 09:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 13-09-2026, 12:41
    Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır
  • 13-09-2026, 12:40
    Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb
  • 13-09-2026, 12:39
    Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub
  • 8-09-2026, 11:48
    Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
  • 8-09-2026, 11:47
    “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 8-09-2026, 11:45
    Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib
  • 8-09-2026, 11:44
    İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib
  • 8-09-2026, 11:43
    “Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb
  • 7-09-2026, 11:50
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 5-09-2026, 11:45
    Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
  • 5-09-2026, 11:43
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • 5-09-2026, 11:43
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • 5-09-2026, 11:42
    Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib
  • 5-09-2026, 11:37
    İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə