• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Azərbaycan xalqı 26 iyun - Silahlı Qüvvələr gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir

Gündəm / Cəmiyyət

24-06-2025, 23:07

Azərbaycan xalqı 26 iyun - Silahlı Qüvvələr gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir Ulu Öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra respublikamızda ordu quruculuğu sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə başlandı. Məhz Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı fərmanla iyunun 26-sı Azərbaycan Respublikasının Silahl Qüvvələr Günü elan edildi. Eyni zamanda, Ulu Öndərimizin 1999-cu il fevralın 20-də Silahlı Qüvvələrin Hərbi Akademiyasının yaradılması, 20 avqust 2001-ci ildə respublikamızda fəaliyyət göstərən hərbi məktəblərin statusunun artırılması haqqında imzaladığı fərmanlar heç şübhəsiz, bu istiqamətdə əsaslı dönüş yaratdı. Bütün bunların nəticəsidir ki, hazırda Azərbaycanda güclü maddi-tədris bazasına, müasir texnologiyalara malik, yeni tədris metodları ilə fəaliyyət göstərən, uğurları ölkəmizin sərhədlərindən də uzaqlara yayılan hərbi təhsil sistemi mövcuddur.
Azərbaycan xalqı 26 İyun Silahlı Qüvvələr gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir. Azərbaycan Ordusu dövlətimizin və xalqımızın güvənc yeridir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəman əsgər və zabitləri 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər qazanmaqla tarix yazdı.
Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən Ümummilli Liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Bu gün Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer tutur. Ölkəmizin ötən illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarı ilə ordumuzun güclənməsi ilə müşayiət olundu. Cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.
Azərbaycanın əzəli dədə-baba torpaqlarının təcavüzkar erməni qəsbkarları tərəfindən 30 ilə yaxıın bir müddətdə zəbt olunması, beynəlxalq birliyin buna göz yumması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün uzun illərdən bəri yaradılan ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyəti, münaqişəyə biganə yanaşması problemin diplomatic həllinə imkan vermədi. Ermənilər mütəmadi atəşkəsi pozur, günahsız insanları qətlə yetirirdi.
“Ən acınacaqlısı da o idi ki, bütün bunlar beynəlxalq qrumların, Qarabağ torpaqlarının ərazi bütövlüyünü tanıyan və Azərbaycana aid olduğunu birmənalı şəkildə təsdiqləyən dünya dövlətlərinin gözü qarşısında baş versə də onlar tərəfdən laqeydlik, susqunluq müşahidə olunurdu. Azərbaycanın dövlət başçısı çox böyük səbr nümayiş etdirərək gözlədi və haqq-ədalətin gec-tez yerini tapacağına ümid bəslədi. Amma qarşı tərəf öz aqressiv mövqeyi ilə sülhə getmək fikrincə olmadığını nümayiş etdirirdi. Ötən il sentyabrın 27-də Prezident İlham Əliyev xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrimizi, dinc sakinlərimizi atəşə məruz qalması haqqda məlumat verdi. Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Tarixin səhifələrində “Vətən müharibəsi”, “İkinci Qarabağ müharibəsi”, “Dəmir yumruq” əməliyyati kimi yer alan müharibə çox uzun sürmədi. 44 gün ərzində xalqla dövlətin sarsılmaz birliyinin, Azərbaycanın müzəffər ordusunun şanlı qələbəsi ilə başa çatan müharibə erməni işğalçılarının uzun illərdən bəri Azərbaycanın müdafiə gücünün yoxluğu, ordusunun zəif olması ilə bağlı apardıqları əks təbliğatlara son qoymuş oldu. Azərbaycan dövləti özünün ərazi bütövlüyünü qısa zaman ərzində bərpa etməklə, nəinki ermənilərə, o cümlədən bütün dünyaya hansı gücə qadir olduğumuzu sübut etdi.
Bizə qələbə sevinci yaşatdıqları üçün bizlər şanlı ordumuzun qəhərman əsgərlərinə, şəhidlərimizə və qazilərimizə borcluyuq. Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti dünyanın müasir hərb elmində bir yenilik oldu. Təsadüfi deyil ki, dünyanın bir sıra hərbi mərkəzlərində Azərbaycan ordusunun tətbiq etdiyi hərbi strategiya öyrənilir. Azərbaycan xalqı olaraq qürur duyuruq ki, belə bir güclü ordumuz var. 26 İyun Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi ürəkdən təbrik edirəm, onlara şərəfli peşələrində daim uğurlar arzulayıram!

Azərbaycan xalqı 26 iyun - Silahlı Qüvvələr gününü böyük qürurla, ruh yüksəkliyi ilə qeyd edir

Cəmilə Talıbova,
Pediatriya Mərkəzinin Uşaq Bərpa Mərkəzinin baş həkimi

Oxunub: 100198
Paylaş:
Digər xəbərlər

Gündəm / Cəmiyyət

24-06-2025, 22:46

Azərbaycan Ordusu - dövlət müstəqilliyinin dayağı

Siyasət

28-05-2024, 12:14

Müstəqillik Günü tariximizdə müstəsna rola malikdir

Gündəm / Siyasət

20-11-2024, 10:02

Azərbaycanın ədliyyə işçiləri özlərinin peşə bayramlarını böyük nailiyyətlərlə qeyd edirlər

Gündəm / Siyasət

18-10-2024, 11:44

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 33 il ötür

Gündəm / Siyasət

4-11-2024, 16:04

8 noyabr 2020-ci il - Azərbaycan tarixində möhtəşəm gün

Araşdırma
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə