• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 29 oktyabr tarixli plenar iclasında çıxışı

---

29-10-2024, 13:45

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 29 oktyabr tarixli plenar iclasında çıxışı Bildiyiniz kimi, oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanı hədəf alan növbəti siyasi aksiya təşkil olunmuşdur. Ölkəmizə qarşı böhtanlar, yalan və saxta məlumatlar üzərində qurulan qərəzli bir qətnamə qəbul edilmişdir. Xatırladım ki, Milli Məclis bu qətnaməyə dərhal öz münasibətini bildirmiş və bu münasibət mətbuatda dərc edilmişdir.
Hörmətli deputatlar !
Bildirmək istəyirəm ki, Avropa Parlamentinin Azərbaycana qarşı düşmənçilik və qarayaxma kampaniyası aparan qüvvələrin əlində bir alətə çevrilməsi təəssüf doğurur. Biz ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları, cəfəng iddiaları, təhdid və tələbləri qətiyyətlə rədd edirik.
Bu cür ədalətsiz və qeyri-obyektiv sənədlərin ortaya çıxması Cənubi Qafqaz regionunda tarixi ədalətin və beynəlxalq hüququn bərpası ilə barışa bilməyən qüvvələrin bəd niyyətlərini bir daha açıb göstərir. Hesab edirəm ki, Avropa Parlamenti bu qətnaməsi ilə nəinki bölgəmizdə tarixi və müasir reallıqlara qərəzli münasibətini nümayiş etdirir, həm də dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə meydan oxuyur.
Ermənistan Respublikası 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamış, 1 milyon soydaşımızı qaçqın və məcburi köçkün həyatına məhkum etmiş, xalqımıza qarşı dəhşətli cinayətlər törətmiş, şəhər və kəndlərimizi, milli-mənəvi, tarixi və dini mirasımızı talan etmişdir. O dövrdə beynəlxalq ictimaiyyət nədənsə susmağa üstünlük verirdi.
44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələrdən sonra isə Avropa Parlamentində, digər təşkilatlarda və ölkələrdə Azərbaycanofob, türkofob və islamofob qüvvələr bütün beynəlxalq davranış normalarını və nəzakət qaydalarını bir kənara qoyaraq, ölkəmizə qarşı sanki yürüşə çıxmışlar.
Narahatlıq doğuran bir məqam da budur ki, Avropa Parlamenti Bakıda keçiriləcək COP29 kimi mühüm beynəlxalq tədbirdən ölkəmizə qarşı siyasi təzyiq aləti kimi istifadə etməyə cəhd göstərir. İqlim dəyişmələri qlobal problemdir və birlik tələb edir, lakin bu məsələdən də Azərbaycan əleyhinə gündəliyin təbliği üçün istifadə olunur.
Hörmətli deputatlar !
Milli Məclis olaraq, biz həmişə qeyd edirik ki, Azərbaycan siyasi dialoq və əməkdaşlıq üçün açıqdır və regionda sülh yaradılmasına sadiqdir, lakin hər hansı qərəzi, əsassız iddianı və tələbi, aqressiv ritorikanı qətiyyətlə rədd edir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz müstəqil daxili və xarici siyasət yeridir və heç bir təzyiq və ya hədə-qorxu bizi öz yolumuzdan döndərə bilməz.
Hörmətli deputatlar !
Bildiyiniz kimi, bu günlərdə Gürcüstan və Özbəkistanda parlament seçkiləri keçirilmişdir. Milli Məclisin üzvləri də bu seçkiləri müşahidə etmişlər. Artıq hər iki seçkinin uğurla baş tutduğunu söyləmək olar.
Biz Azərbaycana dost və qardaş ölkələrin əldə etdikləri nailiyyətlərə ürəkdən sevinirik və inanırıq ki, bu seçkilər Gürcüstan və Özbəkistanın hərtərəfli tərəqqisinə, eyni zamanda Azərbaycanın bu ölkələrlə münasibətlərinin, sülh, sabitlik və davamlı inkişaf naminə əməkdaşlığının daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcəkdir.




Oxunub: 100180
Paylaş:
Digər xəbərlər

Siyasət

29-10-2024, 14:13

Sahibə Qafarova: Avropa Parlamentinin qara qüvvələrin əlində alətə çevrilməsi təəssüf doğurur

Siyasət

18-10-2024, 12:51

Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 2024-cü il 18 oktyabr tarixli plenar iclasında Müstəqilliyin Bərpası Günü barədə çıxışı

Siyasət

17-05-2024, 15:44

Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin BƏYANATI

Siyasət

31-05-2024, 15:49

Milli Məclisin 2024-cü il yaz sessiyasını bağlı elan edidi

Siyasət

23-10-2024, 09:07

Azərbaycan XİN: Avropa komissarının Azərbaycan-Ermənistan arasında sülh səylərindən danışmağa mənəvi haqqı yoxdur

Araşdırma
Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • Dün, 19:58
    Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
  • Dün, 14:40
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • Dün, 14:39
    Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb
  • Dün, 14:38
    “Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər
  • Dün, 14:37
    İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə