• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür

Cəmiyyət

22-07-2025, 13:00

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür “Əkinçi” qəzetinin ilk nömrəsinin çap olunduğu gün – iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir.

XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Bu qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun başlatdığı bu maarifçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər. Onların ortaq səyi ilə “Əkinçi” yalnız bir qəzet deyil, həm də milli oyanışın, xalqı maarifə səsləyən ilk tribunaların biri oldu.

1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı nəşr olunan “Əkinçi” qəzetinin ömrü qısa olsa da, milli mətbuatımızın tarixində dərin və silinməz iz buraxdı. Bu qəzet maarifçilik ideyalarını əsas missiya seçərək xalqı elmə, savada və düşüncəyə səsləyirdi. Hər səhifəsi bir çağırış, hər yazısı bir oyanış olan “Əkinçi” qısa müddətdə həm ziyalılar arasında, həm də sadə oxucuların qəlbində özünə yer qazandı. Təəssüf ki, bu fəaliyyət uzun sürmədi. Çar Rusiyası qəzetin insanları maarifləndirməsindən, ictimai-siyasi proseslərə nüfuz etməsindən ehtiyatlanaraq maneələr yaratdı və sonda onun nəşri dayandırıldı.

Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri “Əkinçi” qəzetinin səhifələrində öz mütərəqqi və demokratik ideyalarını təbliğ edərək ictimai-siyasi və bədii fikrin inkişafına böyük təsir göstərə bildilər. XIX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər insanların maariflənməsinə, milli şüurun formalaşmasına, xalqımızın azadlıq amallarının gerçəkləşməsinə və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr verdi. Bu baxımdan “Molla Nəsrəddin”, “Ziya”, “Kaspi”, “Kəşkül”, “Həyat”, “Füyuzat”, “Açıq söz” və digər nəşrlər xüsusi qeyd edilməlidir.

Azərbaycan milli mətbuatı uzun və şərəfli yol keçərək müxtəlif tarixi dövrlərin sınaqlarından çıxıb, zamanla güclənərək bugünkü inkişaf səviyyəsinə çatıb. Bu inkişafın müasir mərhələsi isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər mətbuatın cəmiyyətdəki rolunu hər zaman yüksək qiymətləndirir, onu, sadəcə, informasiya vasitəsi deyil, ictimai düşüncənin formalaşmasında mühüm bir platforma kimi dəyərləndirirdi. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra mətbuatın azad və müstəqil inkişafına geniş imkanlar yaradıldı. Bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin hüquqlarının qorunması və peşəkar medianın formalaşması istiqamətində sistemli tədbirlər görüldü.

1998-ci ildə Azərbaycanda senzuranın rəsmi şəkildə ləğv edilməsi isə təkcə mətbuat üçün deyil, bütövlükdə demokratik cəmiyyət quruculuğu baxımından mühüm dönüş nöqtəsi oldu. Bu qərar sözə azadlıq, mətbuata yeni nəfəs, jurnalistlərə isə cəsarət verdi.

Ulu Öndər Heydər Əliyevin mətbuata və jurnalistlərə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı tam şəkildə təmin olunub, çoxsaylı qəzet və jurnallar nəşr edilir, televiziya kanalları fəaliyyət göstərir, onlayn media şəbəkəsi isə ildən-ilə daha da genişlənir. Müasir texnologiyaların tətbiqi nəticəsində milli mətbuatımız qlobal informasiya məkanına inamla daxil olur, dünya ilə ayaqlaşan müasir medianın bir parçasına çevrilir.

Vətən müharibəsi zamanı Azərbaycan mətbuatı kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətin operativ və düzgün məlumatlandırılmasında mühüm rol oynayıb. Jurnalistlərimiz Qarabağla bağlı tarixi həqiqətlərin, o cümlədən işğal dövründə ermənilərin torpaqlarımızda törətdikləri vəhşiliklərin və vandallığın beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bu gün də yorulmadan fəaliyyətlərini davam etdirirlər.

Azərbaycan həqiqətlərinin təbliği missiyasını hər zaman yüksək peşəkarlıqla həyata keçirən milli mətbuatımız postmüharibə dövründə də bu əzmkarlığı davam etdirir. Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sülh təşəbbüslərinin, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm bərpa-quruculuq işlərinin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan mediası fəal iştirak edir və Böyük Qayıdış prosesini geniş işıqlandırır.

Hazırda media sahəsində sürətli qloballaşma prosesi gedir ki, bu da öz növbəsində mətbuatla bağlı qanunvericiliyin təkmilləşdirilməsini zəruri edir. 2021-ci ildə qəbul olunmuş “Media haqqında” Qanun bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirməklə yanaşı, informasiyanın əldə olunması, hazırlanması, ötürülməsi və yayımı üzrə ümumi qaydaları da dəqiqləşdirib. Bu il isə həmin qanuna mühüm əhəmiyyət daşıyan bir sıra dəyişikliklər edildi ki, bu da mediamızın inkişafına yeni töhfədir.

Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaradılması media sektorunda fundamental dəyişikliklərə zəmin yaratdı. Bu qurumun təsis olunması milli mətbuatın inkişafını sürətləndirmək, media resurslarının səmərəli idarə olunmasını təmin etmək və peşəkar jurnalistikaya dəstək vermək baxımından böyük önəm daşıyır. MEDİA, eyni zamanda, informasiya təhlükəsizliyi və media savadlılığının artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsini də təmin edir.

Son üç ildir ki, Milli Mətbuat Günü ərəfəsində təşkil olunan Şuşa Qlobal Media Forumu təkcə regional deyil, qlobal səviyyədə tanınan nüfuzlu bir platformaya çevrilib. Forum dünyanın aparıcı media qurumlarının rəhbərlərini, informasiya-kommunikasiya texnologiyaları üzrə tanınmış ekspertləri, jurnalistləri və mətbuat strateqlərini bir araya gətirməklə beynəlxalq informasiya məkanında mühüm rol oynayır. Bu təşəbbüs Azərbaycanın media sahəsində əldə etdiyi nailiyyətləri, qlobal informasiya axınında artan rolunu və kommunikasiya imkanlarının genişliyini nümayiş etdirir.

Şuşa Qlobal Media Forumu mətbuatın inkişafına, informasiya təhlükəsizliyinə, rəqəmsal transformasiyaya və dezinformasiyaya qarşı mübarizə kimi aktual mövzuların müzakirəsi üçün əlverişli mühit yaradır. Forum çərçivəsində təşkil edilən panel iclasları, diskussiyalar və əməkdaşlıq imkanları media peşəkarlarının biliklərini artırmaqla yanaşı, beynəlxalq tərəfdaşlığın qurulmasına da zəmin yaradır. Azərbaycanın dövlət media siyasətinin əsas prioritetlərindən biri olan informasiya şəffaflığı və milli maraqların qorunması bu tədbirlər vasitəsilə daha aydın görünür.

Forumun nüfuzu ildən-ilə artır. Dünya mediasının bu platformaya artan marağı və fəal iştirakı Azərbaycanın informasiya məkanında sabit və prinsipial mövqeyinin göstəricisidir. Dövlətimizin media sahəsində həyata keçirdiyi məqsədyönlü islahatlar, rəqəmsallaşma və hüquqi mühitin təkmilləşdirilməsi medianın müasir çağırışlara uyğun inkişafına şərait yaradır.

Dövlətimizin başçısı İlham Əliyev hər il Forumun açılış mərasimində şəxsən iştirak edir və dünyanın tanınmış media nümayəndələrinin, jurnalistlərin suallarını çox geniş şəkildə cavablandırır. Bu cavablar Prezidentin medianın cəmiyyətdəki rolu, məsuliyyəti ilə bağlı prinsipial və aydın baxışlarını əks etdirir. Bu il Forumun iştirakçıları ilə görüş Xankəndidə keçirildi və Prezident İlham Əliyev Azərbaycan mediası ilə bağlı çox dəyərli fikirlər səsləndirdi: “Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Mən çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Mən bunu tam səmimiyyətlə deyirəm, sizə xoş söz demək üçün yox.

Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur. Mən bu tezisə şərh vermək istəmirəm. Amma fakt odur ki, bu gün Azərbaycan mediasını bir çox ölkələrdə müxtəlif səviyyələrdə oxuyurlar, mediada gedən yazıları, məqalələri təhlil edirlər. O məqalələrin Azərbaycanın rəsmi mövqeyinə nə dərəcədə uyğun olub-olmaması ilə bağlı da fərziyyələr irəli sürülür. Bu, deməyə əsas verir ki, mediamız doğrudan böyük inkişaf yolu keçib. Media deyəndə mən ilk növbədə jurnalistləri nəzərdə tuturam. Çünki medianı nüfuzlu edən məhz əməkdaşlardır, sizin kimi insanlardır, sizin həmkarlarınızdır. Mən, sözün əsl mənasında, sevinirəm və sizə yeni uğurlar arzulayıram”.

Prezidentin bu fikirləri təkcə milli jurnalistikamızın inkişafına deyil, həm də Azərbaycanın beynəlxalq informasiya məkanında formalaşan etibarlı və nüfuzlu mövqeyinə aydın işarədir. Müasir dövrdə peşəkar və məsuliyyətli media fəaliyyəti sayəsində ölkəmizin haqq səsi dünya ictimaiyyətinə daha dolğun və obyektiv şəkildə çatdırılır, informasiya savaşında Azərbaycanın maraqları qətiyyətlə müdafiə olunur.

Məhz bu səbəbdəndir ki, Azərbaycan mediası təkcə informasiya yayımı ilə kifayətlənmir. O, həm də milli birliyin, dövlətçilik mövqeyinin və tarixi ədalətin informasiya cəbhəsindəki əsas daşıyıcısına çevrilib. Şuşa, Xankəndi, Xocalı, Füzuli, Zəngilan, Laçın və işğaldan azad edilmiş digər ərazilərimizdən müntəzəm olaraq hazırlanan xəbərlər və reportajlar bu yanaşmanın bariz nümunəsidir. Qarabağın bərpası prosesinə verilən güclü informasiya dəstəyi Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanıdılmasına xidmət işi ilə yanaşı, cəmiyyətin ali məqsədlər ətrafında səfərbər edilməsinə də mühüm töhfə verir.

Yeri gəlmişkən qeyd edək ki, III Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən maraqlı tədbirlərdən biri də “AZƏRTAC 105: Əməkdaşlığın keçmişi, bu günü və gələcəyi” mövzusunda Laçında təşkil olunan dəyirmi masa idi. Bu tədbirdə çıxış edən media kapitanları qloballaşma dövründə informasiyanın cəmiyyət həyatındakı rolundan, əməkdaşlığın perspektivlərindən, AZƏRTAC-la əlaqələrindən və xəbər mübadiləsindən ətraflı söhbət açıblar.

Həmkarlarımızı peşə bayramları münasibətilə təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları və böyük nailiyyətlər arzulayırıq.

Oxunub: 100145
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

28-05-2024, 21:20

Bütöv Azərbaycan naminə...

Siyasət

28-05-2024, 11:25

Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd edilir

Mədəniyyət

19-05-2025, 11:08

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub

Cəmiyyət

3-06-2024, 13:54

Sevək Azərbaycanı...

Mədəniyyət

3-02-2025, 17:30

Üzeyir Hacıbəylinin 140 illiyi qeyd ediləcək SƏRƏNCAM

Araşdırma
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Bəradər Səməndərli – 60
Hadisə
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
Son xəbərlər
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • 7-10-2026, 11:42
    Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
  • 7-10-2026, 11:42
    Kiyev raketlərlə vurulub, ölənlər var
  • 2-10-2026, 10:35
    Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • 30-09-2026, 21:07
    Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
  • 30-09-2026, 21:06
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 30-09-2026, 21:06
    “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
  • 30-09-2026, 21:04
    Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
  • 30-09-2026, 21:03
    Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
  • 30-09-2026, 21:01
    Yeni Çin avtomobili: suda 40 dəqiqə qalır və saatda... - VİDEO
  • 30-09-2026, 11:18
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:15
    Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə