• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

BMT çərçivəsində Ümumdünya Dinlərarası Harmoniya Həftəsi keçirilir

Dünya

2-02-2026, 12:23

BMT çərçivəsində Ümumdünya Dinlərarası Harmoniya Həftəsi keçirilir Ümumdünya Dinlərarası Harmoniya Həftəsi hər il fevralın ilk həftəsində qeyd olunur. 2021-ci ildən etibarən bu tarixə Beynəlxalq İnsan Qardaşlığı Günü də daxildir.

BMT Baş Assambleyası özünün 65/5 saylı qətnaməsində hər il fevralın ilk həftəsini bütün dinləri, etiqadları və inancları birləşdirən Ümumdünya Dinlərarası Harmoniya Həftəsi elan edib. O, həmçinin bütün dövlətləri dini ənənələrindən və ya inancından asılı olmayaraq, Uca Yaradana və qonşuya sevgiyə, yaxşılığa, hörmət əsasında kilsələrdə, məscidlərdə, sinaqoqlarda, məbədlərdə və digər ibadət evlərində dinlərarası harmoniyanın və xoşməramlılığın yayılmasını könüllü olaraq dəstəkləməyə çağırıb. Bu il fevralın 11-də keçirilməsi planlaşdırılan 11-ci illik Cenevrə Dinlərarası Dialoqu səfirləri, dünyanın əsas dinlərinin yüksəksəviyyəli nümayəndələrini və beynəlxalq ictimaiyyəti din, siyasət və diplomatiya arasındakı əlaqələri müzakirə etmək üçün bir araya gətirəcək. Tədbirin məqsədi sosial inkişafın və sülhün möhkəmləndirilməsində dinlərarası dialoqun rolunu vurğulamaqdır.

Həftənin başlanması ilə bağlı BMT-nin yaydığı məlumatda qeyd olunur ki, müasir dünyada ölkələr getdikcə daha çox bir-biri ilə əlaqəli olsa da, bu, insanların və cəmiyyətlərin həqiqətən birlikdə yaşadığı anlamına gəlmir. Bu parçalanma milyonlarla yoxsul insanın, qadınların, gənclərin, miqrantların və imkansız azlıqların üzləşdiyi təcriddə özünü göstərir. Bu gün bəşəriyyət əvvəlkindən daha çox məlumata, texnologiyaya və biliyə malikdir, lakin hələ də münaqişələrin qarşısını almaq, yoxsulluğu aradan qaldırmaq və təhlükəsiz bir dünyada ahəngdar yaşamağı öyrənmək üçün insanları bir araya gətirmək üzrə müdrikliyə malik deyil.

“Biz qəbul etməliyik ki, hazırda hökm sürən qeyri-sabitlik və qloballaşma şəraitində sülh məfhumu yalnız müharibənin olmaması demək deyil. Sülh həm də fərqlərə - cins, irq, dil, din və ya mədəniyyətlər müxtəlifliyinə rəğmən birlikdə yaşamaq, habelə bu birgəyaşayışın əsaslandığı universal ədaləti və insan hüquqlarına hörməti təşviq etmək deməkdir. Buna görə də, sülh adi bir məfhum kimi qəbul edilməməlidir. Bu, davamlı prosesdir, daimi təkmilləşmə, sayıqlıq və hamının fəal iştirakını tələb edən uzunmüddətli bir məqsəddir. Eyni zamanda, bu, hər bir konkret vəziyyətdə edilən bir seçimdir; nə qədər yaxın və ya uzaqda yaşamalarından asılı olmayaraq, başqaları ilə, özgə icmalarla həqiqi dialoq aparmaq üzrə gündəlik qərardır”, -deyə BMT-nin məlumatında vurğulanır.

Qlobal təşkilat hesab edir ki, UNESCO-nun Mədəni Müxtəliflik haqqında Ümumdünya Bəyannaməsinin prinsiplərinə uyğun olaraq, bu gün dialoq, zorakılığı aradan qaldırmaq və mədəniyyətlərin qorunmasını gücləndirən dəyərləri, davranışları və münasibətləri gücləndirmək, onları təşviq etmək daha çox vacibdir. Bəyannamədə deyilir: “Getdikcə müxtəlifləşən cəmiyyətimizdə plüralizmi, müxtəlif və dinamik mədəni kimliklərə malik fərdlər və icmalar arasında ahəngdar qarşılıqlı əlaqəni və birgəyaşayış arzusunu təmin etməliyik. Bütün vətəndaşların bu prosesə daxil olmasını və iştirakını təşviq edən siyasətlər sosial birlik, vətəndaş cəmiyyətinin canlılığı və sülh üçün açardır. Bu mənada plüralizm mədəni müxtəlifliyin reallıqlarına siyasi cavabı təmsil edir. Demokratiya ilə ayrılmaz şəkildə bağlı olan mədəni plüralizm, cəmiyyətin canlılığını qidalandıran mədəni mübadilələr və yaradıcılığın çiçəklənməsi üçün əlverişli mühit yaradır” (Maddə 2. “Mədəni müxtəliflikdən mədəni plüralizmə").

BMT-nin məlumatında daha sonra vurğulanır: “Müasir cəmiyyət getdikcə artan çətinlik və təhdidlərlə, o cümlədən bərabərsizlik, təcrid, zorakılıq və məzhəbçilik halları ilə üzləşir. Çoxalan qlobal problemlər sosial birliyi sarsıdan yerli gərginlik və münaqişələrlə daha da ağırlaşır. Bu kontekstdə birlikdə yaşamağı öyrənmək xüsusi əhəmiyyət kəsb edir. Təhsil və həyat təcrübəsi insanlara mürəkkəb və müxtəlif cəmiyyətlərdə uğurlu həyat üçün zəruri olan mədəniyyətlərarası bacarıqları əldə etməyə kömək edir. Bu bacarıqlar onlara yalnız müxtəlifliyi qiymətləndirməyə deyil, həm də münaqişələri plüralizm və qarşılıqlı anlaşma dəyərlərinə uyğun olaraq həll etməyə imkan verir”.

Azərbaycan dünya səviyyəsində dinlərarası dialoqun təşviqində mühüm rol oynayır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dinlərarası hörmət və etimad, etiqad azadlığının təmin edilməsi siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə tolerant dəyərlər ciddi mühafizə olunur. Azərbaycanda bütün dini inanclara hörmətlə yanaşılır, bu məsələdə heç bir ayrı-seçkiliyə yol verilmir. Ölkə əhalisinin 96 faizinin müsəlman olmasına baxmayaraq, burada xristianlar, yəhudilər, ümumiyyətlə, bütün dini konfessiyaların nümayəndələri sülh, əmin-amanlıq şəraitində birgə yaşayırlar. Eyni zamanda, ölkə ərazisində mövcud olan İslam dini abidələri ilə yanaşı, digər dinlərə aid ibadət ocaqları maddi-mənəvi irs kimi qorunub-saxlanılır. Hazırda Azərbaycanda 33 qeyri-müsəlman dini icması fəaliyyət göstərir ki, bu da çox böyük göstəricidir. Bununla yanaşı, ölkəmiz dinlər və mədəniyyətlər arasında dialoqun təmin edilməsi üzrə mötəbər beynəlxalq forumlara ev sahibliyi edir, dünyanın müxtəlif dinlərə mənsub olan xadimlərini bir araya gətirir.

Oxunub: 10086
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

28-01-2026, 12:16

Azərbaycan brendi Parisdə keçirilən moda həftəsində nümayiş olunub

Siyasət

28-04-2025, 12:18

Prezident İlham Əliyev: Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik

Siyasət

25-09-2025, 12:27

Birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib

Gündəm / Siyasət

14-01-2025, 11:56

Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib

Siyasət

18-11-2024, 12:59

BMT-nin Baş katibi G20 ölkələrini COP29-un məqsədlərini dəstəkləməyə çağırıb

Araşdırma
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Bəradər Səməndərli – 60
Hadisə
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
Son xəbərlər
  • Dün, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • Dün, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • Dün, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • Dün, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
  • 7-10-2026, 11:42
    Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
  • 7-10-2026, 11:42
    Kiyev raketlərlə vurulub, ölənlər var
  • 2-10-2026, 10:35
    Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir
  • 30-09-2026, 21:07
    Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
  • 30-09-2026, 21:06
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • 30-09-2026, 21:06
    “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
  • 30-09-2026, 21:04
    Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
  • 30-09-2026, 21:03
    Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
  • 30-09-2026, 21:01
    Yeni Çin avtomobili: suda 40 dəqiqə qalır və saatda... - VİDEO
  • 30-09-2026, 11:18
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • 30-09-2026, 11:15
    Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə