• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Tarixi Zəfərimizin 5 ili tamam olur

Gündəm / Siyasət

4-11-2025, 20:41

Tarixi Zəfərimizin 5 ili tamam olur Bu il tarixi zəfərimizin 5 ili tamam olur. Ötən müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş yaşayış məntəqələri ilə bağlı çox mühüm tədbirlərə start verib. Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Ərazilər minalardan təmizlənir, yeni yollar salınır, körpülər, tunellər tikilir, yeni elektrik stansiyaları qurulur, innovativ layihələr həyata keçirilir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir.
Vətən müharibəsi sadəcə Azərbaycan ordusunun arsenalında olan çoxsaylı müasir hərbi texnika və avadanlığın real döyüş şəraitində uğurlu nümayişi ilə yadda qalmadı. Bu müharibə həm də Azərbaycan əsgərinin, Azərbaycan xalqının Vətən, bayraq, torpaq sevgisi ilə düşüncələrdə iz saldı. Dövlət-xalq-ordu birliyi ordunun güc mənbəyinə çevrildi. Məhz bu Vətən sevgisi, həmrəylik nəticəsində düşmən döyüş meydanından silah-sursatını ataraq qaçmağa, təslim olmağa, aman diləməyə məcbur oldu.
Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. Elə ilk gündən düşmənin ön müdafiə xəttinin yarılması, qısa zamanda bir neçə kənd və strateji əhəmiyyətli yüksəkliklərin işğaldan azad edilməsi xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında bir yumruq kimi sıx birləşdi. Minlərlə igid oğullarımız mənfur düşmənlə vuruşmaq üçün hərbi səfərbərlik şöbələrinə axışdı. Hər kəs bacardığı qədər orduya maddi və mənəvi dəstək göstərdi.
44 gün ərzində, dövlət başçısının da ifadə etdiyi kimi, bir addım belə geriyə addım atmayan ordumuz Azərbaycanın mədəniyyət beşiyi sayılan Şuşanı azad etməklə müharibəyə son qoydu. Strateji baxımdan alınmaz yüksəklikdə yerləşən Şuşa şəhəri Azərbaycan əsgərinin misli görünməmiş qəhrəmanlığı, taktiki bacarığı, əlbəyaxa döyüşü ilə azad edildi. On minlərlə fərarisi olan, ordusunun 80 faizi məhv edilmiş düşmən bu dəfə diz çökərək kapitulyasiya aktını imzalamağa məcbur oldu.
Ərazi bütövlüyümüzün təmin olunması məqsədi daşıyan bu haqq savaşı Azərbaycan dövlətinin və xalqının mübarizə əzmini, hərbi, iqtisadi, siyasi qüdrətini nümayiş etdirdi. İllərdir havadarlarının hərtərəfli dəstəyi ilə torpaqlarımızı işğalda saxlayan, beynəlxalq hüququn normalarına əməl etməyən ermənilər və onların “məğlubedilməz ordusu” cəmi 44 gün ərzində darmadağın edildi. Düşmən ordusu haqqında yaradılmış mif və nağılların təbliğat coğrafiyası o qədər geniş idi ki, hətta müharibədən sonra düşmən ölkənin əhalisi aylarla reallıqda nə baş verdiyini dərk edə bilmədilər.
Dövlət başçımızın və birinci xanımın şəhidlərimizə yüksək ehtiramı Vətənimizin müdafiəsi uğrunda canını qurban verənlərin valideyinlərinə, yaxınlarına, əzizlərinə təsəlli, həm də mənəvi dəstəkdir. Müharibə bitəndən sonra şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür.
Qeyd edim ki, bu məqsədlə müharibədən sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 19 fərman, 40 sərəncam imzalanmış, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 16 qanun qəbul edilmişdir. Ölkə başçısının fərman və sərəncamları, tapşı¬rıqları əsasında aktiv və hərtərəfli sosial müdafiə tədbirləri geniş şəkildə həyata keçirilməkdədir. Dövlətimizin başçısıdaim bildirib ki, şəhidlərimiz, ərazi bütövlüyümüz uğrunda sağlamlıqlarını itirənlər heç vaxt unudulmayacaq. Dövlətimiz hər zaman onların qayğısına qalacaqdır.
Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu!

Vilayət Məmmədov
iş adamı

Oxunub: 100142
Paylaş:
Digər xəbərlər

Gündəm / Siyasət

6-11-2024, 16:15

Böyük Qələbəmizin 4 ili tamam olur

Gündəm / Siyasət

3-04-2025, 21:44

Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir

Mədəniyyət

9-04-2024, 12:12

Qarabağda əbədi yaşayacayıq - Mənsum İbrahimov

Gündəm / Cəmiyyət

24-09-2025, 21:43

Onların Vətən sevgisi hər birimiz üçün örnək olaraq qalacaq

Gündəm / Siyasət

17-10-2024, 10:45

Bu gün Füzuli Şəhəri Günüdür

Araşdırma
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Ad gününüz mübarək, Sevil xanım!
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
  • 9-10-2026, 16:53
    Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin İran Prezidenti ilə görüşü olub
  • 9-10-2026, 16:52
    15 oktyabr - Azərbaycanı inkişafa, qələbələrə aparan əlamətdar tarixi gün
  • 7-10-2026, 11:47
    Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur
  • 7-10-2026, 11:46
    Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb
  • 7-10-2026, 11:45
    Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə