Rafiq Cəlilov cəlilabadlılar tərəfindən sevilir, hörmətlə yanaşılır [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
---
6-12-2023, 10:43
Rafiq Cəlilov növbəti səyyar qəbul-görüşünü Ocaqlı kənd sakinləri ilə keçirib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Ocaqlı kənd sakinləri ilə keçirib. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rafiq Cəlilov bildirib ki, yerlərdə səyyar görüşlərin keçirilməsində məqsəd vətəndaşların gündəlik qayğı və problemlərinin öyrənilməsi, onları narahat edən məsələlərin yerində araşdırılması, habelə obyektiv qaldırılan məsələlərin ədalətli həllinə nail olunmasıdır. Rayon rəhbəri bütün müraciətlərə həssas yanaşıldığını vurğulayıb və yerli sakinlərin bütün istək və qayğılarını dinləyib, icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həll olunmasına dair göstərişlərini verib, icra hakimiyyətinin səlahiyyətləri xaricində olan məsələlər barədə aidiyyəti qurumlara rəsmi müraciətlərin olunmasını tapşırıb. Rafiq Cəlilov heç bir müraciətin diqqətdən kənarda qalmayacağını və qaldırılan bütün məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Cəlilabadda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib
Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş, Cəlilabad Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Cəlilabad-Yardımlı avtomobil yolunun Şiləvəngə və Abışabad kəndlərindən keçən 3 km-lik hissəsində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, aparat əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə-təşkilat əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişdir.
Aksiya çərçivəsində 2000 ədəd ağac əkilmiş və ağaclara lazımi aqrotexniki qulluq göstərilmişdir.