• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana daha əlverişli şərait yaradacaq

İqtisadiyyat

20-12-2024, 14:46

2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana daha əlverişli şərait yaradacaq 2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana əlverişli şərait yaradacaq ki, bu da yaxınlıqdakı regionlardan Azərbaycan vasitəsilə Çinə daha böyük miqdarda materialın çatdırılmasını stimullaşdıracaq.
Bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Azərbaycan ilə Çin arasında 2024-cü ildə əməkdaşlığın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Biz unikal coğrafi üstünlüklərə, böyük tranzit potensialına və yaxşı infrastruktura əsaslanaraq Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə regional qarşılıqlı əlaqələrin dərinləşməsində getdikcə daha mühüm rol oynadığını, onun Avrasiyada mühüm nəqliyyat qovşağı kimi mövqeyinin daha da güclənməsini görməkdən şadıq. Marşrut boyu yerləşən ölkələrin statistikasına əsasən, bu ilin 10 ayında yuxarıda qeyd olunan marşrut üzrə yükdaşımaların həcmi 68 faiz artaraq illik 3,8 milyon ton təşkil edib. İllik rəqəmin rekord həddə çatacağı gözlənilir.
Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun regional qarşılıqlı əlaqələrin gücləndirilməsində, regional iqtisadi inkişafın təşviqində və qlobal istehsal və təchizat zəncirinin sabitliyinin təmin edilməsində mühüm roluna böyük əhəmiyyət verir. Keçən ilin oktyabrında Çin Xalq Respublikasının Sədri Si Cinpin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forumun açılış mərasimində 8 addım elan edib ki, bunlardan birincisi “Çin-Avropa” marşrutu üzrə konteyner qatarlarının yüksəkkeyfiyyətli inkişafının intensivləşdirilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tikintisinə qoşulmaqdır”. Azərbaycan bu təşəbbüsün inkişafına dəstək verməyə hazır olduğunu bildirən ilk ölkələrdən biridir və hazırda bu təşəbbüsdə fəal iştirak edir. Çin tərəfinin irəli sürdüyü həmin təşəbbüslər Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu əsasında öz nəqliyyat potensialının inkişafına yönəlmiş inkişaf strategiyasına əhəmiyyətli dərəcədə uyğundur və Bakı tərəfindən müsbət cavab alıb.
Bu il “Bir kəmər, bir yol” və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə tikintisinin inteqrasiyası sürətlənir və Çin-Azərbaycan nəqliyyat və logistika sahəsində əməkdaşlığı böyük nəticələr əldə edib. Bu il iyulun 3-də dövlət başçılarının Astanada keçirilən görüşü çərçivəsində “Çin-Avropa” yük qatarları üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Hökumətlərarası Memorandum imzalanıb ki, bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ətrafında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mühüm istiqamətləri müəyyən edir. Bu ilin əvvəlindən Sian, Nankin, Çuncin, Urumçi, Lyanyunqan, İu və digər şəhərlər “Çin-Avropa” Trans-Xəzər yük qatarlarını işə salıb, orta hesabla hər gün azı bir qatar belə hərəkət edir. İl ərzində belə qatarların ümumi sayının 300-ü ötəcəyi gözlənilir ki, bu da ötən illə müqayisədə təxminən 31 dəfə çoxdur. Sakit okean sahilləri boyunca yerləşən Yaponiya və Cənubi Koreya kimi ölkələr də yüklərin daşınması üçün Azərbaycandan tranzit keçən Trans-Xəzər “Çin-Avropa” qatarlarını seçiblər. İyul ayında Çin nəqliyyat vasitələri Bakı limanına ilk dəfə birbaşa avtomobil nəqliyyatı ilə gəlib. Noyabrın 24-də Bakıdan Çinə 62 konteynerdən ibarət yük qatarı yola salınıb. Beləliklə, Azərbaycan ilk dəfə olaraq Çinə dəmir yolu ilə mal ixrac edib ki, bu da Çin-Azərbaycan Trans-Xəzər nəqliyyat əməkdaşlığı çərçivəsində iki istiqamətdə yükdaşımaların həyata keçirilməsini qeyd edib. Sian şəhərində Azərbaycanın ən böyük logistika şirkəti olan “Abşeron” logistika mərkəzinin ilk filialı açılıb. Çin şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində multimodal daşımaların tikintisində fəal iştirak edir və Bakı limanının modernləşdirilməsi və transformasiyası, Xəzər dənizində gəmilərin istehsalı kimi məsələlərdə Azərbaycanla sıx əlaqə saxlayırlar”, - deyə Din Tao bildirib.
Çin Sədri Si Cinpinin bu yaxınlarda “Bir kəmər, bir yol”un birgə tikintisinin yüksəkkeyfiyyətli inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd etdiyini xatırladan diplomat deyib: “Çin “Bir kəmər, bir yol”un yüksəkkeyfiyyətli birgə tikintisinin dəstəklənməsinə yönəlmiş səkkiz addımı rəhbər tutmaqda, qarşılıqlı əlaqəni əsas xətt kimi götürməkdə və daha yüksək, daha çevik və daha davamlı olacaq qarşılıqlı faydalı inkişaf üçün yeni məkanı genişləndirməkdə davam edəcək. Çin marşrut boyunca yerləşən bütün ölkələrin xalqlarının rifahı naminə istehsal əlaqəsi və təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini birgə qorumaq üçün “Bir kəmər, bir yol”un yüksəkkeyfiyyətli birgə tikintisinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daha dərin inteqrasiyasını təşviq etmək məqsədilə Azərbaycanla birgə işləməyə hazırdır”.

Oxunub: 100205
Paylaş:
Digər xəbərlər

İqtisadiyyat

5-11-2024, 10:33

Orta Dəhlizlə yükdaşımaların həcmi 2030-cu ilə qədər 10 milyon tona çatacaq

Siyasət

13-05-2024, 15:30

Səmərəli siyasi dialoq

Siyasət

11-10-2024, 14:40

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında çıxış edib

---

16-03-2024, 12:05

Eltun Süleymanov: “Azərbaycanla Gürcüstanın ən yaxşı nümunədir”

Hadisə

21-10-2024, 11:30

Azərbaycan ərazisindən tranzit keçməklə Bolqarıstana narkotik vasitə aparan şəxs saxlanılıb

Araşdırma
Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
Jurnalistlərin IX qurultayı keçirildi
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Hadisə
4-11-2026, 12:57
İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
7-10-2026, 11:45
Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb
30-09-2026, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
Son xəbərlər
  • 13-11-2026, 19:58
    Uşaq Bərpa Mərkəzində praktik təlim məşğələsi keçirilmişdir
  • 13-11-2026, 14:40
    Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
  • 13-11-2026, 14:39
    Qaradağ rayonunda sayca 6-cı körpünün tikintisinə başlanılıb
  • 13-11-2026, 14:38
    “Google” və “Samsung” süni intellektlə işləyən “ağıllı eynəklər” təqdim edəcəklər
  • 13-11-2026, 14:37
    İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var
  • 9-11-2026, 11:40
    9 Noyabr Azərbaycan Dövlət Bayrağı Günüdür
  • 9-11-2026, 11:30
    Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
  • 8-11-2026, 17:21
    Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
  • 4-11-2026, 13:06
    Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
  • 4-11-2026, 13:01
    Dostluq bayramı: məktəblilər Azərbaycan və Özbəkistanın ortaq mənəvi dəyərlərini təqdim ediblər
  • 4-11-2026, 12:57
    İsmayıllıda avtomobilin vurduğu piyada ölüb
  • 4-11-2026, 12:54
    Bakıda 140 gün ərzində 101 küçə və prospekt təmir olunub
  • 4-11-2026, 12:52
    BDYPİ dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib
  • 4-11-2026, 12:50
    Vaqif Sadıqov: “Sabah” öz futbolunu göstərib azarkeşləri sevindirəcək nəticəyə nail olmalıdır
  • 4-11-2026, 12:49
    Tramp: Rusiya və Ukrayna münaqişənin həlli ilə bağlı razılaşmaya yaxındır
  • 4-11-2026, 12:47
    İt və pişiklərin ömrünü uzatmaq üçün gen terapiyası hazırlanır
  • 22-10-2026, 16:22
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 22-10-2026, 16:20
    Üç marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 22-10-2026, 16:19
    ABŞ-də aralıq seçkilər: Konqresdə qüvvələr balansı necə dəyişə bilər?
  • 22-10-2026, 16:18
    Messi İspaniya kralı və kraliçası ilə şam yeməyində iştirak edəcək
  • 16-10-2026, 21:30
    Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu - DOSYE
  • 16-10-2026, 21:22
    Jurnalistlərin IX qurultayı keçirildi
  • 16-10-2026, 10:39
    Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir
  • 16-10-2026, 10:36
    Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar
  • 16-10-2026, 10:35
    UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib
  • 14-10-2026, 19:30
    Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb
  • 12-10-2026, 10:05
    Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
  • 12-10-2026, 10:03
    Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib
  • 12-10-2026, 10:02
    Hörmüz boğazında neft tankeri minaya düşüb
  • 12-10-2026, 10:01
    Azərbaycanın daha bir boksçusu Avropa çempionu olub
  • 12-10-2026, 09:15
    Ad gününüz mübarək, Sevil xanım!
  • 10-10-2026, 17:19
    Bəradər Səməndərli – 60
  • 9-10-2026, 16:56
    Prezident: Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir
  • 9-10-2026, 16:55
    Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
  • 9-10-2026, 16:54
    Gənclər Kitabxanasında görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə