• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Emin Ağalarov Özbəkistanda “Sea Breeze” istirahət mərkəzinin tikintisi ilə bağlı özbək mediasının suallarını cavablandırıb

İqtisadiyyat

15-07-2025, 12:41

Emin Ağalarov Özbəkistanda “Sea Breeze” istirahət mərkəzinin tikintisi ilə bağlı özbək mediasının suallarını cavablandırıb “Sea Breeze”in təsisçisi Emin Ağalarov və Özbəkistanın ekologiya naziri Aziz Abduhakimov Çarvakda “Sea Breeze” istirahət mərkəzinin tikintisi ilə bağlı özbək jurnalistlərin suallarını cavablandırıblar.

Çarvak su anbarının sahilində “Sea Breeze” istirahət mərkəzinin tikintisinə dair razılaşmanın ətraf mühitə təsiri ilə bağlı sualı cavablandıran Emin Ağalarov “Agalarov Development” şirkətinin analoji mərkəzin Bakıda necə tikildiyi barədə məlumat verib. O qeyd edib ki, Özbəkistan Ekologiya Nazirliyinin mütəxəssisləri layihəyə müsbət qiymət veriblər.

“Gazeta.uz” nəşri yazır ki, ötən ilin dekabrında azərbaycanlı sahibkar Emin Ağalarov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə mövsüm boyu fəaliyyət göstərən “Sea Breeze Uzbekistan” kurortunun tikintisi layihəsini təqdim edib. Bildirilib ki, 500-700 hektar ərazidə istirahət zonaları, çimərliklər, idman meydançaları, mehmanxanalar, bağ evləri və yaşayış kompleksləri, o cümlədən mağazalar, restoranlar, məktəblər, su parkı, istirahət məkanları yerləşəcək.

Bu ilin aprelində layihə Özbəkistan Prezidenti ilə yenidən müzakirə olunub. Emin Ağalarov Çarvak sahilindəki kompleksin yeni şəhərə çevriləcəyini deyib və bu yay tikintiyə fəal şəkildə başlanacağına ümid etdiyini bildirib.

İyun ayında IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində sahibkar Özbəkistanın İnvestisiya Nazirliyi ilə kurortun tikintisinə dair müqavilə imzalayıb. Gözlənilən investisiya həcmi 5 milyard dollar həcmində qiymətləndirilir.

Emin Ağalarov planlaşdırılan kompleksdən Özbəkistanın əldə edəcəyi faydalardan danışıb. Özbəkistanın ekologiya naziri Aziz Abduhakimov da öz fikirlərini bölüşüb. Qeyd olunub ki, istirahət mərkəzinin tikintisi Xəzər dənizində olduğu kimi, Çarvakda da gölün təmizlənməsinə şərait yaradacaq. Emin Ağalarov vurğulayıb ki, hazırda Bakıdakı “Sea Breeze” istirahət mərkəzi şəhər sakinlərinin və qonaqların axışdığı ən populyar və ekoloji cəhətdən təmiz məkandır. Özbəkistanın dövlət başçısının Çarvakı tövsiyə etdiyini diqqətə çatdıran sahibkar əlavə edib: “Mən Çarvaka getdim və təbiətindən razı qaldım. Prezident Çarvakı xaotik deyil, strukturlaşdırılmış kurort zonasına çevirmək istəyir”.

Sahibkar qeyd edib ki, Özbəkistandakı istirahət mərkəzinin enerji təminatı da yüksək səviyyədə olacaq, burada 45 binanın damında günəş panelləri quraşdırılacaq. Bununla yanaşı, ərazinin yaşıllaşdırılması layihəsi də həyata keçiriləcək, 200-dən çox palma ağacı əkiləcək.

Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov qeyd edib ki, nazirliyin mütəxəssisləri layihəni öyrənmək üçün Azərbaycan kurortunda olublar. O əlavə edib: “Açığını desəm, biz görürük ki, “Sea Breeze” rəhbərliyi bizim bütün şərtləri yerinə yetirməyə hazırdır. Onlar bizim ekoloqları da bu prosesə cəlb edəcəklər. Biz bütün təklifləri birləşdirəcəyik və monitorinqi davam etdirəcəyik. Tikintidən əvvəl yaşıl çərçivə yaradılacaq”.

Oxunub: 100128
Paylaş:
Digər xəbərlər

Cəmiyyət

27-03-2024, 13:10

Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq

Cəmiyyət

19-03-2024, 10:22

Təcili tibbi yardım stansiyaları gücləndirilmiş iş rejimində çalışacaq - RƏSMİ

Cəmiyyət

23-01-2025, 11:04

Elm və təhsil naziri Suraxanı rayonunun məktəb direktorları ilə görüşüb

Siyasət

24-12-2024, 11:46

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezidenti İlham Əliyevi təbrik edib

Siyasət

2-07-2025, 11:47

Özbəkistan mediası: Daşkənd və Bakı çağırışlar dövrünün müttəfiqləridir

Araşdırma
Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
Bakıda mağazada saxta içkilər aşkarlanıb
Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
Hadisə
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
16-03-2026, 21:03
"Milan", "Sevinc", "Rahat" — gizli kazino şəbəkəsi ifşa olundu
9-03-2026, 12:56
DİN: 43 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb
Son xəbərlər
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
  • 18-09-2026, 18:22
    Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 09:39
    Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
  • 16-09-2026, 09:35
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 16-09-2026, 09:32
    Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib
  • 16-09-2026, 09:29
    Messi vida matçı üçün Argentina millisinə çağırılıb
  • 16-09-2026, 09:23
    Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
  • 15-09-2026, 09:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 13-09-2026, 12:41
    Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır
  • 13-09-2026, 12:40
    Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb
  • 13-09-2026, 12:39
    Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub
  • 8-09-2026, 11:48
    Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
  • 8-09-2026, 11:47
    “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 8-09-2026, 11:45
    Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib
  • 8-09-2026, 11:44
    İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib
  • 8-09-2026, 11:43
    “Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb
  • 7-09-2026, 11:50
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 5-09-2026, 11:45
    Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
  • 5-09-2026, 11:43
    DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
  • 5-09-2026, 11:43
    Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
  • 5-09-2026, 11:42
    Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib
  • 5-09-2026, 11:37
    İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb
  • 28-08-2026, 22:11
    Bakıda mağazada saxta içkilər aşkarlanıb
  • 28-08-2026, 22:03
    SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb
  • 28-08-2026, 21:59
    Media: “Volkswagen”in Osnabrükdəki zavodunda hərbi təyinatlı avadanlıq istehsal oluna bilər
  • 27-08-2026, 19:59
    Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşü olub
  • 27-08-2026, 19:55
    Amerika ağ kəpənəyinə qarşı mübarizə necə aparılmalıdır?
  • 26-08-2026, 12:28
    Hörmətli Mehriban xanım Əliyeva, doğum gününüz mübarək!
  • 25-08-2026, 14:58
    Heydər Əliyev Mərkəzinin binası Ukrayna bayrağının rənglərində işıqlandırılıb
  • 25-08-2026, 14:53
    Kənd Təsərrüfatı Nazirliyinin “Üfüq” Karyera İnkişafı Proqramı beynəlxalq mükafata layiq görülüb
  • 25-08-2026, 14:49
    Belçikada Qərbi Nil virusunun yayılması ilə bağlı narahatlıq artır
  • 25-08-2026, 14:46
    Azərbaycan millisinin voleybolçusu: Məqsədimiz pley-offa qrup lideri kimi çıxmaqdır
  • 10-08-2026, 00:02
    Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
  • 9-08-2026, 23:57
    İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə