Azərbaycan dövlətinə sədaqəti ilə seçilən şəxs Əhliman Qasımov [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
19-09-2023, 01:27
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Qubadlı Rayon Vergilər Şöbəsinin rəisi Əhliman Qasımovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Qubadlı Rayon Vergilər Şöbəsinin rəisi Əhliman Qasımov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
Əhliman Qasımov, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.
Qubadlı Rayon Vergilər Şöbəsinin rəisi Əhliman Qasımov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Əhliman Qasımovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Əhliman Qasımov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qubadlı Rayon Vergilər Şöbəsinin rəisi Əhliman Qasımova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Qubadlı Rayon Vergilər Şöbəsinin rəisi Əhliman Qasımov - Vaşinqtonun əsl siması...Son vaxtlar ABŞ-nin gizli-aşkar beynəlxalq platformada həyata keçirdiyi siyasətin, necə deyərlər, “quyruğu” görünməkdədir. Bir çox münaqişəli hadisələrə müammalı təsirlər göstərən bu ölkə özü-özünü “demokratiyanın beşiyi” adlandırsa da, siyasi riyakarlığı bütün düşərgələri ilə artıq hər tərəfdən görünür.
Ukraynanın, Moldovanın, Gürcüstanın ərazi toxunulmazlığını dəstəkləyən, Donbası və Krımı Ukraynanın ayrılmaz hissəsi kimi görən ABŞ necə oldu ki, nə az, nə çox düz 30 il ərzində müstəqil Azərbaycan Respublikasına tərəf baxıb boylanmadı, heç bir dəstək vermədi. Bizim halal, dədə-baba torpaqlarımız düşmən əlində qalıb inildiyəndə ATƏT MQ həmsədri kimi Amerika Birləşmiş Ştatları nə əcəb bu boyda hadisəyə baxa-baxa seyirçilik mövqeyi tutdu?! Amma Qarabağdakı o qondarma, saxta rejimə mütəmadi olaraq həm maddi, həm də mənəvi dəstək oldu?! Hətta həmin rejimin üzdəniraq nümayəndələrini öz ölkəsinə dəvət edərək, müxtəlif səviyyələrdə saysız-hesabsız görüşlər keçirdilər. Hətta İslamı “sivil dünyanın” əsas düşməni kimi elan etdi. ABŞ-nin islam düşmənçiliyi yaxın Şərqdə nələr etmədi. Əvvəl Əfqanıstanda, sonra isə Liviyada, İraqda onun gizli barmağı ilə kəndlər, şəhərlər məhv edildi, milyonlarla dinc insanlar öldürüldü. Hələ də həmin ölkələr ABŞ siyasətinin yaratdığı xarabazarlığın cəngindən çıxa bilmirlər. Budur saxta “insan haqlarının havadarı” roluna girmiş bir ölkənin siyasi oyunları! İndi də Cənubi Amerika, Afrika, Asiyanın çox hissələri bu xarabazarlıq sevən oyun meydanının içindədir.
Vaşinqton indi də Ağdam-Xankəndi yolunun açılmasının zəruriliyini guya ki, görmür, öz “bacısı” Fransa ilə yanaşı, Qarabağ ermənilərinin reinteqrasiya sürəcinə aman verməyən və Ermənistandakı revanşist gücləri stimullaşdıran bir tərəf qismində öz üzünü göstərir. Görəsən, Ermənistan nə vaxt başa düşüb anlayacaq ki, ABŞ-nin bugünkü hiyləgər manipulyasiyası erməniləri daha dərin bir uçuruma aparır!