zamanlabirge.az
zamanlabirge.az

Ermənilər maddi-mədəniyyət nümunələrini Ağdamdan çıxarıb - "Hamlet Petrosyana cinayət işi açılmalıdır"

12-11-2020, 11:23

Ermənilər maddi-mədəniyyət nümunələrini Ağdamdan çıxarıb - "Hamlet Petrosyana cinayət işi açılmalıdır" Ermənistan tərəfindən 27 illik işğal tarixi dövrünün 2006-cı ilindən etibarən Ağdam rayonunun Şahbulaq yaxınlığında ermənilər qanunsuz arxeoloji qazıntılar aparırdı. Bu qazıntılara rəhbərlik edən Yerevan Dövlət Universitetinin tarix fakültəsinin kulturologiya kafedrasının müdiri, tarix üzrə elmlər doktoru, professor Hamlet Petrosyan özünün "Facebook" profilində xəbər verib ki, "Tiqranakert Arxeoloji Muzeyi"ndən (Şahbulaq qalasını muzey etmişdilər) qanunsuz olaraq 14 il ərzində apardıqları qazıntılar nəticəsində toplanılan arxeoloji materialı Ağdamdan çıxarıb. 20 noyabr 2020-ci ilə qədər Ağdamdan çıxmalarını nəzərə alaraq, ermənilər maddi mədəniyyət abidələrimizi də dağıdıb və Ermənistana daşımaqdadırlar.
Bunu AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Səbuhi Hüseynov bildirib.
O qeyd edib ki, bu arxeoloq haqqında cinayət işi açılmalı və Ağdamdan qanunsuz olaraq apardığı bütün tapıntılar sonradan Azərbaycana qaytarılmalıdır: "Erməni uydurması olan "Tiqranakert" haqqında mən çox danışmışam, amma bu uydurma şəhərin bizim ilk orta əsr şəhərimiz olması danılmazdır və bu üzdən Qafqaz Albaniyasının ilk orta əsr şəhəri və tapıntılar Azərbaycan xalqına məxsusdur və tapıntılar geri qaytarılmalıdır".
S.Hüseynov bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə, (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozmalarına görə) bu qara arxeoloq Hamlet Petrosyan cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu maddənin bəndlərindən biri də işğal edilmiş ərazidə hər hansı arxeoloji qazıntı aparmaqdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİr
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
DÜNYA