Heyrət Vəliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır
---
9-03-2024, 11:56
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbinin direktoru Heyrət Vəliyevdir.
Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbinin direktoru Heyrət Vəliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Heyrət Vəliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Heyrət Vəliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbinin direktoru Heyrət Vəliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
7 mart 2024 cü il İdman həftəsinin son günü Habil Allahyarov adına Soyuqbulaq kənd tam orta məktəbində şagirdlər "Mübariz iradəli və sağlam olmaq üçün idmanla məşğul olmalıyıq" mövzusunda esse yazdılar, həmçinin "İnsan həyatında İdmanın rolu" mövzusunda təqdimat olundu. Yekunda İdman həftəsinin qalib şagirdləri məktəb direktoru Heyrət Vəliyev tərəfindən Fəxri Fərmanlarla təltif olundular.