• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN SƏDRİ XANIM SAHİBƏ QAFAROVANIN TürkPA-nın Assambleya Şurasının 13-cü iclasında GİRİŞ NİTQİ

Siyasət

6-06-2024, 15:09

AZƏRBAYCAN  RESPUBLİKASI MİLLİ  MƏCLİSİNİN  SƏDRİ  XANIM SAHİBƏ QAFAROVANIN TürkPA-nın Assambleya Şurasının 13-cü iclasında  GİRİŞ NİTQİ Hörmətli həmkarlar,
Hörmətli Assambleya Şurasının üzvləri.
TÜRKPA-nın fəaliyyətdə olan sədrliyini qürur hissi ilə təhvil alıram. TÜRKPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətinə, türk dünyasında parlament diplomatiyası və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə hörmətli cənab sədr Numan Kurtulmuş başda olmaqla Türkiyə Böyük Millət Məclisinə minnətdarlığımı bildirirəm.
Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi qarşıdakı dövrdə təşkilatın məqsədlərinə nail olunması, əməkdaşlığın daha da inkişafı üçün lazımı tədbirlərin həyata keçirilməsinə çalışacaq.
Hörmətli həmkarlar,
Əziz dostlar,
Məmnunluqla bildirirəm ki, Türk Dövlətləri Parlament Assambleyasının fəaliyyət göstərdiyi 15 ildən artıq dövrdə dördüncü dəfədir, Assambleyanın əsas tədbirləri Bakıda keçirilir. Mən təşkilatımızın üzvü olan qardaş ölkələrin parlament təmsilçilərinə – sizin hər birinizə “doğma vətəninizə xoş gəlmisiniz!” deyirəm. Ümid edirəm ki, bu gün aparacağımız müzakirələr qarşıya qoyulan hədəflərə nail olmağımıza kömək göstərəcəkdir.
Hörmətli həmkarlar,
Sevindirici haldır ki, türk əməkdaşlıq qurumlarımız xalqlarımızın fikir və əməl birliyinin möhkəmləndirilməsi istiqamətində inamla fəaliyyət göstərirlər.
Azərbaycan Respublikası ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin dərinləşməsinə TÜRKPA-nın verdiyi töhfələri yüksək qiymətləndirir.
Biz hesab edirik ki, eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımızın və dövlətlərimizin ümumi məqsədlər ətrafında daha da sıx birləşməsində TÜRKPA və digər inteqrasiya qurumlarımız mühüm rol oynayır.
Qeyd edim ki, Türk birliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlər Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətini təşkil edir. Bununla əlaqədar mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” kəlamını xatırlatmaq istərdim.
Hörmətli həmkarlar,
Artıq dünəndən TÜRKPA-nın 13-cü plenar iclası çərçivəsində tədbirlərimiz başlayıb. Bu gün həm Şura iclasını, həm də plenar iclası keçiriləcək. Hər ikisinin gündəliyi, düşünürəm ki, kifayət qədər zəngindir.
TÜRKPA-nın həm ötən dövrdəki fəaliyyətini nəzərdən keçirəcəyik, həm də gələcək planlarımızı müzakirə edəcək və mühüm qərarlar qəbul edəcəyik. Əlbəttə ki, bütün bunlar bir məqsədə xidmət edir: qardaş ölkə parlamentlərimizin çoxtərəfli əməkdaşlığının mühüm mexanizmi, ortaq təşkilatımız olan Türk Dövlətləri Parlament Assambleyasının institusional cəhətdən daha da inkişaf etdirilməsi, yeni fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və ümumi işimizin daha da gücləndirilməsidir.
Hörmətli həmkarlar,
Şura iclasında biz təşkilatın seçki müşahidə missiyalarının yekun hesabatının layihəsini də müzakirə edəcəyik. Fürsətdən istifadə edərək, türkiyəli və özbəkistanlı həmkarlarımızı uğurla keçirilmiş Prezident və parlament seçkiləri, Konstitusiya referendumu münasibəti ilə təbrik edirəm.
Hörmətli həmkarlar,
Bildiyiniz kimi, cari ilin fevral ayının 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Ölkəmiz üçün bu seçkilər böyük əhəmiyyət kəsb edirdi.
44 günlük Vətən Müharibəsində 30 illik işğal başa çatdı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Ötən ilin sentyabrında isə Azərbaycan bütün ərazilərində öz suverenliyini bərpa etdi. Bu, böyük bir dövrün başa çatması və ölkəmiz, xalqımız üçün yeni bir dövrün başlanması idi.
İlk dəfə olaraq, hər hansı bir seçki Azərbaycanın bütün suveren ərazilərində, o cümlədən işğaldan azad olunmuş ərazilərində keçirildi. Müstəqil Azərbaycanın tarixində bu ilk dəfə baş verdi. Bu seçkilərdə xalqımız artıq öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etmiş Azərbaycan dövlətinin gələcək inkişafı naminə səs verdi.
Fürsətdən istifadə edərək, bu seçkilər zamanı bizim yanımızda olan qardaş ölkə parlamentlərinə, TÜRKPA katibliyinə öz təşəkkürümü bildirirəm.
Hörmətli həmkarlar,
Bir qədər sonra biz Parlament Assambleyasının 13-cü plenar iclasında da iştirak edəcəyik. Hesab edirəm ki, plenar iclas üçün seçilmiş mövzu çox aktualdır. Bildiyiniz kimi, noyabr ayında Bakı qlobal iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində ən böyük beynəlxalq tədbir olan COP29 Konfransına ev sahibliyi edəcək və bu istiqamətdə göstərilən beynəlxalq səylərin mərkəzi platformasına çevriləcəkdir. Mən düşünürəm ki, TÜRKPA-nın plenar iclasında “Türk dünyası üçün yaşıl üfüqlər: Yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” ilə bağlı aparacağımız müzakirələr və qəbul edəcəyimiz qərarlar iqlim dəyişmələrinə qarşı mübarizəyə, ölkələrimizin yaşıl enerji sahəsində əməkdaşlığına parlament dəstəyimizin ifadəsi olacaqdır.
Hörmətli həmkarlar,
Azərbaycan parlamenti Türk Dövlətlərinin Parlament Assambleyası çərçivəsində iş birliyinə böyük əhəmiyyət verir.
Həmişə olduğu kimi, Milli Məclisin nümayəndə heyəti TÜRKPA-nın komissiyalarının iclaslarında, müxtəlif mövzulara həsr edilən tədbirlərində, model qanunların hazırlanmasında, seçki müşahidə missiyalarının işində yaxından iştirak edib.
Qeyd etməliyəm ki, TÜRKPA çərçivəsində fəaliyyət göstərən komissiyalarımızın mövcud potensialından daha geniş şəkildə istifadə etməyimiz, birgə tədbirlərimizin və müzakirələrimizin intensivliyini artırmağımız ümumi işimiz baxımından faydalı olacaqdır. Bu çərçivədə, milli qanunvericiliklərin yaxınlaşdırılması və model qanunların hazırlanması da xüsusi aktuallıq kəsb edir.
Bugünkü plenar iclasımıza beş yeni model qanunun təqdim olunması da, bu mənada, məmnunluq doğurur.
Hörmətli həmkarlar,
Onu da vurğulayım ki, TÜRKPA-nın Bakıda yerləşən Katibliyinin fəaliyyəti parlamentimizin daim diqqətindədir. Biz Katibliyi bundan sonra da fəal surətdə dəstəkləyəcəyik. Məmnunluqla qeyd etmək istəyirəm ki, Baş katib cənab Mehmet Süreyya Erin rəhbərliyi ilə Katiblik Assambleyanın qərarlarını səmərəli surətdə həyata keçirən çevik və işlək mexanizm olduğunu öz fəaliyyəti ilə sübut edir.
Əziz dostlar,
Hörmətli həmkarlar,
İnanıram ki, TÜRKPA-nın 13-cü Şura və plenar iclaslarında aparacağımız fikir mübadiləsi, alacağımız qərarlar təşkilatımızın fəaliyyətinin daha da güclənməsinə dəyərli töhfə verəcəkdir.
Diqqətinizə görə təşəkkür edirəm.

Oxunub: 100266
Paylaş:
Digər xəbərlər

Siyasət

6-06-2024, 15:12

TÜRKPA-nın 13-cü Plenar İclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Siyasət

5-06-2024, 17:55

TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun iclasında

Siyasət

31-05-2024, 15:49

Milli Məclisin 2024-cü il yaz sessiyasını bağlı elan edidi

Araşdırma
Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib
Hadisə
Dün, 21:06
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
24-09-2026, 10:55
Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
5-09-2026, 11:43
DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb
12-05-2026, 16:08
Lökbatandakı yanğının söndürülməsinə 40 texnika, 2 helikopter cəlb olunub
10-04-2026, 15:14
Gəncədə ağır yol qəzası: ölən və xəsarət alan var
1-04-2026, 12:33
Balakəndə tanışına xəsarət yetirən şəxsi polis saxlayıb
Son xəbərlər
  • Dün, 21:07
    Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb
  • Dün, 21:06
    Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb
  • Dün, 21:06
    “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti
  • Dün, 21:04
    Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək
  • Dün, 21:03
    Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
  • Dün, 21:01
    Yeni Çin avtomobili: suda 40 dəqiqə qalır və saatda... - VİDEO
  • Dün, 11:18
    Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
  • Dün, 11:15
    Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir
  • Dün, 11:13
    Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb
  • 27-09-2026, 12:06
    27 Sentyabr - Anım Günü
  • 27-09-2026, 00:51
    Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
  • 24-09-2026, 11:00
    Azərbaycan və Mali arasında siyasi məsləhətləşmələrə dair Anlaşma Memorandumu imzalanıb
  • 24-09-2026, 10:57
    Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
  • 24-09-2026, 10:55
    Bakı–Quba yolunda yük avtomobili minik avtomobilinin üzərinə aşıb: ölən və yaralanan var
  • 24-09-2026, 10:54
    Bakıda Formula 2 yarışı üzrə sərbəst yürüşə start verilib
  • 24-09-2026, 10:51
    Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
  • 18-09-2026, 18:45
    Türkiyə hərbçiləri "Birliyin Gücü – 2026" təlimində iştirak üçün Azərbaycana gəlib
  • 18-09-2026, 18:42
    Gömrük əməkdaşlarına texniki reqlamentlər üzrə idxal nəzarəti mexanizmləri izah olunub
  • 18-09-2026, 18:22
    Azərbaycanın mövcudluğunun əsası - 20 Sentyabr Dövlət Suverenliyi Günü
  • 16-09-2026, 09:39
    Azərbaycan Prezidenti: Biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik
  • 16-09-2026, 09:35
    Bu gün Beynəlxalq İnvaziv Kardiologiya Günüdür
  • 16-09-2026, 09:32
    Yəmən ordusu husilərin mövqelərinə hücumları gücləndirib
  • 16-09-2026, 09:29
    Messi vida matçı üçün Argentina millisinə çağırılıb
  • 16-09-2026, 09:23
    Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib
  • 15-09-2026, 09:18
    Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür
  • 13-09-2026, 12:41
    Hikmət Hacıyev: Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır
  • 13-09-2026, 12:40
    Nyu-Yorkda oyun meydançasında iki nəfər güllələnərək öldürülüb
  • 13-09-2026, 12:39
    Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının Baş Assambleyasında təltif olunub
  • 8-09-2026, 11:48
    Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir
  • 8-09-2026, 11:47
    “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 8-09-2026, 11:45
    Tbilisidə “Kəlağayı milli sərvətimizdir” adlı kitab təqdim edilib
  • 8-09-2026, 11:44
    İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib
  • 8-09-2026, 11:43
    “Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb
  • 7-09-2026, 11:50
    Prezidentin Mətbuat Xidmətinin məlumatı
  • 5-09-2026, 11:45
    Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Daha çox
  • Təsisçi və Baş redaktor: Fərqanə Sultanova
  • Telefon: (99455) 545 77 63
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. ZamanlaBirge.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə