Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - “BAYDAMİRLİ HOLDİNG”in sahibi Nazim Bəydəmirli barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
“BAYDAMİRLİ HOLDİNG”in sahibi Nazim Bəydəmirli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim “BAYDAMİRLİ HOLDİNG”in sahibi Nazim Bəydəmirlinin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən “BAYDAMİRLİ HOLDİNG”in sahibi Nazim Bəydəmirli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “BAYDAMİRLİ HOLDİNG”in sahibi Nazim Bəydəmirliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Nazim Bəydəmirli 4 may 1963-cü ildə Gədəbəy rayonunun Çayrəsullu kəndində anadan olub.
O, 1982-ci ildə Bakı Plan-Uçot Texnikumunu, daha sonra isə Voronej Dövlət Aqrar Universitetinin Yer quruluşu fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1982–1984-cü illərdə hərbi xidmətdə olub. Bəydəmirli 1989-cu ildən Voronej Kənd Təsərrüfatı İnstitutunda kiçik elmi işçi, 1990-cı ildən Voronej Dövlət Aqrar Universitetində müəllim işləyib. Həmin universitetin aspiranturasında təhsil alıb, elmi işini müdafiə edərək iqtisad elmləri üzrə doktorluq dərəcəsinə yiyələnib. Üç kitabın və çoxsaylı elmi məqalələrin müəllifidir.
1993–1999-cu illərdə Rusiyanın Lipetsk şəhərində “Kapital X” MMC-nin baş direktoru, 1996-cı ildən “İmperial LTD” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru olub. 2000-ci ildən Bakı şəhərində “Qlobal Kaspian LTD” şirkətinin prezidenti, 2003–2005-ci illərdə “Binapmetal” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 2010-cu ildən sahibkarlıq fəaliyyətini davam etdirir, “BAYDAMİRLİ HOLDİNG”in sahibidir.
2005-ci ildə Azərbaycan Milli Məclisinə seçkilərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən müstəqil namizəd olaraq millət vəkili seçilib. Azərbaycan-Bosniya-Hersoqovina, Azərbaycan-İndoneziya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Niderland, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub. “Bəydəmirli Xeyriyyə Fondunun” təsisçisidir.
“BAYDAMİRLİ HOLDİNG”in sahibi Nazim Bəydəmirli həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə catmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Nazim Bəydəmirlinin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Nazim Bəydəmirli çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, “BAYDAMİRLİ HOLDİNG”in sahibi Nazim Bəydəmirli ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır. Gənclik illərindən bu günə kimi yalnız bir yolla addımlayır – bu yol Böyük Heydər Əliyev yoludur. O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “BAYDAMİRLİ HOLDİNG”in sahibi Nazim Bəydəmirli Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.
“BAYDAMİRLİ HOLDİNG”in sahibi Nazim Bəydəmirli Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.