Cəlal Əsgərov: Qaxda dağ çaylarında mühafizə işləri görülür [xfgiven_qirmizi] [xfvalue_qirmizi] [/xfgiven_qirmizi]
Cəmiyyət
28-08-2023, 11:04
Şər və Böhtan yazanlara Tutarlı cavab
Qax suvarma sistemləri İdarəsinin rəisi Cəlal Əsgərov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Cəlal Əsgərovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Cəlal Əsgərov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qax suvarma sistemləri İdarəsinin rəisi Cəlal Əsgərova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. "Qax suvarma sistemləri İdarəsinin rəisi Cəlal Əsgərov dövlətin ayırdığı maliyyə vəsaitini məmimsəyir" başlıqlı yazı yazaraq görülən işlərə kölgə salmaq istəyirlər amma alınmayacaq! Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən zamanlabirge.az olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Qax suvarma sistemləri İdarəsinin rəisi Cəlal Əsgərov haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.
Qax suvarma sistemləri İdarəsinin rəisi Cəlal Əsgərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insanlardır.
Qax suvarma sistemləri İdarəsinin rəisi Cəlal Əsgərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdırlar.
Qaxda dağ çaylarında mühafizə işləri görülür
Respublikanın bir çox ərazisində olduğu kimi şimal-qərb bölgəsində də son günlər hava şəraiti tez-tez dəyişir. Yağıntılı havanın artması, çaylarda suyun səviyyəsinin çoxalmasına səbəb olub.
Sel gətirən dağ çayların çoxluq təşkil etdiyi Qax rayonunda hazırda ola biləcək sel təhlükəsinin qarşısını almaq məqsədilə qabaqlayıcı tədbirlər görülür. Bunun üçün Qax Suvarma Sistemləri İdarəsinin texnikaları bu işlər üçün səfərbər edilib. Hazırda Kürmük çayında məcra təmizləmə işləri həyata keçirilir. Bununla yanaşı rayon ərazisindən axıb keçən digər dağ çaylarında da bu işlər yerinə yetirilir. Ətraf ərazilərin sel sularından mühafizəsini təşkil etmək üçün daş-beton bəndlərin çəkilişi və təmiri də aparılır.
Selə qarşı mübarizə tədbirləri ilə bərabər Qax Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər də uğurla davam etdirilir. Suvarma suyunun əkin sahələrinə normal qaydada çatdırılmasını təmin etmək üçün suvarma kanalları mütəmadi olaraq lildən təmizlənir. Bundan başqa su itkisinin qarşısının alınması istiqamətində torpaq məcralı kanallar beton üzlüyə alınır.
Görülən işlərin nəticəsi olaraq əkin sahələrinin suvarılması ardıcıl həyata keçirilir. Fermerlər sahələrin daimi su ilə təmin edə bilirlər. Hazırda Qax rayonunda əkilən müxtəlif təyinatlı kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması normalara uyğun davam edir.
Qeyd edək ki, Qax rayonu ərazisində suvarılan sahələrə xidmət edən əsas mənbələr - Kürmük çayı, Qum çayı, Ləkit çayı ,Zərnə çayı, Qapıçay çayı, Duruca çayı və qaynama qara sularıdır.